Təhsil 365 - Logo Mobile

Uşaqlarda kəkələmə və nitq qüsurları artmaqdadır – Loqoped Sevinc Hüseynova vacib məqamları açıqladı

22104.12.2025 - 15:10
Uşaqlarda kəkələmə və nitq qüsurları artmaqdadır – Loqoped Sevinc Hüseynova vacib məqamları açıqladı

Müasir dövrdə uşaqlarda nitq ləngiməsi və kəkələmə halları artdığı üçün valideynlərin bu sahədə maariflənməsi xüsusilə önəm kəsb edir.

"Tehsil365" xəbər verir ki, Loqoped–defektoloq Sevinc Hüseynova mövzu ilə bağlı suallarımızı cavablandıraraq həm səbəbləri, həm də düzgün yanaşma üsullarını izah etdi.

Kəkələmə nədir və adətən hansı yaşda üzə çıxır?

Mütəxəssisin sözlərinə görə, kəkələmə normal nitq prosesinin qıcolmalarla müşahidə olunmasıdır və adətən 3–5 yaş arasında özünü göstərir. Bu dövr uşağın aktiv nitq formalaşması mərhələsi olduğu üçün ən həssas yaş qrupu hesab olunur.

İrsi amil rol oynayırmı?

Sevinc Hüseynova kəkələmənin iki əsas növə ayrıldığını bildirir:

Funksional – sonradan yaranan,

Orqanik – mərkəzi sinir sisteminin üzvi zədələnməsi və ağır beyin xəstəlikləri nəticəsində formalaşan.

Onun sözlərinə görə, genetik və irsi faktorlar da bu prosesdə mühüm rol oynaya bilər.

Nitq inkişafının ləngiməsinə səbəb olan amillər

Loqoped ən çox rast gəlinən səbəblər arasında bunları qeyd edir:

Telefon, planşet və kompüterdən həddindən artıq istifadə,

3 yaşından əvvəl başqa dilləri öyrənməyə məcbur etmə, dil qarışması,

Ünsiyyət azlığı.

Valideynlər hansı dəyişikliklərə diqqət etməlidir?

Hüseynova bildirir ki, uşaq böyüdükcə valideyn onun yaşına uyğun nitq sərgiləmədiyini müşahidə etməlidir.

Məsələn: “2–3 yaş aralığında uşaq sadə cümlələr qura bilmirsə, bu, tez-tez davranış dəyişikliklərinə – o cümlədən aqressivliyə səbəb ola bilər.”

Erkən müdaxilə niyə vacibdir?

Mütəxəssis qeyd edir ki, kəkələmə həm anadangəlmə (hamiləlikdə stress, travma, ağır dərman qəbulu), həm də sonradan yaranmış səbəblərlə bağlı ola bilər. Bu problem artıb-azalan xarakter daşıyır və müdaxilə gecikdikcə daha ağır formaya keçir.

Evdə valideynlərin tətbiq edə biləcəyi üsullar

Valideynlər uşağın nitq inkişafına aşağıdakı kimi dəstək ola bilər:

Uşaqlarla çox danışmaq,

Onların suallarını səbirlə cavablandırmaq,

Gün ərzində aktiv ünsiyyət yaratmaq.

Loqopedik terapiyada ən çox istifadə olunan üsullar

Sevinc Hüseynovanın sözlərinə görə, terapiya fərdi yanaşma əsasında qurulur və istifadə olunan metod problemi dərəcəsinə görə dəyişir.

Texnologiya nitqə necə təsir edir?

Mütəxəssis bildirir ki, uşaqları texnologiyadan tam uzaq tutmaq real olmasa da, cihazlar məhdud vaxtla və valideyn nəzarəti ilə verilməlidir. Həddindən artıq ekran vaxtı nitq ləngiməsinin başlıca səbəblərindən biridir.

Nitq problemlərinin psixoloji təsiri

“Nitq və psixologiya demək olar ki, paralel inkişaf edir,” – deyən loqoped vurğulayır ki, nitqdəki gecikmə uşağın psixoloji durumuna, özünəinamına və sosial münasibətlərinə birbaşa mənfi təsir göstərə bilər.

Valideynlərin ən çox etdiyi səhvlər

Sevinc Hüseynova valideynlərə tez-tez rast gəlinən yanlış davranışları belə sadalayır:

3 yaşından əvvəl uşağa çoxdillilik öyrətmək,

5 yaşından əvvəl məktəb hazırlığı ilə uşağı həddindən artıq yükləmək,

Uşağı ya çox sıxmaq, ya da tam sərbəst buraxmaq.

Bu açıqlamalar göstərir ki, uşaqlarda nitq problemləri vaxtında və düzgün müdaxilə ilə xeyli dərəcədə aradan qaldırıla bilər. Loqopedlərin tövsiyələrinə əməl etmək isə həm uşağın nitq, həm də psixoloji inkişafı üçün vacibdir.

Cümşüdova Gülbadam

Xəbər Lenti

Məktəblərdə “Yaşıl layihə”proqramı həyata keçirilir07.10.2026 - 19:59
Kimya İnstitutunda makromolekullar kimyası ixtisası üzrə dissertasiya müdafiə olunub07.10.2026 - 19:58
NDU-da yeni dərs vəsaiti07.10.2026 - 19:50
Əli Ələkbərov: “Geyim qaydaları bütün şagirdlərə eyni prinsiplərlə tətbiq olunmalıdır”07.10.2026 - 19:40
BDU-da "Clarivate Günləri" keçirilib07.10.2026 - 19:08
BDU-da Əmək Günü qeyd olundu07.10.2026 - 19:04
Baxçakürd məktəbində müşavirə kecirilib07.10.2026 - 18:55
Bakıda İncəsənət Həftəsonu olacaq07.10.2026 - 18:48
Azərbaycan kitabları Berlində nümayiş olundu07.10.2026 - 18:42
BMU ilə Özbəkistanın Milli Tədqiqat Universiteti arasında əməkdaşlıq genişlənir07.10.2026 - 18:31
8 tacikistanlı HTP çərçivəsində Azərbaycanda təhsil alacaq07.10.2026 - 18:23
DİM və Baş Prokurorluq prokurorluqda iş üçün test imtahanı keçirəcək07.10.2026 - 18:15
Litva və Azərbaycan Universitetləri birgə əməkdaşlıq edir07.10.2026 - 17:59
“Azərbaycan tarixşünaslığında monqollar dövrü” adlı yeni monoqrafiya nəşr olunub07.10.2026 - 17:52
AMEA-da Kəlağayım millidir, butalıdır, güllüdür” adlı elmi sessiya keçirilib.07.10.2026 - 17:48
Edinburq və Kembric universitetlərinin alimləri Katex kəndində tədqiqat aparıblar07.10.2026 - 17:44
AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq07.10.2026 - 17:31
Şəkidə “Şinel” tamaşası təqdim olundu07.10.2026 - 17:27
Nazir: “Güclü siyasi etimad real regional dayanıqlılıq və qarşılıqlı əlaqəliliyə çevrilir.”07.10.2026 - 17:15
Fərid Kazımov: “Xaricdə yaşayan gənc mütəxəssislərə Azərbaycanın imkanları geniş təqdim olunmalıdır “MÜSAHİBƏ07.10.2026 - 16:52
Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub07.10.2026 - 15:32
Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib07.10.2026 - 14:54
İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir07.10.2026 - 14:48
“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır07.10.2026 - 14:42
Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək07.10.2026 - 14:38
Həsən Həsənli Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb07.10.2026 - 14:34
ADNSU-da startapçılar üçün emosional intellekt təlimi keçirilib07.10.2026 - 14:31
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb07.10.2026 - 14:28
UNEC tələbələrinə master-klass keçilib07.10.2026 - 14:23
Azərbaycanda orta təhsillilərin sayında AZALMA var07.10.2026 - 14:20
İmtahan stressi şagird və tələbələrin sağlamlığına necə təsir edir? – Nevroloq AÇIQLADI07.10.2026 - 14:04
Qarabağ Universiteyində fəaliyyət göstərən əncəbi müəllimlərlə görüş keçirilib07.10.2026 - 14:03
ADPU-da Təhsil Şurası İctimai Birliyinin iclası keçirilib07.10.2026 - 13:56
Bakı Dövlət Universitetində “Clarivate Günləri”07.10.2026 - 13:14
BDU-da beynəlxalq təbiəti mühafizə təşkilatı olan DEFEND-in nümayəndələri ilə görüş07.10.2026 - 13:07
Müəllimlərin işini asanlaşdıran SÜNİ İNTELLEKT alətləri07.10.2026 - 13:02
Məktəblilərimizdən beynəlxalq qalibiyyət07.10.2026 - 12:57
Sabah Bakıda hava yağmursuz olacaq07.10.2026 - 12:53
DİM və Baş Prokurorluq prokurorluqda iş üçün test imtahanı keçirəcək07.10.2026 - 12:50
Mükafat və maaş əlavələri ilə bağlı tarix dəyişdirildi07.10.2026 - 12:45
Tacikistanlı 8 tələbə Azərbaycanın ali məktəblərində təhsil alacaq07.10.2026 - 12:41
Bakı məktəblərində yeni ekoloji layihə07.10.2026 - 12:39
Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb07.10.2026 - 12:36
Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib07.10.2026 - 12:34
Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair forum keçirilib07.10.2026 - 12:30
Ziya Səlcuq təhsil işçiləri üçün ölkəmizdə ustad dərsi keçdi07.10.2026 - 12:27
Uşağın qanında psixotrop maddə aşkarlandığı iddia olunan bağçanın müdiri işdən çıxarılıb07.10.2026 - 12:20
Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib07.10.2026 - 12:16