Təhsil 365 - Logo Mobile

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib

10604.12.2025 - 15:20
Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib

Dekabrın 3-də Azərbaycan Dillər Universitetində Xalq şairi, görkəmli ədəbiyyat xadimi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ədəbi irsimizin böyük siması – Bəxtiyar Vahabzadə” adlı ədəbi-bədii tədbir keçirilib.

“Tehsil365” bildirir ki, tədbir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 fevral 2025-ci il tarixli “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən həyata keçirilib və şairin zəngin ədəbi irsinin gənc nəslə daha geniş şəkildə tanıdılması məqsədini daşıyıb.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Dillər Universitetinin İngilis–Fransız Dilləri fakültəsinin dekan müavini Zülqəddə Abdulkərimli Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında, milli düşüncə tarixində və ictimai şüurda tutduğu əvəzsiz roldan danışıb.

Bakı Dövlət Universitetinin dosenti Etibar Talıblı Bəxtiyar Vahabzadənin həm elmi rəhbəri, həm də müəllimi olduğunu bildirərək böyük şairlə bağlı səmimi xatirələrini bölüşüb. Etibar Talıblı Vahabzadəni yalnız qüdrətli şair deyil, həm də yüksək mənəviyyat sahibi, vətəninə dərin bağlılığı ilə seçilən prinsipial və dürüst ziyalı kimi xarakterizə edib. Onun sözlərinə görə, Bəxtiyar Vahabzadə tələbələrinə qarşı həm qayğıkeş, həm də tələbkar olub, gənclərin formalaşmasında mühüm rol oynayıb, onlara elm, Vətən sevgisi və mənəvi dəyərləri aşılamağı özünə borc bilib. O vurğulayıb ki, şairin şəxsiyyəti və yaradıcılığı bir-birini tamamlayır və bu gün də cəmiyyət üçün mənəvi yol göstərici rolunu oynayır.

Tədbirin bədii hissəsində İngilis və Fransız dilləri fakültəsinin II, III və IV kurs tələbələri — Zəhra Əliyeva, Səbihə Hüseynəliyeva, Mələk Muradova, Leyla Poladova, Xədicə Alışova, İşıqlan Əhmədova, Səyyarə Məlikova, Nabat Fərzəliyeva, Fatimə Sadıqzadə, Mədinə Bayramova və Almazın Məlikova — şairin Şamil Zaman tərəfindən fransız dilinə tərcümə edilmiş “Mumiya”, “Bakı vaxtı ilə”, “Yazı masamın arxasında” və “Ağ saçlar” şeirlərini səsləndiriblər.

Tədbirdə Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimləri Kəmalə Kərimova, Rəfiqə Mürşüdova və Əzizə Məmmədova da çıxış edərək Bəxtiyar Vahabzadənin yaradıcılığı, şəxsiyyəti və Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıblar.

Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçısı Səadət Nəbiyeva çıxışında bu kimi tədbirlərin gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına böyük töhfə verdiyini, Bəxtiyar Vahabzadə irsinin gənclər arasında təbliğinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbir Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş “Azərbaycan” mahnısının tələbələrin ifasında səsləndirilməsi ilə yekunlaşıb.

Aysel Paşayeva

Xəbər Lenti

ADNSU məzunları universitetdə rəhbər vəzifələrə təyin olunublar04.12.2025 - 19:45
“İnsanı yorğun edən fiziki yox, psixoloji yüklənmədir” — psixoloq Günel Əkbərova04.12.2025 - 19:41
Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirilib04.12.2025 - 19:30
Azərbaycanlı alim Çində antropoloji materialları araşdırıb04.12.2025 - 19:15
Psixoloq Feridi Musavi:"Derslerin sıxlığıda uşaqlarda sindromlara tekan verir"04.12.2025 - 19:00
Cəlilabad Peşə Təhsil Mərkəzində aqrar sahə əməkdaşlığı müzakirə olunub04.12.2025 - 19:00
Ata 15 yaşlı qızına zorakı hərəkətlər etdi04.12.2025 - 18:41
İƏT Mədəniyyət Festivalında 5000-dən çox ziyarətçinin iştirakı gözlənilir04.12.2025 - 18:00
Gəncədə bıçaqlanma hadisəsi olub04.12.2025 - 17:45
Kukla Teatrında “Aybolit” əsərinin premyerası reallaşacaq04.12.2025 - 17:30
ADU komandası Dünya Tarixi üzrə Beynəlxalq Olimpiadanın finalına yüksəlib04.12.2025 - 17:15
Birinci kurs tələbələri qəzet layihələri hazırlayıblar04.12.2025 - 17:00
ADU-da süni intellekt və qiymətləndirmə sistemlərinə dair seminar keçirilib04.12.2025 - 16:45
ADU-da “Müəllimlərin ixtisasartırma təlimlərinə təşviq edilməsi” adlı dəyirmi masa keçirilib04.12.2025 - 16:30
Azərbaycan müəllimlərinin Çin səfəri uğurla başa çatdı04.12.2025 - 16:25
Bu saatlardan dünyada 1 dənədir04.12.2025 - 16:15
“Konstitusiya və Suverenlik ili” çərçivəsində elmi-praktik tədbir keçirilib04.12.2025 - 16:10
Çörəkdən tam imtina etməyin zərərləri04.12.2025 - 16:00
“Məktəb psixoloqları çətin şəraitdə fəaliyyət göstərir”-psixoloqdan açıqlama04.12.2025 - 15:54
Təbiətsevərlər gəzinti zamanı tarixi kəşf etdilər04.12.2025 - 15:45
ADU-da Azərbaycan–Rumıniya multikultural əlaqələrinə həsr olunmuş dəyirmi masa keçirilib04.12.2025 - 15:40
Regionlarda oxuyan tələbələr nədə geri qalır-Açıqlama04.12.2025 - 15:30
15 dəqiqəyə turş naringini necə şirin etmək olar? - Sadə üsul04.12.2025 - 15:30
Qəhvənin qaraciyər və böyrəklər üçün FAYDALARI04.12.2025 - 15:15
Uşaqlarda kəkələmə və nitq qüsurları artmaqdadır – Loqoped Sevinc Hüseynova vacib məqamları açıqladı04.12.2025 - 15:10
Fətəli xan Xoyski harada yaşayıb? - Tarixçi açıqladı04.12.2025 - 15:05
Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb04.12.2025 - 15:00
Süni intellekt alqoritmləri mineral yataqların yerini dəqiq proqnozlaşdırmağa kömək edə bilər04.12.2025 - 14:51
Azərbaycan və Mərakeş arasında məşğulluq sahəsində əməkdaşlıq genişlənir04.12.2025 - 14:40
Tədqiqatçılar qaraciyər xərçənginin diaqnostikası və proqnozlaşdırılmasında süni intellektin rolunu araşdırırlar04.12.2025 - 14:34
Məişət zorakılığının qarşısının alınması sahəsində İsveçin təcrübəsi öyrənilib04.12.2025 - 14:05
Kənan Həsənli: "2026-cı ildə peşə təhsili üzrə dörd müəssisənin istifadəyə verilməsi planlaşdırılır"04.12.2025 - 12:58
AzMİU nümayəndəsi Nyu-York Universitetində məruzə ilə çıxış edib04.12.2025 - 12:41
Məzun olduqları universitetə rəhbər vəzifələrə təyin edildilər04.12.2025 - 12:29
Emin Əmrullayev Gürcüstanda səfərdədir04.12.2025 - 12:17
BDU ilə Özbəkistanın Buxara Dövlət Tibb İnstitutu arasında əməkdaşlıq genişlənir04.12.2025 - 12:00
Tokio məktəbində robot müəllim uşaqlara ingilis dili dərsi keçdi04.12.2025 - 11:50
Kitabxana müdiri və kitabxanaçı işləmək istəyənlərin nəzərinə 04.12.2025 - 11:45
BilBacar müsabiqəsinin “Yarış” mərhələsi davam edir04.12.2025 - 11:35
Azyaşlının ölümündə günahkar sayılan həkimə hökm oxundu04.12.2025 - 11:25
"Azərbaycan neft-kimya innovasiyalarının aparıcı mərkəzinə çevrilib"04.12.2025 - 11:15
"Dövlət sektorunda könüllülüyün əhəmiyyəti artıb"04.12.2025 - 11:05
"Azərbaycan böyük alimləri ilə fəxr etməlidir"04.12.2025 - 10:55
Kamal Abdullanın 75 illik yubileyi münasibətilə kitab sərgisi təşkil olunub04.12.2025 - 10:40
Bu ölkədə tələbələrə onlayn beynəlxalq təhsil imkanı yaradılıb04.12.2025 - 10:25
Gələn ildən peşə təhsilinin bütün səviyyələrində kredit sisteminin tətbiqi təklif olunur04.12.2025 - 10:10
Xalq rəssamı Sakit Məmmədov TURKKON-un fəxri üzvü seçilib04.12.2025 - 09:55