Təhsil 365 - Logo Mobile

“Məktəb psixoloqları çətin şəraitdə fəaliyyət göstərir”-psixoloqdan açıqlama

11104.12.2025 - 15:54
“Məktəb psixoloqları çətin şəraitdə fəaliyyət göstərir”-psixoloqdan açıqlama

Məktəb psixoloqları çoxsaylı şagirdlərlə işləməyə məcbur qalır, lakin lazımi şərait və texniki təminat yoxdur. Otaq, printer və kağız verilməməsi işi çətinləşdirir. Bir psixoloqa 1000-dən çox şagird düşür. Əməkhaqqı az, məsuliyyət isə çoxdur. Nəticədə psixoloji xidmət keyfiyyətini itirir və şagirdlər lazımi dəstəyi ala bilmir.

Mövzu ilə bağlı “Tehsil365” ə psixoloq Sibel Priyeva açıqlama verib. O qeyd edib ki, Azərbaycanda məktəb psixoloqlarının fəaliyyəti bir sıra ciddi problemlərlə üz-üzədir. Psixoloji xidmət məktəblərdə psixokonsultasiya, psixodiaqnostika, psixokorreksiya və psixoprofilaktika istiqamətlərində aparılsa da, mövcud şərait bu xidmətin effektiv həyata keçirilməsinə imkan vermir.

O bildirib ki, son illərdə məktəb psixoloqlarına mərkəzləşdirilmiş fəaliyyət planı verilmədiyi bildirilir. Psixoloqlar öz fəaliyyət planlarını özləri tərtib etməyə məcbur qalır, bu isə əlavə məsuliyyət və vaxt itkisi yaradır. Xüsusilə sentyabr və oktyabr aylarında birinci və beşinci sinif şagirdlərinin adaptasiya dövründə psixoloqların üzərinə əlavə yük düşür.

“Əsas problemlərdən biri məktəblərdə psixoloqlar üçün ayrıca iş otaqlarının olmamasıdır. Bir çox psixoloq sənədləşmə işlərini aparmaq üçün lazımi şəraitlə təmin edilmir. Printer, kompüter və A4 kağızlarının verilməməsi iş prosesini daha da çətinləşdirir. Bəzi hallarda psixoloqlar iş üçün zəruri olan ləvazimatları öz şəxsi vəsaitləri hesabına almağa məcbur qalırlar.”

“Digər problem isə kadr çatışmazlığıdır. Hazırda bir psixoloqun üzərinə 1000-dən artıq şagird düşür ki, bu da fərdi yanaşmanı mümkünsüz edir. Psixoloqlar eyni zamanda testlər keçirməli, valideynlərlə görüşməli, şagirdlərlə fərdi işləməli və korreksiya tədbirləri aparmalıdırlar. Halbuki, bəzi ölkələrdə məktəbdə bu işi bir neçə fərqli mütəxəssis bölüşdürür.”

O qeyd edib ki, mütəxəssislərin sözlərinə görə, problemlərin böyük hissəsi ailə mühitində formalaşır. Aparılan müşahidələr göstərir ki, şagirdlərdə rast gəlinən psixoloji problemlərin təxminən 65 faizi valideynlərdə də mövcuddur. Lakin Azərbaycanda ailə psixoloqları əsasən özəl müəssisələrdə fəaliyyət göstərdiyindən məktəblərlə əməkdaşlıq imkanları məhduddur.

Nəticə olaraq, məktəb psixoloqları hesab edir ki, mövcud problemlər onların savadsızlığı ilə deyil, iş şəraitinin düzgün qurulmaması ilə bağlıdır. Qeyd olunur ki, lazımi şərait təmin olunsa, psixoloji xidmətin səviyyəsi əhəmiyyətli dərəcədə yüksələ bilər və bu, şagirdlərin gələcək həyatında müsbət rol oynayar.

Elnarə Həmidli

Xəbər Lenti

Azərbaycan təsviri sənətində özünəməxsus üslub yaratmış rəssam – Əşrəf Muradoğlu11.03.2026 - 06:18
Azərbaycan qadın futbolunun gənc nümayəndəsi – Vüsalə Seyfəddinova11.03.2026 - 06:00
Avroviziya səhnəsində Azərbaycanı təmsil edən müğənni – Çingiz Mustafayev11.03.2026 - 05:42
Tanınmış kamança ifaçısı və alim – Toğrul Mirnazim oğlu Əsədullayev11.03.2026 - 05:18
Azərbaycan səhnəsinin tanınmış sənətkarı – Hicran Fətəli qızı Nəsirova11.03.2026 - 05:06
Azərbaycan səhnəsinin tanınmış simalarından biri – Lütviyyə Şamil qızı Səfərova11.03.2026 - 04:54
Milli Azadlıq hərəkatının fəallarından biri: Oqtay Eldəgəz11.03.2026 - 04:18
Azərbaycanın görkəmli səhnə ustası: Bəşir Səfər oğlu Səfərov11.03.2026 - 04:00
Yer kürəsinin əsas sirrlərindən biri həll edildi: Planetimizin əsl yaşı açıqlandı10.03.2026 - 19:55
DİM: Buraxılış imtahanının nəticələrinin 7 həftə ərzində elan olunması nəzərdə tutulub10.03.2026 - 19:48
DİM buraxılış imtahanında sualların çətin tərtib olunması məsələsinə aydınlıq gətirib10.03.2026 - 19:42
Sabah yağış yağacaq, külək əsəcək10.03.2026 - 19:36
Azərbaycanda tanınmış jurnalist vəfat etdi 10.03.2026 - 19:30
“Məktəblərdə ev tapşırıqlarının çox olması şagirdlərə necə təsir edir?” – Təhsil eksperti açıqladı10.03.2026 - 19:25
Horovluda bayram şənliyi: məktəblilər Yel çərşənbəsini qarşıladılar10.03.2026 - 19:16
Qusarçay kəndində Yel çərşənbəsi qeyd olunub10.03.2026 - 19:10
"Yaxşı işçilər" barədə yeni qanun qüvvəyə minə bilər10.03.2026 - 19:05
Stressin xərçəngə səbəb olduğu isbat olundu10.03.2026 - 19:00
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib10.03.2026 - 18:56
MEDİA bəyanat yaydı10.03.2026 - 18:55
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub10.03.2026 - 18:52
Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Teatr Günü qeyd olunub10.03.2026 - 18:48
ChatGPT-də yeni dövr başlayır10.03.2026 - 18:45
Dərbənddə Azərbaycan teatrı yenidənqurmadan sonra açılacaq10.03.2026 - 18:44
İmtahan suallarının çətin olması ilə bağlı DİM-dən açıqlama 10.03.2026 - 18:40
Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb10.03.2026 - 18:38
“Qonağınız müəllimlərinizdir” layihəsi davam edir10.03.2026 - 18:32
Mətbuat Şurasında ehtiyatda olan polkovnik-leytenantın elmi və jurnalist fəaliyyətinə nəzər salınıb10.03.2026 - 18:28
“Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” kitabı Sarayevoda boşnak dilində nəşr olunub10.03.2026 - 18:21
Robot yüksək gərginlikli elektrik xəttini təmir etdi10.03.2026 - 18:20
Azərbaycanda xaricdə təhsilə maraq azalır - İrana görə10.03.2026 - 18:14
Media nümayəndələri üçün "Vizual təsirin gücləndirilməsi" mövzusunda vörkşop keçirilib10.03.2026 - 18:10
Azərbaycan Universitetinin əməkdaşları “Proqramlaşdırma texnologiyaları” adlı dərs vəsaiti hazırlayıblar10.03.2026 - 18:09
Leyla Əliyeva "Qız Qalası" qalereyasında olub10.03.2026 - 18:02
"Google Maps"dən Bakı ilə bağlı yenilik 10.03.2026 - 18:00
Bakı Təşəbbüs Qrupu kiberhücumlara məruz qaldı10.03.2026 - 18:00
“İmmuniteti gücləndirən xüsusi üsul yoxdur” – Tibb eksperti Qalib Əsədovdan açıqlama10.03.2026 - 17:55
Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub10.03.2026 - 17:52
Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb10.03.2026 - 17:50
Noutbukdakı bu qəribə bağlayıcı nədir, niyə heç kim ondan istifadə etmir?10.03.2026 - 17:50
Devlet Bahçeli: İnsanlar uşaqlara da həssas olmalıdır10.03.2026 - 17:44
Robot yüksək gərginlikli elektrik xəttini təmir etdi10.03.2026 - 17:42
Ana dilində ilk orta məktəb – Milli təhsilin başlanğıcı10.03.2026 - 17:40
BMU-da EMTA ilə birgə tələbələr üçün seminar təşkil edilib10.03.2026 - 17:38
İsti vanna məşqi əvəz edə bilər - isti suyun orqanizmə təsirləri10.03.2026 - 17:35
“Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbir keçirilib10.03.2026 - 17:32
Araz Paşayev: ETİHİ-də qadınların rolu böyükdür10.03.2026 - 17:30
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına üzv seçilib10.03.2026 - 17:27