“Əlbəttə ki, regionlarda oxuyan tələbələr paytaxtda oxuyan tələbələrə nisbətən geri qaldığı məqamlar var”
“Tehsil365” xəbər verir ki, bu barədə Təhsil eksperti Ramin Nurəliyev qeyd edib, “Regionlarda deyərdim ki praktika azlığı daha çoxdur. Mən təklif edərdim ki, universitet rəhbərləri daha çox bu mövzuya ciddi yanaşmalıdır”.
Həmçinin ekspert onu da qeyd edib ki, “yataqxana problemi tələbələrin üzləşdiyi ən böyük problemlərdən biridir. Bu regionlara da təsirsiz ötüşmür. Məsələn, Salyandan Bakıya təhsil almaq üçün gələn tələbə burada qalmaqda çətinlik çəkir”
Sonda qeyd edilib ki, “ərazidən asılı olmayaraq Azərbaycanda ən çox praktiki və təhsildə maliyyə eyni zamanda lazımi texniki avadanlıqlar aşağı səviyyədədir. Düşünürəm ki, bu mövzu haqqında həm təhsil nazirliyi həm müəssəsə rəhbərləri əsaslı tədbirlər görməlidir. Bunu region təhsilinə də yansıtmalıdır və paytaxt Bakıdakı universitetlərdən geri qalmamalıdır”.

