Filologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi Nigar Məhərrəmovanın təşəbbüsü ilə Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin B25-158A və B25-158B qrupunun birinci kurs tələbələri “Molla Nəsrəddin bu gün Bakı, Tiflis, Təbriz və Moskva şəhərlərində dərc olunsaydı, hansı mövzuları işıqlandırardı?” mövzusunda qəzet layihələri hazırlayıblar.
“Tehsil365” bildirir ki, tələbələr müsahibələr aparıb, araşdırmalar edərək satirik jurnalın ruhunda müasir mövzuları əks etdirən qəzet maketləri və məqalələr təqdim ediblər.

