Təhsil 365 - Logo Mobile

Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirilib

10104.12.2025 - 19:30
Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirilib

4-18 dekabr tarixlərində keçiriləcək “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, “ASAN xidmət”in tərəfdaşlığı ilə Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu baş tutub.

‘‘Tehsil365’’ xəbər verir ki, dekabrın 4-də Bakı Konqres Mərkəzində 3500-ə yaxın Azərbaycan Könüllüsünü bir araya toplayan forum “Konstitusiya və Suverenlik İli”nə həsr edilib.

Könüllülük fəaliyyətinin ölkədə daha da genişlənməsi, eyni zamanda könüllüləri cəmiyyətin inkişafına daha fəal şəkildə qatılmağa təşviq edərək sosial məsuliyyətlərini artırmaq məqsədilə həyata keçirilən forumda ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi keçirilib. Sərgi zamanı könüllü təşkilatlarının fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub. Forumda iştirak edən dövlət rəsmiləri və Azərbaycan Könüllüləri sərgi ilə tanış olublar.

5 Dekabr – Beynəlxalq Könüllülər Günü ərəfəsində keçirilən forumun rəsmi açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, ədliyyə nazirinin müavini Toğrul Hüseynov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxış edərək ölkəmizdə könüllülük fəaliyyətinin təşviqi və inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərdən bəhs edib, Prezident İlham Əliyevin gənclər siyasətinə göstərdiyi ardıcıl dəstəyin bu sahədə əldə olunan uğurların əsas hərəkətverici qüvvəsi olduğunu diqqətə çatdırıblar. Onlar bildiriblər ki, bu il 5-ci ildönümünü qeyd etdiyimiz Şanlı Zəfərimiz gənclərin vətənpərvərlik ruhunu yüksəldir və ictimai fəallığını artırır. Eyni zamanda, ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması könüllülük hərəkatının inkişafına, gənclərin dövlətçilik və vətənpərvərlik dəyərlərinə bağlılığının möhkəmləndirilməsinə geniş imkanlar yaradır.

Daha sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev tədbir iştirakçılarına İttifaqın 2025-ci il ərzində həyata keçirdiyi layihələr və fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, hər zaman olduğu kimi, 2025-ci ildə də ölkə başçısı İlham Əliyevin könüllülüyün təşviqi ilə bağlı müvafiq tapşırıqları əsas götürülərək AKTİ tərəfindən il ərzində könüllülərin bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif istiqamətli layihələr həyata keçirilib. İttifaqın sədri çıxışında könüllülük hərəkatının inkişafı və gənclərin sosial məsuliyyətinin artırılması istiqamətində əldə olunan mühüm nailiyyətləri vurğulayıb. O, gələcək fəaliyyətlərdə könüllülük hərəkatının daha da genişlənməsi və gənclərin sosial məsələlərdə fəal iştirakının təmin olunması məqsədilə yeni layihə və təşəbbüslərin irəli sürüləcəyini də diqqətə çatdırıb. 

Sözügedən Forumda 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin 5-ci ildönümünə həsr edilmiş videoçarx, müxtəlif sahələrdə könüllülərin fəaliyyətini əks etdirən videohesabatlar nümayiş etdirilib.

Forum çərçivəsində könüllülük fəaliyyətinin qiymətləndirilməsinə və gənclərin sosial məsuliyyətlərinin təşviqinə yönəlmiş addım olaraq 50-dən çox könüllü gənc 2025-ci il üzrə “İlin könüllüsü” mükafatı ilə təltif olunub.

Forumun bədii hissə ilə davam edib. 

Qeyd edək ki, “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində “Suveren Azərbaycan” intellektual liqası, Könüllü Saatı, “Zəfər atışı” atıcılıq turniri, “Könüllü ol” adlı infosessiyalar, Birlikdə 5 il – Könüllülük Festivalı, Ulu Miras, Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi və Beynəlxalq Könüllülər Mərkəzi üzrə mübadilə proqramı kimi layihə və tədbirlər təşkil ediləcək.

Səma Qarayeva

Xəbər Lenti

ADNSU məzunları universitetdə rəhbər vəzifələrə təyin olunublar04.12.2025 - 19:45
“İnsanı yorğun edən fiziki yox, psixoloji yüklənmədir” — psixoloq Günel Əkbərova04.12.2025 - 19:41
Azərbaycanlı alim Çində antropoloji materialları araşdırıb04.12.2025 - 19:15
Psixoloq Feridi Musavi:"Derslerin sıxlığıda uşaqlarda sindromlara tekan verir"04.12.2025 - 19:00
Cəlilabad Peşə Təhsil Mərkəzində aqrar sahə əməkdaşlığı müzakirə olunub04.12.2025 - 19:00
Ata 15 yaşlı qızına zorakı hərəkətlər etdi04.12.2025 - 18:41
İƏT Mədəniyyət Festivalında 5000-dən çox ziyarətçinin iştirakı gözlənilir04.12.2025 - 18:00
Gəncədə bıçaqlanma hadisəsi olub04.12.2025 - 17:45
Kukla Teatrında “Aybolit” əsərinin premyerası reallaşacaq04.12.2025 - 17:30
ADU komandası Dünya Tarixi üzrə Beynəlxalq Olimpiadanın finalına yüksəlib04.12.2025 - 17:15
Birinci kurs tələbələri qəzet layihələri hazırlayıblar04.12.2025 - 17:00
ADU-da süni intellekt və qiymətləndirmə sistemlərinə dair seminar keçirilib04.12.2025 - 16:45
ADU-da “Müəllimlərin ixtisasartırma təlimlərinə təşviq edilməsi” adlı dəyirmi masa keçirilib04.12.2025 - 16:30
Azərbaycan müəllimlərinin Çin səfəri uğurla başa çatdı04.12.2025 - 16:25
Bu saatlardan dünyada 1 dənədir04.12.2025 - 16:15
“Konstitusiya və Suverenlik ili” çərçivəsində elmi-praktik tədbir keçirilib04.12.2025 - 16:10
Çörəkdən tam imtina etməyin zərərləri04.12.2025 - 16:00
“Məktəb psixoloqları çətin şəraitdə fəaliyyət göstərir”-psixoloqdan açıqlama04.12.2025 - 15:54
Təbiətsevərlər gəzinti zamanı tarixi kəşf etdilər04.12.2025 - 15:45
ADU-da Azərbaycan–Rumıniya multikultural əlaqələrinə həsr olunmuş dəyirmi masa keçirilib04.12.2025 - 15:40
15 dəqiqəyə turş naringini necə şirin etmək olar? - Sadə üsul04.12.2025 - 15:30
Regionlarda oxuyan tələbələr nədə geri qalır-Açıqlama04.12.2025 - 15:30
Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib04.12.2025 - 15:20
Qəhvənin qaraciyər və böyrəklər üçün FAYDALARI04.12.2025 - 15:15
Uşaqlarda kəkələmə və nitq qüsurları artmaqdadır – Loqoped Sevinc Hüseynova vacib məqamları açıqladı04.12.2025 - 15:10
Fətəli xan Xoyski harada yaşayıb? - Tarixçi açıqladı04.12.2025 - 15:05
Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb04.12.2025 - 15:00
Süni intellekt alqoritmləri mineral yataqların yerini dəqiq proqnozlaşdırmağa kömək edə bilər04.12.2025 - 14:51
Azərbaycan və Mərakeş arasında məşğulluq sahəsində əməkdaşlıq genişlənir04.12.2025 - 14:40
Tədqiqatçılar qaraciyər xərçənginin diaqnostikası və proqnozlaşdırılmasında süni intellektin rolunu araşdırırlar04.12.2025 - 14:34
Məişət zorakılığının qarşısının alınması sahəsində İsveçin təcrübəsi öyrənilib04.12.2025 - 14:05
Kənan Həsənli: "2026-cı ildə peşə təhsili üzrə dörd müəssisənin istifadəyə verilməsi planlaşdırılır"04.12.2025 - 12:58
AzMİU nümayəndəsi Nyu-York Universitetində məruzə ilə çıxış edib04.12.2025 - 12:41
Məzun olduqları universitetə rəhbər vəzifələrə təyin edildilər04.12.2025 - 12:29
Emin Əmrullayev Gürcüstanda səfərdədir04.12.2025 - 12:17
BDU ilə Özbəkistanın Buxara Dövlət Tibb İnstitutu arasında əməkdaşlıq genişlənir04.12.2025 - 12:00
Tokio məktəbində robot müəllim uşaqlara ingilis dili dərsi keçdi04.12.2025 - 11:50
Kitabxana müdiri və kitabxanaçı işləmək istəyənlərin nəzərinə 04.12.2025 - 11:45
BilBacar müsabiqəsinin “Yarış” mərhələsi davam edir04.12.2025 - 11:35
Azyaşlının ölümündə günahkar sayılan həkimə hökm oxundu04.12.2025 - 11:25
"Azərbaycan neft-kimya innovasiyalarının aparıcı mərkəzinə çevrilib"04.12.2025 - 11:15
"Dövlət sektorunda könüllülüyün əhəmiyyəti artıb"04.12.2025 - 11:05
"Azərbaycan böyük alimləri ilə fəxr etməlidir"04.12.2025 - 10:55
Kamal Abdullanın 75 illik yubileyi münasibətilə kitab sərgisi təşkil olunub04.12.2025 - 10:40
Bu ölkədə tələbələrə onlayn beynəlxalq təhsil imkanı yaradılıb04.12.2025 - 10:25
Gələn ildən peşə təhsilinin bütün səviyyələrində kredit sisteminin tətbiqi təklif olunur04.12.2025 - 10:10
Xalq rəssamı Sakit Məmmədov TURKKON-un fəxri üzvü seçilib04.12.2025 - 09:55