Psixoloji problemlər dövrümüzdə getdikcə çoxalır. Lakin, bunun səbəbini çox insan hələ də bilmir. Bunlara cavab tapmağın yolu məhz psixoloqa müraciət etməkdir.
Psixoloq Feridi Musavi “Tehsil365“ə verdiyi açıqlamada bildirib ki:
Ən çox rast gəlinən psixoloji problemlər arasında diqqət əksikliyi və hiperaktivlik pozuntusu narahatlıq pozuntuları (ümumi narahatlıq, fobiya, sosial narahatlıq), ovqat pozuntuları (depressiya), yemə pozuntuları və nitq pozuntuları (kəkələmə, tiklər) yer alır. Uşaqlar arasında gecə qorxuları, məktəb qorxusu, alt islatma və yalan danışma kimi problemlər də yaygındır.
Ümumi psixoloji problemlər
Diqqət əksikliyi və hiperaktivlik pozuntusu Hərəkətlərinə nəzarət etməkdə çətinlik çəkən və diqqəti asanlıqla yayınan insanlarda rast gəlinir.
Narahatlıq, qorxu, stres və panika halları kimi hallar bu qrupa daxildir.
Ovqat pozuntuları: Depressiya, bipolyar pozuntu kimi hallar bu qrupa aid edilir.
Yemə pozuntuları: Anoreksiya, bulimiya kimi pozuntular.
Yuxu pozuntuları: Yuxusuzluq, yuxuda danışmaq və ya gəzmək.
Uşaqlarda rast gəlinən psixoloji problemlər
Gecə qorxuları: Uşaqlarda gecələr qorxu hissi.
Məktəb qorxusu: Uşaqların məktəbə getməkdən çəkinməsi.
Tiklər: Qəfil və təkrarlanan hərəkətlər.
Kəkələmə: Danışarkən fasilələrlə və təkrarlarla danışmaq.
Alt islatma (enurez): Yuxuda sidiyə getmə.
Nəcis qaçırma (diariya): Qəfil nəcis qaçırma.
Yalan danışma: Yalan danışma vərdişi.
Uşaqlarda psixoloji problemlər - Uşaqlar arasında ən çox rast gəlinən psixoloji problemlər bunlardır: Gecə qorxuları Məktəb qorxusu. Kəkələmə *Diqqət əksikliyi və s.

