Azərbaycan kinosunun inkişafında mühüm rol oynamış kinorejissor, aktyor, ssenarist və filmlərin bədii rəhbəri Şamil Fəraməz oğlu Mahmudbəyovun xatirəsi bu gün də ehtiramla yad olunur.
"Tehsil365" xəbər verir ki, O, 6 fevral 1924-cü ildə Naxçıvanda dünyaya gəlmiş, 18 may 1997-ci ildə Bakıda vəfat etmişdir.
Yaradıcılığı ərzində bir çox yadda qalan filmlərə imza atan Mahmudbəyov Azərbaycan kinematoqrafiyasında estetik və məzmun dərinliyi ilə seçilən ekran əsərlərinin müəllifi olub. Onun həm rejissor, həm də ssenarist kimi fəaliyyət göstərdiyi filmlər bu gün də klassiklər sırasında yer alır.
1970-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına, 1976-cı ildə isə “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən sənətkar milli kino tarixində silinməz iz qoymuşdur. Onun yaradıcılığı bu gün də gənc rejissorlar və kino tədqiqatçıları üçün ilham mənbəyidir.

