Azərbaycanın görkəmli aktrisası, səhnə və ekran sənətinin sevilən simalarından biri olan Şəfiqə Qasım qızı Qasımova 5 dekabr 1924-cü ildə Bakıda anadan olub.
"Tehsil365"xəbər verir ki, Onun aktyorluq istedadı və səhnəyə sevgisi illərlə Azərbaycan teatr və kino sənətinin inkişafına töhfə verib.
Uzun illər boyu müxtəlif rollarda çıxış edən Şəfiqə Qasımova tamaşaçıların qəlbində dərin iz qoyub. Onun ifasında həyat verdiyi obrazlar yüksək peşəkarlığı, təbiiliyi və emosional gücü ilə seçilib.
1960-cı ildə “Azərbaycan SSR əməkdar artisti” fəxri adına layiq görülən sənətkar sənətə bağlılığı və vətən mədəniyyətinə töhfələri ilə yadda qalıb.
Şəfiqə Qasımova 3 aprel 2008-ci ildə Bakıda vəfat edib. Onun zəngin yaradıcılığı və sənətə olan sədaqəti bu gün də ehtiramla xatırlanır.

