Azərbaycanın görkəmli rəssamı, Xalq rəssamı, professor Nadir Qəmbər oğlu Əbdürrəhmanov 5 dekabr 1925-ci ildə Naxçıvanın Abdallar kəndində anadan olub.
"Tehsil365" xəbər verir ki, Onun yaradıcılığı Azərbaycan təsviri sənətində realist üslubun inkişafında mühüm rol oynayıb.
O, təkcə bir rəssam kimi deyil, həm də pedaqoq və sənət təşkilatçısı kimi mədəniyyətə böyük töhfələr verib. Əsərlərində Azərbaycanın təbiəti, insanı, zəhməti və gündəlik həyatı poetik dildə ifadə olunub. Onun fırçasından çıxan tablolarda həm milli kolorit, həm də dərin humanizm duyulur.
Nadir Əbdürrəhmanov “Əməkdar incəsənət xadimi” və “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. O, uzun illər Azərbaycan Rəssamlar İttifaqının sədri kimi də fəaliyyət göstərib.
26 iyun 2008-ci ildə Bakıda vəfat edən sənətkarın adı bu gün də Azərbaycan təsviri sənətinin parlaq simalarından biri kimi böyük ehtiramla anılır.

