Bu gün Azərbaycan televiziyasının və elmi mühitinin tanınmış nümayəndəsi Elçin Əlibəylinin doğum günüdür.
"Tehsil365" xəbər verir ki, O, 5 dekabr 1978-ci ildə İrəvanda anadan olub.
Elçin Əlibəyli televiziya xadimi, media araşdırmaçısı, kulturoloq, rəqəmsal etnoqrafiya və media antropologiyası sahəsində ixtisaslaşmış mütəxəssisdir. O, sənətşünaslıq üzrə fəlsəfə doktorudur (2005), 2006-cı ildən Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvüdür.
Media və mədəniyyət sahəsindəki fəaliyyəti ilə tanınan Əlibəyli 2024-cü ildə Polşa Beynəlxalq Elm və Texnologiya Universiteti (ISTU) tərəfindən Fəxri doktor (Dr. h.c.) adına layiq görülüb.
Onun media elmi və kulturoloji araşdırmaları, həmçinin televiziya layihələri bu sahənin inkişafına töhfə verib. Elçin Əlibəyli Azərbaycan mədəniyyətinin təbliği və müasir medianın elmi əsaslarla inkişafında xüsusi rola malikdir.

