Bu gün — 5 dekabr, görkəmli Azərbaycan teatr və kino aktyoru Ağasadıq Ağaəli oğlu Gəraybəylin anım günüdür.
"Tehsil365" xəbər verir ki, O, 1988-ci ildə Bakıda vəfat etmişdir.
Ağasadıq Gəraybəyli 15 mart 1897-ci ildə Şamaxıda anadan olmuş, Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətlər göstərmişdir. 1940-cı ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülmüşdür.
Onun aktyorluq sənətindəki istedadı və zəhməti Azərbaycan mədəniyyətində dərin iz qoymuşdur. Ağasadıq Gəraybəyli teatr və kino sənətimizin önəmli simalarından biri kimi xatırlanır.

