Bu gün, 5 dekabr, Azərbaycan fotojurnalisti Rafiq Nağıyevin xatirə günüdür.
"Tehsil365" xəbər verir ki, O, 1935-ci il avqustun 22-də Bakı şəhərində anadan olmuş, 2017-ci il dekabrın 5-də vəfat etmişdir.
Rafiq Nağıyev uzun illər ərzində fotojurnalistika sahəsində çalışaraq Azərbaycan mətbuatına və sənətinə böyük töhfələr vermişdir. Onun çəkdiyi fotoşəkillər dövrün hadisələrini obyektiv və sənətkarcasına əks etdirərək xalqın yaddaşında yer almışdır.
Fotojurnalistin xatirəsi hörmətlə yad edilir.

