Bu gün — 5 dekabr, görkəmli Azərbaycan teatr aktyoru Qurban Məmiş oğlu Abbasovun anım günüdür.
"Tehsil365" xəbər verir ki, O, 1998-ci ildə Gəncədə vəfat etmişdir.
Qurban Abbasov 2 yanvar 1944-cü ildə Göyçə gölü hövzəsində anadan olmuş, uzun illər ərzində Azərbaycan teatrının inkişafına böyük töhfələr vermişdir. 1981-ci ildə Azərbaycan SSR əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Onun sənətdəki xidmətləri və istedadı Azərbaycan teatr mədəniyyətində dəyərli iz qoymuşdur. Qurban Abbasov teatrsevərlər tərəfindən hörmət və sevgi ilə xatırlanır.

