1951-ci ilin 5 dekabr tarixində Beynəlxalq Köç Təşkilatı (IOM) təsis edilib.
"Tehsil365" xəbər verir ki, Bu təşkilat miqrantların yeni ölkələrə yerləşdirilməsi, könüllü geri qayıtmalarına dəstək göstərilməsi, miqrantların sağlamlığı, pul köçürmələri və qanuni köç variantlarının təşviqi sahəsində fəaliyyət göstərir.
Beynəlxalq Köç Təşkilatı dünya üzrə miqrasiya proseslərinin insan hüquqlarına uyğun və təhlükəsiz şəkildə həyata keçirilməsini təmin etməyə çalışır. Təşkilat miqrantların hüquqlarının qorunması və sosial inteqrasiyanın gücləndirilməsi üçün mühüm rol oynayır.

