Təhsil 365 - Logo Mobile

Nazirlik bu kitabı məktəblərdə niyə qadağan edib?

8505.12.2025 - 05:35
Nazirlik bu kitabı məktəblərdə niyə qadağan edib?

Elm və Təhsil Nazirliyinin məktəb kitabxanalarına dair qərarı növbəti dəfə ciddi suallar doğurub. Nazirlik Donna Deyl Karneginin “Yeniyetmə qızlar: dostları necə qazanmalı və insanlara necə təsir etməli” kitabının məktəb kitabxanalarına alınmasını qadağan edib. Bu addım nəinki təəccübləndirib, hətta maarifçilik fəlsəfəsinə zidd kimi qarşılanıb.

Tehsil365” xəbər verir ki, “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu məsələyə kəskin reaksiya verib. Onun sözlərinə görə, nazirlik yanında fəaliyyət göstərən komissiya kitabı “məqsədəuyğun hesab etməyib”, lakin bunun səbəbləri barədə heç bir aydın izah təqdim olunmayıb. Xuduoğlu bildirir ki, qərar “qəribə olmaqla yanaşı, antiinsani və qızlara qarşı ədalətsiz addım” təsiri bağışlayır: “Karneginin əsərləri dünyada insan münasibətlərini, sosial bacarıqları və şəxsi inkişafı öyrədən ən fundamental mənbələrdən biridir. Onun kitabları bütün dillərə tərcümə edilib və geniş auditoriyada istifadə olunur. Mən əminəm ki, nazirliyin özündə də bu əsərlərdən faydalananlar az deyil. Bəs indi nə dəyişdi?”, - deyə Ş.Xuduoğlu sual edir.

Məsələnin ən çox qıcıq doğuran tərəfi isə qərarın gender müstəvisində yaratdığı assosiasiyalardır. Nəşriyyat direktoru bildirir ki, əgər bu kitab “yeniyetmə qızlar” deyil, “oğlanların dost qazanması” haqqında olsaydı, yəqin ki, heç bir qadağa gündəmə gəlməzdi. Onun fikrincə, belə yanaşma “qadınlara ikinci dərəcəli varlıq kimi baxış görüntüsü” yarada bilər ki, bu da həm sosial, həm də psixoloji baxımdan son dərəcə zərərlidir.

Elçin Əfəndi

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “Yeni Müsavat”a bildirib ki, Karnegi bu kitabı daha çox öz ölkəsinin, ona yaxın qonşu ölkələrin yeniyetmə qızlarını, elmi mühiti nəzərə alaraq yazıb: "Bizim bu cür məsələlərə həssas reaksiyamız var. Belə mental məsələlərdə Avropa ilə Azərbaycanı müqayisə etmək doğru deyil. Çünki Avropada biz bəzi hallarda tamamilə fərqli mühit, ailə dəyərləri görürük. Bir sıra Qərb ölkələrində ailə institutu anlayışı yoxdur. Ona görə də məhz bu vəsaitin bu adla təhsil müəssisələrinə yol açması doğru deyil. Ola bilər ki, nazirliyin komissiyası bu amilləri nəzərə alaraq qərar qəbul edib".

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov bildirib ki, yeniyetmələrin sosial bacarıqlarının inkişafına dair resursların məhdudlaşdırılması təhsil sisteminin məqsədləri ilə ziddiyyət yaradır: “Karnegiyə aid kitabın məktəb kitabxanalarına alınmasına qoyulan qadağa təhsilin ideoloji çərçivəsindən deyil, psixososial inkişafın elmi əsaslarından yanaşılanda daha ciddi izah tələb edir. Çünki yeniyetmələrin davranış modelləri, empatiya bacarığı, sosial adaptasiya səviyyəsi, qızların özünəinam göstəriciləri və məktəb mühiti ilə münasibəti kimi vacib sahələr məhz belə resurslarla möhkəmlənir və beynəlxalq qurumların hesabatlarında bunun müsbət təsiri dəfələrlə təsdiqlənir. Son 10 ilin statistikası göstərir ki, sosial-emosional öyrənmə proqramlarının tətbiq olunduğu ölkələrdə məktəb mühitinin sağlamlığı 18-27% intervalında yaxşılaşır. Azərbaycanda şagird davranış pozuntularının artdığı son dövrlərdə bu kimi resursların məhdudlaşdırılması məzmun baxımından uyğun görünmür”.

Ekspertin sözlərinə görə, hüquqi kontekstdə yanaşdıqda, “Təhsil haqqında” Qanunun 14.2-ci maddəsi təhsilalanların intellektual, fiziki, emosional və sosial inkişafını dəstəkləyən tədris resursları ilə təmin edilməsini dövlətin vəzifəsi kimi müəyyən edir: “Eyni zamanda "Ümumi təhsil haqqında" Qanunun 4-cü maddəsi məktəb mühitinin şagirdin harmonik, sosial baxımdan yetkin şəxs kimi formalaşmasına xidmət etməli olduğunu vurğulayır. Bu müddəalar onu göstərir ki, sosial bacarıqların inkişafına yönəlmiş resursların kitabxana siyasətində məhdudlaşdırılması qanunun ruhuna uyğun deyil və qərarverici qurumun bu qərarı hansı kriteriyalar əsasında verdiyini ictimaiyyət üçün izah etməsi zəruridir.

Müsbət tərəfdən, Elm və Təhsil Nazirliyinin son illərdə məktəb kitabxanalarının yenilənməsi, yeni resursların daxil edilməsi, multimedia materiallarının genişləndirilməsi, oxu vərdişlərinin artırılması üçün layihələr həyata keçirməsi təqdir olunmalıdır. Nazirliyin kitabxana siyasətinin modernləşdirilməsi istiqamətində apardığı işlər, xüsusən də məktəblərdə oxu klublarının yaradılması, psixoloji dəstək xidmətlərinin gücləndirilməsi, SEL (sosial-emosional öyrənmə) komponentlərinin dərsliklərə daxil edilməsi mütərəqqi addımlardır və beynəlxalq təcrübə ilə üst-üstə düşür. Bu baxımdan konkret bir kitabın məhdudlaşdırılması bu böyük strategiyanın fonunda istisna kimi görünür və məhz buna görə daha aydın izah tələb edir. Mənfi tərəf isə ondan ibarətdir ki, qərarın ictimai əsaslandırması verilmədiyi üçün informasiya boşluğu yaranıb və bu boşluq gender kontekstində yanlış interpretasiyalara səbəb ola bilər. Dünya təcrübəsi göstərir ki, qızların sosial bacarıqlarının inkişafı üçün xüsusi resursların təşviqi onların gələcək liderlik potensialına müsbət təsir edir. Dünya Bankının 2024-cü il “Gender Gap in Skills” hesabatında sosial bacarıqları güclü olan yeniyetmə qızların sonrakı mərhələdə əmək bazarında liderlik rollarına keçid ehtimalı 31% daha yüksək göstərilir. Bu yanaşma onu göstərir ki, qızlara yönəlmiş sosial bacarıq kitablarının məhdudlaşdırılması beynəlxalq tendensiya ilə uyğunlaşmır".

Amidə Zeynalova

Xəbər Lenti

Türkiyə hibrid mühərriki kosmosda işə salan ilk ölkə olub07.12.2025 - 19:54
Emin Əmrullayev Tbilisi Dövlət Universitetində əməkdaşlıqla bağlı müzakirələr aparıb07.12.2025 - 19:45
Nobel mükafatına layiq görülən Daron Acemoğlu və onun elmi töhfəsi07.12.2025 - 19:30
Alimlər 1-ci tip diabetin müalicəsində mühüm nailiyyətlər əldə ediblər07.12.2025 - 19:15
Akademik Yusif Məmmədəliyevin Ordubaddakı abidəsinin bərpadan sonra açılışı olub07.12.2025 - 19:00
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 07.12.2025 - 18:59
Üç yaşlı uşaq dünya rekorduna imza atdı07.12.2025 - 18:51
“Simpsonlar”ın premyerası nümayişi təxirə salındı07.12.2025 - 18:42
Yeni milli park yaradılır - Bu əraziləri əhatə edəcək07.12.2025 - 18:27
Neftçalada “I Balıq” Festivalı keçirilib07.12.2025 - 18:17
BDU-nun dosenti Qismət Davudov vəfat etdi07.12.2025 - 18:00
Xaricdə təhsil imkanı imkansız tələbələr arasında yarıya enib07.12.2025 - 17:59
Bu turşunu yeyənlərin diqqətinə!07.12.2025 - 17:50
Azərbaycan-Özbəkistan birgə istehsalı “Yer və Ay” filminin premyerası olub07.12.2025 - 17:41
Süni intellekt qaz qıtlığına səbəb olacaq - Qətər07.12.2025 - 17:36
"Silikon Səhrasında" məktəb tələbələri yarımkeçirici Bumuna qoşulmağa hazırlanır07.12.2025 - 17:28
Nə çuğundur, nə brokoli, nə də ispanaq: Dünyanın ən sağlam tərəvəzi açıqlandı07.12.2025 - 17:25
Gənclər Dialoqunun ikinci günündə D-8 Bakı Gənclər Bəyanatı qəbul olunub07.12.2025 - 17:24
Dünyada İLK - Aşpaz süni intellektlə yeməklər hazırlayır07.12.2025 - 17:18
Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib07.12.2025 - 17:15
Emin Əmrullayevin rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstanda təhsil sahəsində əməkdaşlığı müzakirə edib07.12.2025 - 17:02
Minlərlə şagird peşə bacarıqları qazanır: "Peşə Təmayüllü Siniflər" layihəsi uğurla davam edir07.12.2025 - 16:57
Sosial təzyiqin azaldılması: Peşə təhsilinə marağın artması Ali təhsilə süni tələbi azaldacaq07.12.2025 - 16:44
"Yalnız Ali təhsil" stereotipi sındırılır: Peşə təhsili alternativ yol kimi təbliğ olunur07.12.2025 - 16:31
Yeni peşə məktəblərinin açılması gənclərin bacarıqlarının inkişafına təkan verəcək07.12.2025 - 16:18
“Küldə şərqi deyənlər” sənədli filmi təqdim olundu07.12.2025 - 16:05
Pedaqogikaya təsir edən "Şəxsi olmayan və Ümumi" sinif əlamətləri07.12.2025 - 15:41
Donald Tramp “GENESIS MISSION” təşəbbüsünü elan etdi07.12.2025 - 15:39
Astara şəhərində "Qaraca qız" mövzusunda ustad dərs keçirilib07.12.2025 - 15:26
Astara şəhərində "Təbrizim" əsəri ilə bağlı açıq dərs keçirildi07.12.2025 - 15:23
STEP Azerbaijan-dan Abşeron qadın və uşaq sığınacağına dəstək ziyarəti keçirilib07.12.2025 - 15:00
Akademik keyfiyyət və məzun hazırlığına dair narahatlıqlar07.12.2025 - 14:29
Xəzərin nadir balığı azalır - Vacib addımlar atılacaq07.12.2025 - 14:00
Mühacirlərin qələmindən Məhsəti – “Xəyyama çox bənzəməkdədir”07.12.2025 - 13:50
Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ07.12.2025 - 13:36
"Böyük Teatr" ın solistinin konserti olacaq07.12.2025 - 13:35
16-cı Bakı Beynəlxalq Film Festivalı başladı07.12.2025 - 13:20
Xaçmazda ibtidai sinif müəllimi qəfil həyatını itirdi07.12.2025 - 13:10
Universitetlər müraciət sistemində süni intellekt (AI) alətlərindən istifadə etməyə başlayıb07.12.2025 - 12:34
"Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfransın ikinci günü Naxçıvanda təşkil edilib07.12.2025 - 12:34
Nuranə Abıyevanın təqdimatında "Jest dili dərsləri" proqramı davam edir07.12.2025 - 12:26
ABŞ-də bu ay təhsil barədə önəmli xəbərlər07.12.2025 - 12:22
Sabahın hava proqnozu açıqlanıb07.12.2025 - 12:18
"Peşə təmayüllü siniflər” layihəsindən FOTOLENT07.12.2025 - 12:12
Asif Muradzadənin “Ayrılığın sonu varmış” tarixi romanının təqdimatı keçirilib07.12.2025 - 12:10
“Qərbi Azərbaycanın tarixi, mədəni irsi və qayıdış hüquqları” mövzusunda qrup işləri təşkil olunub07.12.2025 - 12:08
Deputat: "Mədəniyyətimizi küçə səviyyəsinə endirməyə icazə verməməliyik"07.12.2025 - 12:00
Türkiyədə Qarabağ qazisinə həsr edilən film mükafat aldı07.12.2025 - 11:55