Təhsil 365 - Logo Mobile

Azərbaycanın dövlət universitetlərinə xarici tələbələrin qəbuluna qadağa qoyulacaq? - AÇIQLAMA

10305.12.2025 - 06:45
Azərbaycanın dövlət universitetlərinə xarici tələbələrin qəbuluna qadağa qoyulacaq? - AÇIQLAMA

Gürcüstan növbəti ildən dövlət ali təhsil müəssisələrinə xarici tələbələrin qəbuluna qadağa qoyacaq.

Tehsil365” xəbər verir ki, Bu barədə ölkənin təhsil naziri Givi Mikanadze deyib.

Nazir əlavə edib ki, bu qadağa özəl universitetlərə şamil olunmur, onlar bu barədə qərarı könüllü şəkildə qəbul edə bilərlər.

Bəs görəsən Azərbaycan dövlət universitetlərində də xarici tələbələr üçün eyni qərar verilə bilərmi?

Təhsil eksperti Kamran Əsədov bu barədə Sonxeber.az -a açıqlama verib:

"İlk növbədə qeyd edim ki, Gürcüstanın dövlət ali təhsil müəssisələrinə xarici tələbə qəbulunu dayandırmaq qərarı ali təhsilin strukturunda milli maraqları prioritetləşdirməyə yönəlmiş kəskin addımdır və bu addım ölkədə formalaşmış tələbə axınının dinamikasını dəyişəcək. Gürcüstan ali məktəblərində 2024/2025-ci tədris ilində 187,8 min tələbənin təhsil alması, onların 37,1 mininin — yəni ümumi kontingentin 20 faizindən çoxunun — xarici tələbələr olması sistemin daşıma qabiliyyətinin artıq həddə çatdığını göstərir. Bu göstərici son bir ildə 21 faiz artıb ki, bu da dövlət universitetlərinin resurslarının daha çox pulsuz və subsidiya hesabına təhsil alan yerli gənclərə yönəlməsini tələb edir. Gürcüstan təhsil nazirinin "dövlət universitetləri dövlətin maraqlarına xidmət etməlidir" fikri də anlayış olaraq ali təhsilin sosial missiyasını kommersiya maraqlarından üstün tutmağa hesablanıb. Belə modeldə dövlət infrastrukturu daha çox daxili tələbi ödəmək, özəl sektor isə bazar rəqabətinə uyğun şəkildə xarici tələbə cəlb etmək üçün stimullaşdırılır.

Qərarın müsbət tərəfləri ondan ibarət olacaq ki, dövlət maliyyələşdirilən universitetlərdə yerli tələbələrin qəbul imkanları genişlənir, təhsil haqlarının və subsidiya yükünün paylanması daha balanslı olur, eləcə də milli kadr hazırlığına fokus güclənir. Dövlət universitetləri ödənişli xarici tələbələrin yaratdığı maliyyə asılılığından qismən çıxaraq akademik strategiya və elmi fəaliyyətləri yenidən planlaşdırmaq imkanı əldə edir. Bir çox Şərqi Avropa ölkələrində – xüsusilə Polşa, Macarıstan və Baltik dövlətlərində – belə balanslaşdırıcı mexanizmlər tətbiq olunur ki, dövlət müəssisələri kütləvi şəkildə xariciləri qəbul etməklə tədrisin keyfiyyətini ikinci plana atmamalıdır. Gürcüstanın indi tətbiq etdiyi model bu tendensiyanın daha sərt versiyasıdır.

Mənfi tərəfdən isə belə addım ali təhsilin beynəlxalq rəqabət qabiliyyətinə təsir edə bilər. Xarici tələbələr ali təhsil sisteminə yalnız maliyyə deyil, həm də beynəlmiləlləşmə, akademik müxtəliflik, qlobal əməkdaşlıq və universitetlərin reytinq mövqeləri baxımından dəyər qatır. Dünya Bankının məlumatına görə, xarici tələbələrin hər bir ölkəyə töhfə etdiyi təhsil ixrac gəlirləri və əlavə iqtisadi effektlər ÜDM-in 0,5–1,2 faizinə qədər çata bilir. Gürcüstanda yalnız tibb istiqamətində təhsil alan xarici tələbələrin sektora illik töhfəsi 200 milyon ABŞ dollarını keçirdi. Bu bazarın dövlət sektorundan tam çıxarılması özəl universitetlərin yükünün artmasına, rəqabətin qeyri-bərabərləşməsinə və beynəlxalq görünürlüyün azalmasına səbəb ola bilər. Beləliklə, Gürcüstanın ali təhsil sistemi daxili tələbi qorumaq üçün beynəlxalq açıq təhsil modelindən daha çox milli qapalı modelə keçir.

Azərbaycan bu fonda daha fərqli strategiya yürüdür. "Təhsil haqqında" Qanunun 5-ci maddəsində ali təhsilin beynəlmiləlləşdirilməsi dövlət siyasətinin əsas istiqaməti kimi göstərilir və hər hansı məhdudlaşdırıcı norma yoxdur. Elm və Təhsil Nazirliyinin son illər formalaşdırdığı siyasət ölkənin təhsil ixracı potensialını artırmağa, ATİS sistemi vasitəsilə xarici tələbə cəlbini təkmilləşdirməyə, ikili diplom proqramlarını genişləndirməyə və universitetlərin qlobal reytinqlərdə mövqelərini yüksəltməyə yönəlib. Statistikada da bu prioritetin nəticələri görünür: son 5 ildə xarici tələbələrin sayı 2,5 dəfə artaraq 16–17 min nəfərə çatıb, 2027-ci il üçün proqnoz 25 min nəfərdir və bu artım yerli tələbələrin qəbul imkanlarını məhdudlaşdırmır, çünki Azərbaycanın demoqrafik strukturu Gürcüstandakı kimi daralma mərhələsində deyil. Üstəlik, xarici tələbələr Azərbaycan universitetləri üçün ciddi maliyyə mənbəyidir — bir çox dövlət universitetlərində ümumi büdcənin 20–40 faizi məhz beynəlxalq tələbə axını hesabına formalaşır. Müqayisə göstərir ki, Gürcüstanın qərarı daha çox daxili sıxlığı azaltmağa və milli ehtiyacları prioritetləşdirməyə yönəlmiş lokal addımdır, Azərbaycan isə regional təhsil mərkəzi olmaq strategiyasını davam etdirir. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər — akkreditasiyanın beynəlxalq standartlara uyğunlaşdırılması, təhsil ixracının genişləndirilməsi, universitet diplomlarının tanınmasının artırılması, ikili proqramların açılması — müsbət və strateji baxımdan düzgün addımlardır və hazırkı regional rəqabət kontekstində Azərbaycan üçün daha səmərəli model yaradır.

Hesab edirəm ki, Azərbaycanın xarici tələbə qəbulunu məhdudlaşdırması nə iqtisadi baxımdan məqsədəuyğundur, nə də qanunvericiliyin ruhuna uyğundur. Əksinə, innovativ və açıq sistemin gücləndirilməsi, universitetlərin maliyyə müstəqilliyini və beynəlxalq mövqelərini möhkəmləndirmək üçün bu istiqamətdə addımlar daha da genişləndirilir. Azərbaycanda dəyişməsi lazım olan əsas məsələ qəbul mexanizmlərinin şəffaflığının artırılması, infrastrukturun gücləndirilməsi və rəqabətə əsaslanan keyfiyyət modelinin daha güclü tətbiqidir. Gürcüstanın addımı isə Azərbaycan üçün xəbərdarlıq deyil, daha çox regionda ali təhsil modellərinin fərqli istiqamətlərdə formalaşmasının göstəricisidir"

Amidə Zeynalova

Xəbər Lenti

Ermənistanda azərbaycandilli “ReOpen Media” fəaliyyətini dayandırdı06.12.2025 - 20:40
Taksi sürücülərinin imtahanı dekabrın 9-da keçiriləcək06.12.2025 - 19:56
UNEC-in müəllimi Oksford Universitetindən məzun oldu06.12.2025 - 19:49
UNEC Dizayn Məktəbinin müəllimləri Türkiyədə beynəlxalq konqresdə çıxış ediblər06.12.2025 - 19:39
Bu gündən dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq06.12.2025 - 19:29
UNEC-də “Yaşıl Qarabağ” hakatonu keçiriləcək06.12.2025 - 19:19
Tarix-mədəniyyət abidələri və mədəniyyət haqqında qanunlarda nə dəyişir?06.12.2025 - 19:06
Şuşa Dövlət Musiqili Dram Teatrında “Solğun çiçəklər” tamaşasının nümayişi baş tutub06.12.2025 - 18:54
Tarixdəki ən böyük ilan: O, avtobusdan uzun olub06.12.2025 - 18:43
Gündə bir bankadan belə az qazlı içkiqaraciyər xəstəliklərinə səbəb ola bilər06.12.2025 - 18:31
Qəhvə yuxunun keyfiyyətini artırır06.12.2025 - 18:17
Oljas Süleymenov Nobel Sülh Mükafatına namizəd göstərilib06.12.2025 - 18:00
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olunub06.12.2025 - 17:48
Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev tələbələrlə görüşüb06.12.2025 - 17:33
Azərbaycan-Gürcüstan təhsil əməkdaşlığı çərçivəsində Tbilisi məktəbində STEAM mərkəzi açılacaq06.12.2025 - 17:18
BDU-nun dosenti Eldar Kərimov vəfat edib06.12.2025 - 17:03
Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrında “Solğun çiçəklər” tamaşası səhnələşdiriləcək06.12.2025 - 16:47
Texnologiyaların Transferi Mərkəzi nəzdində İnşaat bölməsi yaradılıb06.12.2025 - 16:32
Biznesin iqtisadiyyatı və menecment kafedrasının baş müəllimi fəlsəfə doktoru oldu06.12.2025 - 16:17
Məlahət Abbasova Türkiyədə “Əməyə hörmət” mükafatına layiq görülüb06.12.2025 - 16:02
Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub06.12.2025 - 15:46
Mingəçevir Dövlət Universiteti 20 ölkədən alim və tədqiqatçıların iştirak etdiyi beynəlxalq konfransa ev sahibliyi edir06.12.2025 - 15:30
Xəzər Universitetində professor Bayram Durbilməzlə görüş keçirilib06.12.2025 - 15:16
Əmrah Həsənli:"Bu gün əmək bazarı artıq yalnız diplomla ölçülmür"06.12.2025 - 15:07
“Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı “Springer” nəşriyyatında çap olunub06.12.2025 - 15:00
Təhsildə mexaniki yaddaş yox, bacarıq əsas rol oynayır06.12.2025 - 14:50
Smartfon kameralarındakı köhnə problemə ÇARƏ06.12.2025 - 14:45
Soyuq havada çay əvəzinə su içməyin FAYDALARI06.12.2025 - 14:30
"Google" 2025-ci ildə ən populyar axtarış sorğularını açıqladı06.12.2025 - 14:15
Gürcüstanın POS TV telekanalının rəhbərliyi Baku TV-nin iş prosesi ilə tanış olub06.12.2025 - 14:00
Ən çox istifadə olunan sosial media və proqramlar hansılardır? 06.12.2025 - 13:59
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub06.12.2025 - 13:44
Nazir: "Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini də öyrənməlidirlər"06.12.2025 - 13:31
İlin ən yaxşı oyunları06.12.2025 - 13:16
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq06.12.2025 - 12:59
Kitab oxumağın insan psixologiyası və intellektual inkişafına təsiri açıqlanıb06.12.2025 - 12:46
"Ailə daxilindəki gərginlik uşağın xarakter və təhsilinə mənfi təsir göstərir" – Psixoloqdan xəbərdarlıq 06.12.2025 - 12:32
Baş ağrısını dərmansız dayandıran qidalar – Mütəxəssislər tövsiyə edir06.12.2025 - 12:16
Məktəblilər üçün “Qayıdışa Hazır Olaq” layihəsinə start verilib06.12.2025 - 12:00
Sabahın hava proqnozu açıqlanıb06.12.2025 - 11:40
Emin Əmrullayev Tbilisi Dövlət Universitetində əməkdaşlıqla bağlı müzakirələr aparıb06.12.2025 - 11:25
Tbilisidə məktəbdə STEAM mərkəzinin açılması planlaşdırılır06.12.2025 - 11:10
Azərbaycan və Gürcüstanın təhsil nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər06.12.2025 - 10:50
Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur06.12.2025 - 10:35
"Məktəblilərin sosial sahibkarlığının inkişafı" layihəsinə start verilib06.12.2025 - 10:20
Təmirdən sonra Aşağı Alıxanlı kənd tam orta məktəbi istifadəyə verilib 06.12.2025 - 10:00
ADPU-da xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib 06.12.2025 - 09:40
Hazırda ölkəmizdə təhsilin ən böyük problemləri nələrdir?06.12.2025 - 09:25