Təhsil 365 - Logo Mobile

Qəhvə yuxunu qısaldır, amma...

10605.12.2025 - 07:00
Qəhvə yuxunu qısaldır, amma...

Müntəzəm qəhvə qəbulu yuxunun ümumi müddətini azaltsa da, onun dərinliyini artıraraq bərpaedici təsirini gücləndirə bilər.

Tehsil365” milli.az-a istinadən xəbər verir ki, Sürix Universitetinin alimləri bu qənaətə yeni araşdırmaları əsasında gəliblər.

Tədqiqatın müəllifləri bildirirlər ki, qəhvə beynin yuxu çatışmazlığını kompensasiya etmək qabiliyyətini işə salır. Yuxu bir qədər qısa olsa da, ən dərin fazalar güclənir.

Kofein dünyada ən geniş yayılmış psixostimulyatordur. Avropa sakinləri gündə orta hesabla 86-263 milliqram kofein qəbul edirlər ki, bu da bir-üç fincan qəhvəyə uyğundur.

Araşdırma iki böyük məlumat bazası əsasında aparılıb. UK Biobank 485 min insanın kofein istehlakı vərdişləri barədə məlumatları, İsveçrənin HypnoLaus bazası isə 1702 iştirakçı üzrə gecə polisomnoqrafiyası nəticələrini ehtiva edib. Bu ölçmələr həm yuxunun davametmə müddətini, həm də beynin elektrik aktivliyini qiymətləndirməyə imkan verir.

İştirakçılar gündəlik qəhvə qəbuluna görə iki qrupa bölünüblər: orta istehlakçılar (gündə üç və daha az içki) və yüksək istehlakçılar (dörd və daha çox). Tədqiqatçılar nəticələrin dəqiqliyini artırmaq üçün mendelvari randomizasiya və sosial-demoqrafik göstəricilər üzrə statistik uyğunlaşdırma metodlarından istifadə ediblər.

Məlum olub ki, gündə dörd və daha çox fincan qəhvə içənlər gecə təxminən 11-13 dəqiqə daha az yatırlar. Lakin EEG (beyin dalğaları) qeydləri delta diapazonunda güclənmiş aktivlik göstərib ki, məhz bu yavaş dalğalar ən dərin və ən bərpaedici yuxu fazasını formalaşdırır. Müəlliflərin sözlərinə görə, bu, beynin yuxu çatışmazlığını onun intensivliyini artırmaqla kompensasiya edə bildiyini göstərir.

Tədqiqatçılar bildirirlər ki, yuxunun qısalması hər kəs üçün arzuolunan olmasa da, qəhvənin bərpaedici yuxu fazalarına təsiri əvvəl düşünüldüyündən daha mürəkkəb ola bilər.

Amidə Zeynalova

Xəbər Lenti

Bu gün Yel çərşənbəsidir09.03.2026 - 20:01
İmtahana nəticələri bu tarixdə açıqlanacaq09.03.2026 - 10:45
9 nəfər imtahandan xaric edilib 09.03.2026 - 10:35
58 mindən çox şagird imtahan verdi09.03.2026 - 10:25
Sabah yağış yağacaq09.03.2026 - 08:20
Ötən gün yer kürəsində maqnit fırtınası olub09.03.2026 - 07:15
Leyla Əliyeva "Mənzərəyə açılan ev" sərgisində iştirak edib09.03.2026 - 07:00
Rektor: 25 tələbə Polşada mübadilə proqramlarında iştirak edəcək09.03.2026 - 05:40
Bu gün hava necə olacaq? 09.03.2026 - 05:23
Bu gün 58 mindən çox şagird imtahan VERƏCƏK09.03.2026 - 05:12
Xərçəng riskini azaldır08.03.2026 - 14:45
Sabiq direktor vəfat etdi08.03.2026 - 14:15
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir08.03.2026 - 10:35
Sabah hava necə olacaq? 08.03.2026 - 08:42
Yeniyetmələr arasında Avropa Kubokuna start verilib08.03.2026 - 08:25
Alyona Əliyevadan 8 Mart paylaşımı - FOTO08.03.2026 - 07:35
2030-cu ildə Ramazanda 36 gün oruc tutulacaq08.03.2026 - 06:50
“Qız məktəbini İran vurub”08.03.2026 - 06:30
Emin Əmrullayev 8 martla bağlı paylaşım edib - FOTO08.03.2026 - 06:04
Naxçıvanda təhsil sahəsində çalışanların 70 faizi qadınlardır08.03.2026 - 05:40
Bu gün hava necə olacaq? 08.03.2026 - 05:29
Mehriban Əliyevadan 8 Martla bağlı PAYLAŞIM - FOTO08.03.2026 - 05:20
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür08.03.2026 - 05:00
İstirahət günü intensiv qar yağacaq07.03.2026 - 19:56
Prezident İlham Əliyevin sosial media hesablarında Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib07.03.2026 - 19:50
Po şəhərində keçirilən Novruz şənliyində Azərbaycanın milli adət-ənənələri təqdim olunub07.03.2026 - 19:42
Naxçıvanda 6159 nəfər qadın aktiv fiziki şəxs kimi fəaliyyət göstərir07.03.2026 - 19:35
Naxçıvanda təhsil sahəsində çalışanların 70 faizi qadınlardır07.03.2026 - 19:30
Müasir İncəsənət Muzeyində “5-ci ELEMENT” adlı sərgi açılıb07.03.2026 - 19:24
“Təhsil proqramları əmək bazarının tələblərinə uyğun gəlirmi?” – Ekspert açıqladı07.03.2026 - 19:18
200 illik irs: Qərbi azərbaycanlıların milli geyimləri Bakıda nümayiş olunur07.03.2026 - 19:12
İkiqat olimpiya çempionu Lyu dünya çempionatından çəkildi07.03.2026 - 19:08
​“Coca-Cola” qadın jurnalistləri təbrik edir07.03.2026 - 19:04
Meteohəssas insanların nəzərinə07.03.2026 - 18:56
Yollarla bağlı xəbərdarlıq edildi07.03.2026 - 18:50
​II Qadın Liderləri Zirvəsi yekunlaşıb07.03.2026 - 18:45
13-16 yaş arası uşaqlar bu şərtlə sosial mediadan yararlana biləcək07.03.2026 - 18:38
Azərbaycanda işıqlandırma üçün müxtəlif növ lampalardan istifadəyə yol veriləcək07.03.2026 - 18:34
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq07.03.2026 - 18:28
Naxçıvanda işə qəbul üçün test imtahanı keçirilib07.03.2026 - 18:20
Alimlərdən maraqlı kəşf07.03.2026 - 18:14
Martın 16-da nəhəng kometa Yupiterə ən yaxın məsafədən keçəcək07.03.2026 - 18:08
16 yaşdan kiçiklər üçün sosial şəbəkə QADAĞASI07.03.2026 - 18:02
Naxçıvanda təhsil müəssisələri üzrə işə qəbul imtahanı - 279 namizəd, 20 vakant07.03.2026 - 17:52
Qusar Dövlət Ləzgi Dram Teatrının tamaşaçılarına bayram hədiyyəsi07.03.2026 - 17:44
Abşeronda 8 Mart sevinci07.03.2026 - 17:38
YUĞ Teatrında "Birinci akt" tamaşasına daxili baxış keçirilib07.03.2026 - 17:18
"Müsyö Jordanın Qarabağ sərgüzəştləri” tamaşasının Bakı premyerası gerçəkləşib07.03.2026 - 17:04