Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, qlobal tədris şirkəti Ironhack-in və Agentliyimizin tərəfdaşlığı ilə təşkil olunan proqram tələbələrin müasir texnologiyalar üzrə bilik və praktiki bacarıqlarını gücləndirməyi hədəfləyir.
“Tehsil365” xəbər verir ki, Proqram aşağıdakı istiqamətləri əhatə edir:
• "DevOps & Cloud Computing";
• "Data & AI";
• "Cybersecurity";
• "Web Development".
Tədris hibrid formatda keçiriləcək, beynəlxalq mentorlarla intensiv “bootcamp” dərsləri, real layihələr, hakatonlar və karyera sərgiləri təşkil olunacaq. Proqramı bitirən tələbələr Ironhack tərəfindən beynəlxalq sertifikat əldə edəcəklər.
Kimlər iştirak edə bilər?*
3-cü kursun 2-ci yarımilində təhsil alan bütün ixtisaslardan tələbələr.
Seçim prosesi test və müsahibə mərhələlərindən ibarət olacaq.
Müddət: fevral-iyul 2026 (6 ay)*
Bu dövrdə tələbələrin kreditləri universitetlər tərəfindən tanınacaq.
Pilot mərhələ: yalnız seçilmiş universitetlər üzrə həyata keçirilir.
Universitetə qəbul balı 400 və üzəri olan tələbələr müraciət edə bilərlər.*
Qeydiyyat linki: https://ironhack.typeform.com/idda-ironhack
Son tarix: 20 dekabr 2025*
“IT SkillSprint” Azərbaycan universitetlərində qlobal İT təhsil standartlarının tətbiqi və gənclərin rəqəmsal əmək bazarına hazırlanması istiqamətində mühüm addımdır.

