Təhsil 365 - Logo Mobile

Tarixi yaddaşı gələcəyə daşıyan sənədlər

10305.12.2025 - 06:42
Tarixi yaddaşı gələcəyə daşıyan sənədlər

Arxivlər hər bir xalqın və dövlətin tarixi yaddaşı, mədəni kimliyi və mənəvi irsinin qoruyucusu, keçmişi bu günə, bu günü isə gələcəyə bağlayan mühüm elmi və hüquqi mənbələrdir. Xalqımızın çoxəsrlik dövlətçilik tarixi, ictimai - siyasi və mədəni həyatı ilə bağlı sənədlər məhz Milli Arxiv İdarəsində və onun tabeliyindəki dövlət arxivlərində mühafizə olunur. Həmin qurum müstəqil dövlətimizin tarixi yaddaşını qoruyan, dövlətçilik ənənələri və milli dəyərlərimizin davamlılığını təmin edən strateji əhəmiyyətli mənbə sayılır.

“Tehsil365”xəbər verir ki, bu barədə Dövlət Səs Yazıları Arxivinin aparıcı əməkdaşı Xəyalə Əliyevanın Qafqazın ilk dövlət arxivi olan Azərbaycan arxivinin yaradılmasının 105 illiyi münasibətilə yazdığı məqalədə bəhs olunur. Məqaləni təqdim edirik.

Ölkəmizdə arxiv işinin tarixi XX əsrin əvvələrinə gedib çıxır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət idarəçiliyinin əsas prinsipləri formalaşdırılarkən arxiv işinə xüsusi diqqət yetirilib. 1918-ci ildə Nazirlər Şurası qərar qəbul edərək dövlət idarələrinin sənədlərinin qorunması ilə bağlı tədbirlər planı hazırlayıb. Doğrudur, Xalq Cümhuriyyəti öz ömrünü tez başa vurduğundan mərkəzləşdirilmiş dövlət arxiv sistemini tam şəkildə yaratmaq mümkün olmadı. Lakin həmin dövr tarixə arxiv işinə milli dövlət səviyyəsində yanaşmanın başlanğıcı kimi düşdü.

1920-ci ilin dekabrında Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış “Vahid Dövlət Arxiv Fondunun yaradılması haqqında” və “Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında” dekret respublikada arxiv işinin əsasını qoyub. Həmin sənədlə bütün dövlət, ictimai və şəxsi arxivlər fondda birləşdirilib. Bundan iki il sonra Mərkəzi Dövlət Arxivi yaradılıb və ölkədə arxiv sənədlərinin toplanılması, sistemləşdirilməsi və qorunması işinə başlanılıb.

Müstəqillik dövründə arxiv işi yeni mərhələyə qədəm qoydu. Bu sahədə əsas hüquqi sənəd 1999-cu il 22 iyun tarixli “Milli Arxiv Fondu haqqında” Qanundur. Qanunda arxiv fondunun formalaşdırılması, mühafizəsi, istifadəsi və dövlət arxivlərinin fəaliyyəti qaydaları ətraflı təsbit olunub. Prezidentin 2002- ci il 2 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” qərar qəbul olunub. Həmin Fərman əsasında arxivlərin idarə olunması və vahid siyasətin həyata keçirilməsi məqsədilə Milli Arxiv İdarəsi yaradılıb.

Hazırda ölkəmizin arxiv sisteminə bilavasitə Milli Arxiv İdarəsinə tabe olan respublika əhəmiyyətli 6 dövlət arxivi və onların 15 filialı, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi, habelə 57 rayon və şəhər dövlət arxivləri daxildir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi sistemində sənədlərin bərpası, cildlənməsi, qiymətli və nadir sənədlərin sığorta fondunun yaradılması üçün xüsusi laboratoriya da fəaliyyət göstərir. Laboratoriyada sənədlərin həm konservasiya (sənədin mövcud halının qorunması), həm də restavrasiyası (zədələnmiş hissələrin bərpası) işləri aparılır.

Son illərdə arxiv işində rəqəmsallaşdırma prosesi sürətlə inkişaf edir. “Elektron arxiv” layihəsi çərçivəsində sənədlərin elektron versiyaları yaradılır və onlayn məlumat bazaları formalaşdırılır, beynəlxalq standartlara uyğun müasir arxiv infrastrukturunun qurulması həyata keçirilir. Bu, həm arxivlərin mühafizəsini, həm də vətəndaşların sənədlərə çıxış imkanlarını asanlaşdırır.

Ölkəmizdə arxiv xidməti geniş şəbəkəyə malikdir və beynəlxalq arxiv təşkilatları ilə uğurla əməkdaşlıq edir. Həmin əməıkdaşlıq nəticəsində təcrübə mübadiləsi aparılır, beynəlxalq sərgilərdə iştirak edir və milli irsimiz dünyaya tanıdılır.

Arxiv təkcə dövlətin tarixi sənədlərini deyil, həm də Azərbaycan xalqının mədəni, elmi və ictimai həyatına dair dəyərli materialları qoruyur. Arxiv sənədləri əsasında çoxsaylı elmi tədqiqatlar, kitablar və monoqrafiyalar hazırlanır. Həmin sənədlər xalqımızın dövlətçilik, milli kimlik və mədəni irsinin əsas sübutları sayılır və gənc nəslə tariximizi öyrənmək üçün etibarlı mənbələr təqdim edir. Arxiv sənədlərinin qorunması və rəqəmsallaşdırılması gələcək nəsillərin keçmişi daha dərindən dərk etməsinə imkan yaradır.

Arxiv Fondunun ən qiymətli sənədləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) hökümət sənədləri, 1919-cu il Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin sənədləri, İkinci Dünya müharibəsi dövrünə aid arxiv materialları xüsusi yer tutur. Azərbaycan mədəniyyət və elm xadimlərinin şəxsi fondları, XX əsrin sonlarında Qarabağ münaqişəsi ilə bağlı sənədlər və 44 günlük Vətən müharibəsinin materialları qorunub saxlanılır. Həmin sənədlər xalqımızın mübarizə, dövlətçilik və milli kimlik tarixini əks etdirən ən dəyərli mənbələrdir. Milli Arxiv İdarəsi dövlət və cəmiyyət üçün strateji əhəmiyyətə malik bir qurum olaraq ölkəmizin tarixi yaddaşını gələcəyə daşıyır.

Nərmin Süleymanlı

Xəbər Lenti

Universitetlər müraciət sistemində süni intellekt (AI) alətlərindən istifadə etməyə başlayıb07.12.2025 - 12:34
"Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfransın ikinci günü Naxçıvanda təşkil edilib07.12.2025 - 12:34
Nuranə Abıyevanın təqdimatında "Jest dili dərsləri" proqramı davam edir07.12.2025 - 12:26
ABŞ-də bu ay təhsil barədə önəmli xəbərlər07.12.2025 - 12:22
Sabahın hava proqnozu açıqlanıb07.12.2025 - 12:18
"Peşə təmayüllü siniflər” layihəsindən FOTOLENT07.12.2025 - 12:12
Asif Muradzadənin “Ayrılığın sonu varmış” tarixi romanının təqdimatı keçirilib07.12.2025 - 12:10
“Qərbi Azərbaycanın tarixi, mədəni irsi və qayıdış hüquqları” mövzusunda qrup işləri təşkil olunub07.12.2025 - 12:08
Deputat: "Mədəniyyətimizi küçə səviyyəsinə endirməyə icazə verməməliyik"07.12.2025 - 12:00
Türkiyədə Qarabağ qazisinə həsr edilən film mükafat aldı07.12.2025 - 11:55
Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti Latviyanın tibb müəssisələri və universitetlərinin fəaliyyəti ilə tanış olub07.12.2025 - 11:47
Gürcüstanda əcnəbi tələbələrə “qırmızı işıq” - Azərbaycana problem? 07.12.2025 - 11:34
Xərçəngə qarşı turşu yeyin - FAYDALARI07.12.2025 - 11:25
Bakıda tarixi abidəyə zərər vuruldu07.12.2025 - 11:10
Nazir müavini süni intellekt sahəsində görüləcək işlərin vacibliyindən danışdı07.12.2025 - 10:55
Vistula Universitetinin rektoru: Burada gördüyüm elmi mühiti universitetimlə bölüşəcəyəm07.12.2025 - 10:45
“Atəşgah” Sığortadan məktəblilərə maarifləndirici təlim07.12.2025 - 10:25
Bakıda “Mədəni irs və qayıdış hüququ” mövzusunda beynəlxalq konfrans keçirilib07.12.2025 - 10:15
BMU Karyera Həftəsi 2025 başlayır!07.12.2025 - 10:05
Azərbaycan tarixi bütün ixtisas qruplarında olmalıdır - SƏBƏBLƏR07.12.2025 - 09:50
Yulafın sağlamlıq üçün zərərləri - ARAŞDIRMA07.12.2025 - 09:40
MDU və AzTU arasında yeni əməkdaşlıq!07.12.2025 - 09:25
BDU-nun dosenti vəfat etdi07.12.2025 - 09:10
Müəllimlərin iş-həyat balansındakı çətinlikləri gündəmə gətirir07.12.2025 - 08:59
Təhsil departamenti işdən çıxarılan işçiləri müvəqqəti geri çağırır07.12.2025 - 08:46
London Meri pulsuz məktəb yeməkləri sxeminin davamını yenidən qiymətləndirir07.12.2025 - 08:33
Böyük Mançester universitetində fırıldaqçılıq iddiaları: Tənzimləyicilər sorğu başlatdı07.12.2025 - 08:20
Uşaqlar üçün riyaziyyat və məntiqin əhəmiyyəti – Müəllimə Əliyeva Dünya ilə reportaj07.12.2025 - 08:07
"Ömür Boyu Davam Edən Empatiya": Xeyriyyəçilik Bradford məktəbləri arasında körpü yaradır07.12.2025 - 07:54
Astrid Tuminez: Şok və kədər arasında liderlik07.12.2025 - 07:41
Alimlər süni intellektlə bağlı araşdırmaların yanlış problemi olduğunu bildirir: "Bu, qarışıqlıqdur"07.12.2025 - 07:28
7 dekabr 1986 — Vətən Müharibəsi Qəhrəmanı Şixamir Qaflanov anadan olub07.12.2025 - 07:15
UNESCO-da Kamança sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irsi” siyahısına daxil edildi07.12.2025 - 07:02
Almaniyada məktəblilər ayağa qalxdı - “Əsgər getmək istəmirik”07.12.2025 - 06:50
Azərbaycan SSR-də Dağlıq Qarabağ Muxtar Vilayəti Mərkəzi İcraiyyə Komitəsi yaradıldı07.12.2025 - 06:49
7 dekabr 1918 – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası07.12.2025 - 06:36
Anar Kitab Mükafatı almaq istəyir? – Özü açıqladı07.12.2025 - 06:35
7 dekabr – Beynəlxalq Mülki Aviasiya Günü07.12.2025 - 06:23
Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev tələbələrlə görüşüb07.12.2025 - 06:20
Bakıda Azərbaycan İstiqlal muzeyinin açılışından 105 İl keçir07.12.2025 - 06:10
7 dekabr 1947 — Sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadə anadan olub07.12.2025 - 05:57
7 dekabr 2010 — Əməkdar incəsənət xadimi, şair Ramiz Heydər vəfat edib07.12.2025 - 05:44
7 dekabr 2021 — Tanınmış dilçi alim Qara Məşədiyev vəfat edib07.12.2025 - 05:31
Azərbaycanın görkəmli tarixçisi Aydın Balayevin xatirəsi anılır07.12.2025 - 05:18
Bu gün hava necə olacaq?07.12.2025 - 05:08
Azərbaycan kino sənətinin tanınmış siması Gülbəniz Əzimzadənin anım günüdür07.12.2025 - 05:05
Nəcibə Behbudovanın anım günü qeyd olunur07.12.2025 - 04:52
Ağəli Dadaşovun xatirəsi anılır07.12.2025 - 04:39