Təhsil 365 - Logo Mobile

"İnformasiya Texnologiyaları İnstitutu fəaliyyətini yeni strateji vəzifələrə uyğun davam etdirəcək"

10405.12.2025 - 09:40
"İnformasiya Texnologiyaları İnstitutu fəaliyyətini yeni strateji vəzifələrə uyğun davam etdirəcək"

Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutunun struktur bölmələri üzrə illik hesabat iclaslarına başlanılıb.

“Tehsil365” xəbər verir ki,İnstitutun Elmi şurasının iclasında çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində ölkənin elmi ictimaiyyəti üçün yeni strateji vəzifələr müəyyənləşdirdiyini xatırladıb. Alimin sözlərinə görə, bu tapşırıqlar süni intellekt, rəqəmsal texnologiyalar və kibertəhlükəsizlik sahələrində institutda aparılan tədqiqatların məzmununa və strateji istiqamətlərinə birbaşa təsir göstərir.

AMEA-nın vitse-prezidenti bildirib ki, AMEA-nın bir sıra institut və təşkilatlarının ETN-in tabeliyinə verilməsindən sonra həmin qurumların fəaliyyəti yeni prinsiplər əsasında qiymətləndirilir, onların qarşısında müasir çağırışlara uyğun vəzifələr qoyulur. Bu baxımdan İnformasiya Texnologiyaları İnstitutunun cari il üzrə hesabatının da yeni tələblərə uyğun şəkildə hazırlanması xüsusi əhəmiyyət daşıyır.

Alim vurğulayıb ki, qurumun 2025-ci il üzrə hesabatı yeni fəaliyyət planına keçidin əsas mərhələsidir: “Elm və təhsil sahəsində aparılan dövlət siyasətinin həyata keçirilməsinə dəstək məqsədilə institutun tədqiqat istiqamətlərinin yenilənməsi, aktual elmi problemlərin müəyyənləşdirilməsi qarşıda duran əsas vəzifələrdəndir”.

Akademik Rasim Əliquliyev qeyd edib ki, İnformasiya Texnologiyaları İnstitutu son illər həm ölkənin ali məktəbləri, həm də nüfuzlu beynəlxalq elm və təhsil mərkəzləri ilə əməkdaşlıq münasibətləri yaradıb və bir sıra memorandumlar imzalanıb. Baş direktor bu əməkdaşlıq əlaqələrinin birgə elmi tədqiqatlar, mübadilə proqramları və qabaqcıl təcrübələrin tətbiqi baxımından geniş perspektivlər açdığını söyləyib.

“Ölkə rəhbərliyinin müəyyən etdiyi dövlət strategiya, konsepsiya və proqramlarında öz əksini tapmış çağırışlar fonunda institut öz resurslarını yenidən nəzərdən keçirməli, elmin idarə olunması prosesində şəffaflığı əsas prinsip kimi qorumalıdır”, – deyə akademik Rasim Əliquliyev vurğulayıb. Əlavə edib ki, institutun müasir tələblərə cavab verən, yeni biliklər yaradan elmi mərkəz kimi inkişafında əməkdaşların fəaliyyətinin çoxmeyarlı qiymətləndirilməsi əsas mexanizmlərdən biridir.

AMEA-nın vitse-prezidenti hazırda Elm və Təhsil Nazirliyi tərəfindən məhsuldar elmi fəaliyyətlə məşğul olan əməkdaşların intellektual əməyinin stimullaşdırılması və sosial rifahının yaxşılaşdırılması məqsədilə mütərəqqi maliyyələşmə mexanizmlərinin tətbiqi istiqamətində mühüm addımlar atıldığını və bu çərçivədə qrant layihələrində iştirakın böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Alimin sözlərinə görə, həyata keçirilən bütün tədbirlər institutun yeni şəraitdə daha çevik və effektiv fəaliyyət göstərməsinə imkan verən islahatların vacib komponentidir.

Akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun yeni mərhələyə qədəm qoyduğunu bildirib: “Yeni şəraitdə yüksək elmi nəticələrin əldə edilməsi, alimlərin cəmiyyətdə nüfuzunun artırılması, eləcə də institutun əsas vəzifələrindən olan yeni bilik yaratmaq, dövlət tapşırıqlarının icrasında yaxından iştirak etmək və elmi-texnoloji yenilikləri cəmiyyətə ötürmək istiqamətində fəaliyyətin daha səmərəli həyata keçirilməsi məqsədilə hər bir əməkdaş səfərbər olmalı, bu prosesdə fəal iştirak etməlidir”.

Nərgiz Süleymanova

Xəbər Lenti

Ermənistanda azərbaycandilli “ReOpen Media” fəaliyyətini dayandırdı06.12.2025 - 20:40
Taksi sürücülərinin imtahanı dekabrın 9-da keçiriləcək06.12.2025 - 19:56
UNEC-in müəllimi Oksford Universitetindən məzun oldu06.12.2025 - 19:49
UNEC Dizayn Məktəbinin müəllimləri Türkiyədə beynəlxalq konqresdə çıxış ediblər06.12.2025 - 19:39
Bu gündən dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq06.12.2025 - 19:29
UNEC-də “Yaşıl Qarabağ” hakatonu keçiriləcək06.12.2025 - 19:19
Tarix-mədəniyyət abidələri və mədəniyyət haqqında qanunlarda nə dəyişir?06.12.2025 - 19:06
Şuşa Dövlət Musiqili Dram Teatrında “Solğun çiçəklər” tamaşasının nümayişi baş tutub06.12.2025 - 18:54
Tarixdəki ən böyük ilan: O, avtobusdan uzun olub06.12.2025 - 18:43
Gündə bir bankadan belə az qazlı içkiqaraciyər xəstəliklərinə səbəb ola bilər06.12.2025 - 18:31
Qəhvə yuxunun keyfiyyətini artırır06.12.2025 - 18:17
Oljas Süleymenov Nobel Sülh Mükafatına namizəd göstərilib06.12.2025 - 18:00
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olunub06.12.2025 - 17:48
Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev tələbələrlə görüşüb06.12.2025 - 17:33
Azərbaycan-Gürcüstan təhsil əməkdaşlığı çərçivəsində Tbilisi məktəbində STEAM mərkəzi açılacaq06.12.2025 - 17:18
BDU-nun dosenti Eldar Kərimov vəfat edib06.12.2025 - 17:03
Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrında “Solğun çiçəklər” tamaşası səhnələşdiriləcək06.12.2025 - 16:47
Texnologiyaların Transferi Mərkəzi nəzdində İnşaat bölməsi yaradılıb06.12.2025 - 16:32
Biznesin iqtisadiyyatı və menecment kafedrasının baş müəllimi fəlsəfə doktoru oldu06.12.2025 - 16:17
Məlahət Abbasova Türkiyədə “Əməyə hörmət” mükafatına layiq görülüb06.12.2025 - 16:02
Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub06.12.2025 - 15:46
Mingəçevir Dövlət Universiteti 20 ölkədən alim və tədqiqatçıların iştirak etdiyi beynəlxalq konfransa ev sahibliyi edir06.12.2025 - 15:30
Xəzər Universitetində professor Bayram Durbilməzlə görüş keçirilib06.12.2025 - 15:16
Əmrah Həsənli:"Bu gün əmək bazarı artıq yalnız diplomla ölçülmür"06.12.2025 - 15:07
“Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı “Springer” nəşriyyatında çap olunub06.12.2025 - 15:00
Təhsildə mexaniki yaddaş yox, bacarıq əsas rol oynayır06.12.2025 - 14:50
Smartfon kameralarındakı köhnə problemə ÇARƏ06.12.2025 - 14:45
Soyuq havada çay əvəzinə su içməyin FAYDALARI06.12.2025 - 14:30
"Google" 2025-ci ildə ən populyar axtarış sorğularını açıqladı06.12.2025 - 14:15
Gürcüstanın POS TV telekanalının rəhbərliyi Baku TV-nin iş prosesi ilə tanış olub06.12.2025 - 14:00
Ən çox istifadə olunan sosial media və proqramlar hansılardır? 06.12.2025 - 13:59
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub06.12.2025 - 13:44
Nazir: "Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini də öyrənməlidirlər"06.12.2025 - 13:31
İlin ən yaxşı oyunları06.12.2025 - 13:16
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq06.12.2025 - 12:59
Kitab oxumağın insan psixologiyası və intellektual inkişafına təsiri açıqlanıb06.12.2025 - 12:46
"Ailə daxilindəki gərginlik uşağın xarakter və təhsilinə mənfi təsir göstərir" – Psixoloqdan xəbərdarlıq 06.12.2025 - 12:32
Baş ağrısını dərmansız dayandıran qidalar – Mütəxəssislər tövsiyə edir06.12.2025 - 12:16
Məktəblilər üçün “Qayıdışa Hazır Olaq” layihəsinə start verilib06.12.2025 - 12:00
Sabahın hava proqnozu açıqlanıb06.12.2025 - 11:40
Emin Əmrullayev Tbilisi Dövlət Universitetində əməkdaşlıqla bağlı müzakirələr aparıb06.12.2025 - 11:25
Tbilisidə məktəbdə STEAM mərkəzinin açılması planlaşdırılır06.12.2025 - 11:10
Azərbaycan və Gürcüstanın təhsil nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər06.12.2025 - 10:50
Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur06.12.2025 - 10:35
"Məktəblilərin sosial sahibkarlığının inkişafı" layihəsinə start verilib06.12.2025 - 10:20
Təmirdən sonra Aşağı Alıxanlı kənd tam orta məktəbi istifadəyə verilib 06.12.2025 - 10:00
ADPU-da xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib 06.12.2025 - 09:40
Hazırda ölkəmizdə təhsilin ən böyük problemləri nələrdir?06.12.2025 - 09:25