Qazaxıstan-Britaniya Texniki Universitetinin Elm və innovasiya üzrə prorektor vəzifəsini icra edən Nazim Axanova və tədqiqat üzrə əməkdaşı Yerasil Erlanul Bakı Ali Neft Məktəbində olublar
“Tehsil365” xəbər verir ki,görüşdə BANM-in Tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova, Neft-qaz mühəndisliyi kafedrasının müdiri Samirə Musayeva və kafedranın müəllimləri iştirak ediblər. Tərəflər arasında #əməkdaşlıq perspektivləri, birgə #elmitədqiqat layihələri və #tələbə mübadiləsinin yenidən həyata keçirilməsi imkanları müzakirə olunub.
Nümayəndə heyəti həmçinin BANM-in kampusu ilə yaxından tanış olub, müasir tədris və laboratoriya imkanları, idman zalı və infrastrukturla bağlı məlumatlandırılıblar.

