Avropa Komissiyası "X" sosial şəbəkəsinə 120 milyon avro məbləğində cərimə tətbiq edib.
“Tehsıl365” bıldırı kı, "Report"un Avropa bürosunun məlumatına görə, bu barədə qurumun rəsmi nümayəndəsi Toma Renye bildirib.
Bu, Rəqəmsal Xidmətlər Aktının (DSA) tələblərinə riayət edilməməsi ilə bağlı ilk cərimə qərarıdır.
"X şirkətinin "yoxlanılmış hesablar" üçün "mavi işarə"nin verilməsi istifadəçiləri çaşdırır. Bu, onlayn platformaların yanıldıcı metodları qadağan etmək üçün DSA öhdəliyini pozur", - Toma Renye deyib.
Nəticədə bu aldatma istifadəçiləri şəxsiyyət oğurluğu da daxil olmaqla fırıldaqçılıq riski ilə, eləcə də dələduzların digər manipulyasiya formaları ilə üz-üzə qoyur.
DSA onlayn platformalara məlumatları yoxlamadan istifadəçilə yoxlanıldığını göstərən işarəni verməyi qadağan edir.
Həmçinin, platforma reklam məsələlərində şəffaflığa əməl etmir və araşdırmalar üçün ictimai məlumatlara giriş təmin etmir.

