“Digər ölkələrdə daha rahat qəbul sistemi olduğunu düşünürəm və bizdə də yenilik olmalıdır”
“Tehsil365” xəbər verir ki, bu barədə Təhsil eksperti Ramin Nurəliyev açıqlamasında bildirib. O qeyd edib ki, “Almaniyada universitetə qəbul attestat ilə aparılır, Kanadada universitetə qəbul buraxılış imtahanı əsasında aparılır, Finlandiyada attestat ortalaması ilə, Norveçdə attestat ortalaması ilə, Amerikada 2 fənn üzrə , bizdə isə 5-6 fənn üzrə imtahan verilir, özüdə çətin tipli suallar kölgəsində”.
Həmçinin ekspert bildirib ki, “bizim uşaqlar dahidir, bir fənn üzrə sertifikasiya intahanından kəsilən müəllimin şagirdindən 5-6 fənn üzrə qəbul imtahanı tələb edirik”
Sonda ekspert bildirib ki, “mütləq universitetə qəbul imtahanı fənninin sayını azaltmalıyıq”.

