Təhsil 365 - Logo Mobile

“Simurq quşu” tamaşasının premyerası keçirilib

10505.12.2025 - 15:20
“Simurq quşu” tamaşasının premyerası keçirilib

Azərbaycan Dillər Universitetinin rektoru, xalq yazıçısı və akademik Kamal Abdullanın “Kim dedi ki, simurq quşu var imiş” əsəri əsasında hazırlanan “Simurq quşu” tamaşasının  premyerası Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilib.

“Tehsil365” bildirir ki, tamaşa orijinal quruluşda təqdim olunub və onun səhnə yozumunu quruluşçu rejissor Mir Qabil Əkbərov verib. Quruluşçu rəssam Araz Xudiyev, musiqi tərtibatçısı isə Əfsanə Şirəliyevadır.

Tamaşada Kamal Abdulla yaradıcılığına xas olan postmodern üslub, sətiraltı mənalar, intellektual və emosional eksperimentlər uğurla qorunub saxlanılıb. Rejissorun fəlsəfi yanaşması səhnə şərtilikləri ilə üzvi şəkildə birləşdirilib. İnsan duyğularının incə qatlarına toxunan mətnin səhnə təqdimatında reallıq və sərtlik ahəngi xüsusi vurğulanıb. Aktyorlar insanın daxili ikiləşmə anlarını, hisslərlə intellektual düşüncənin toqquşduğu psixoloji hal və təlatümləri yüksək ustalıqla canlandırıblar.

Tamaşada dramaturqun işarə və şifrələrlə yüklənmiş sətiraltı mənalar da aktyorlar tərəfindən dəqiq duyulub və səhnədə məharətlə təqdim olunub. Rolları canlandıran Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşıyev (Kapitan), Günay Qurbanova (Səs), Əlizamin Abbasov (Ada sahibi), Anar Eyvazov (Nağılçı), Azərbaycan Respublikasının əməkdar artisti Behruz Haxverdiyev (Zabit), Zakir Fətəliyev (Padşah), Şəbnəm Qayıbalıyeva (Gözəl qız), Uğur Nəsirli (Şahzadə), Azərbaycan Respublikasının xalq artisti Şirzad Abutalıbov (Vəzir), Xəlil Hüseynov (Cəllad) və Ələsgər Quliyev (Dev) müəllifin ideyalarını səhnənin pafosu və şərtiliklərinə uyğun şəkildə böyük peşəkarlıqla çatdırıblar.

Tamaşanın səhnə tərtibatı da xüsusi olaraq diqqət çəkib. Müəllifin ideyalarının reallaşdırılması üçün işıq-kölgə effektlərindən peşəkar şəkildə istifadə olunub, səhnənin ümumi plastikasında aktyorların jest və mimikalarının ifadə imkanları uğurla ön plana çıxarılıb. Səs tərtibatı və musiqi müşayiəti də tamaşanın emosional yükünü gücləndirib.

Tamaşanın hazırlanmasında bədii heyətin əməyini xüsusi vurğulamaq lazımdır. Baş rəssam, Əməkdar Mədəniyyət İşçisi Ədilə Səfərova, musiqi hissə müdiri Əfsanə Şirəliyeva, truppa müdiri, Əməkdar artist Vidadi Rəcəbli və quruluş hissə müdiri Dünyamalı Orucov tamaşanın vahid yaradıcı orqanizm kimi formalaşdırılmasına mühüm töhfə veriblər.

Tamaşa böyük anşlaqla qarşılanıb və teatr ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Sonda akademik Kamal Abdulla yaradıcı heyəti təbrik edərək tamaşanı özünün ən dəyərli yubiley hədiyyəsi kimi dəyərləndirib.

Aysel Paşayeva

Xəbər Lenti

Naxçıvanda Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib05.12.2025 - 18:55
Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi olub05.12.2025 - 18:50
BMU və Çin universiteti arasında ikili diplom hazırlanır! 05.12.2025 - 18:35
BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə olunub05.12.2025 - 18:05
BDU-da yapon dili və ədəbiyyatı ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub05.12.2025 - 18:00
21 peşə məktəbi tikiləcək - SƏRƏNCAM05.12.2025 - 17:50
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub05.12.2025 - 17:45
UNEC-də Beynəlxalq Avrasiya konfransı keçirilib05.12.2025 - 17:35
Fərqanə Dövlət Universitetində Bəxtiyar Vahabzadənin adını daşıyan Azərbaycanşünaslıq auditoriyası açılıb05.12.2025 - 17:30
Biləsuvarda qəzada yeniyetmə yaralandı05.12.2025 - 17:20
Dizayn ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə!05.12.2025 - 17:20
XIX əsrə aid Qarabəy karvansarayının fasadındakı reklamlar demontaj edilib05.12.2025 - 17:15
Ekspert: “Mavi Balina kimi təhlükələrə qarşı cəmiyyət birlikdə mübarizə aparmalıdır” 05.12.2025 - 17:09
"Azərbaycanda məktəb psixoloqlarının orta normativ yükü beynəlxalq standartlarla müqayisədə xeyli ağırdır"05.12.2025 - 17:05
ADU-nun müəllimləri Özbəkistanda beynəlxalq konfransda iştirak ediblər05.12.2025 - 17:00
Azərbaycan Dillər Universiteti PHŞ Elm şöbəsinə operator vəzifəsinə vakansiya elan edir05.12.2025 - 16:45
Valideynin missiyası dərs yox, mənəvi tərbiyədir05.12.2025 - 16:36
Azərbaycan Dillər Universiteti PHŞ Rus dili və ədəbiyyatı kafedrasına laborant vəzifəsinə vakansiya elan edir05.12.2025 - 16:30
Azərbaycan Dillər Universiteti PHŞ Magistratura şöbəsinə Tyutor vəzifəsinə vakansiya elan edir05.12.2025 - 16:15
ADU “UI GreenMetric 2025” Qlobal Reytinqində uğurlu nəticə göstərib05.12.2025 - 16:00
Xalq artisti Şamil Süleymanov xəstəxanaya yerləşdirildi05.12.2025 - 16:00
ADU “Zəfərə gedən yol” adlı esse müsabiqəsi keçirilib05.12.2025 - 15:45
Xəzər Universitetinə 43 əmək müqaviləsinə görə 2 min manat cərimə verildi05.12.2025 - 15:45
Bakı Texnologiya Mərkəzinin icraçı direktor müavini Qaratel Rüstəmova ilə müsahibə05.12.2025 - 15:40
"X" sosial şəbəkəsi 120 milyon avro məbləğində cərimələnib05.12.2025 - 15:30
Mətbəxinizdə varsa, dərhal atın05.12.2025 - 15:15
FBI bütün "gmail" istifadəçilərinə xəbərdarlıq etdi05.12.2025 - 15:00
“Meta”ya qarşı araşdırmalara başlanıldı05.12.2025 - 14:45
Bu ərzaqlar mənfi kalorilidir05.12.2025 - 14:30
Bu qidalar orqanlarımızın “əkizi”dir05.12.2025 - 14:15
Kristin Özden: "Biz təhsil icmamızı süni intellektlə zəngin və yüksək texnoloji bir dünya üçün hazırlamalıyıq"05.12.2025 - 14:00
Leonardo Da Vinçinin məşhur əsərində qeyri-adi KƏŞF05.12.2025 - 14:00
Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib - YENİLƏNİB05.12.2025 - 13:50
Rüfət Əzizov: "Təhsil doğru məlumatı biliklərə çevirməli və geniş əhali üçün faydalı etməlidir"05.12.2025 - 13:50
Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?05.12.2025 - 13:45
Azərbaycanda bir universitetdə yataqxana bağlandı - SƏBƏB05.12.2025 - 13:35
Rektor: "Bəzi ixtisaslarda yerlərin azaldılmasına qərar veriləcək"05.12.2025 - 13:25
"Universitetə qəbul imtahanı fənlərinin sayını azaltmalıyıq"-Açıqlama05.12.2025 - 13:15
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb05.12.2025 - 13:10
Qazaxıstan-Britaniya Texniki Universitetinin Elm və innovasiya üzrə prorektor vəzifəsini icra edənlər BANM-da olublar 05.12.2025 - 13:00
Özbəkistan səfiri Bakı Ali Neft Məktəbində olub05.12.2025 - 12:45
İordaniyanın Tətbiqi Elmlər Özəl Universitetinin professoru ADNSU-da olub05.12.2025 - 12:30
ADNSU-da süni intellektə həsr olunmuş beynəlxalq veb-seminar keçirilib05.12.2025 - 12:15
Texnologiya Universitetində Bədii Yaradıcılıq Mərkəzi istifadəyə verilib05.12.2025 - 12:00
BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqaz üzrə lider oldu05.12.2025 - 11:45
20 şagird məktəbdə tüstüdən zəhərlənib05.12.2025 - 11:30
"BilBacar” müsabiqəsi nə vəd edir?05.12.2025 - 11:15