Azərbaycan Dillər Universiteti PHŞ Magistratura şöbəsinə Tyutor vəzifəsinə vakansiya elan edir.
“Tehsil365” bildirir ki, əsas tələblər bunlardır:
· Ali təhsil ( şöbənin profilinə uyğun )
· Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
· Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər
· Komandada işləmə
· Məsuliyyətlilik
· İntizamlılıq
· Nəticəyönümlülük
· Dəqiqlik
· Dil bilikləri (şöbənin profilinə uyğun)
Əmək funksiyası.
-Tələbələrin akademik maraqlarını qoruyur və müdafiə edir.
-Tədris prosesinin təşkili ilə bağlı zəruri məlumatları və sənədləri tələbələrə təqdim edir.
-Tələbələrin fərdi tədris və iş planlarının tərtibi üçün onlara qrup halında və ya fərdi məsləhətlər verir.
-İl ərzində müntəzəm olaraq akademik məsləhətləşmələr təşkil edir.
-Tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və ixtisaslar (proqramlar) üzrə iş planlarının tərtib edilməsində iştirak edir.
-Tələbələrə fərdi tədris planında dəyişiklik aparmağa yardım göstərir.
-İstiqamətlər (ixtisaslar, proqramlar) üzrə təhsil almaq üçün lazım olan metodik materialların hazırlanmasına və mövcudluğuna, eləcə də tələbələrin fənlər üzrə attestasiyasının keçirilməsinə nəzarət edir.
-Ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təşkil olunan nəzarət komissiyalarının işində iştirak edir.
- Şöbəyə digər Universitetlərdən və ya fakültələrdən köçürülmüş tələbələrə və eləcə də II ali təhsilə qəbul olunmuş tələbələrə tədris prosesini izah etmək, həmin tələbələrin akademik fərqlərini müəyyən etmək və onların tələbə tərəfindən ödənməsi üçün mövcud qaydalara uyğun məsləhət vermək.
-Akademik borcu olan tələbələrin alt qrup dərslərinə qeydiyyatdan keçib borclarını ləğv etmələri üçün onlara məsləhətlər vermək
-Yekun Buraxılış Dövlət Attestasiyasına buraxılmış tələbələr haqqında və diplom alan məzunların yekun attestasiyasının nəticələri haqqında Tədris şöbəsinin göndərdiyi formanın işlənilməsi
-Qayğıya ehtiyacı olan tələbələrə tədris prosesində köməklik göstərmək və onlara lazım olan diqqəti göstərmək
-Tələbələrlə auditoriyadan kənar məsləhətləşmələr aprmaq
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] mail ünvanına 12 dekabr saat 18:00-dək göndərə bilərlər.

