Təhsil 365 - Logo Mobile

ADU-nun müəllimləri Özbəkistanda beynəlxalq konfransda iştirak ediblər

10205.12.2025 - 17:00
ADU-nun müəllimləri Özbəkistanda beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan Dillər Universitetinin (ADU) Psixologiya və Pedaqogika kafedrasının müəllimləri – p.f.d., baş müəllim Şəfiqə Tahirova və Türkan Ömərova – 13–16 noyabr tarixlərində Özbəkistanın Renessans Təlim Universitetinin təşkil etdiyi beynəlxalq konfransda iştirak ediblər. “Elmin və mədəniyyətin inkişafı: Renessans ideyalarının müasir elmi proseslərdə təzahürü” mövzusuna həsr olunmuş konfrans müxtəlif ölkələrdən olan tədqiqatçıları bir araya gətirərək elmin və mədəniyyətin qarşılıqlı inkişafına dair müzakirələr üçün mühüm elmi platforma yaradıb.

“Tehsil365” bildirir ki, tədbir çərçivəsində ADU-nun Psixologiya və Pedaqogika kafedrasının müəllimləri öz məqalələrini təqdim edərək çıxış ediblər. Renessans dövrünün insan düşüncəsinin sərhədlərini genişləndirən, yaradıcılığı və elmi araşdırmanı təşviq edən ideyalarının bu gün də aktuallığını qoruduğu vurğulanıb. Bildirilib ki, müasir dövrdə elmi innovasiyalar, multidissiplinar yanaşmalar və qlobal əməkdaşlıq prinsipləri məhz Renessans düşüncəsinin davamı kimi formalaşmaqdadır.

Konfransda səsləndirilən elmi məruzələr Renessans ideyalarının əsasını təşkil edən humanizm, yaradıcı təfəkkür və biliklərin inteqrasiyasının bu gün də elmi proseslərin inkişafına ciddi təsir göstərdiyini ortaya qoyub. Xüsusilə informasiya texnologiyaları, təhsil, mədəniyyət araşdırmaları və sosial elmlər sahəsində bu təsirin aydın şəkildə hiss olunduğu qeyd edilib.

ADU nümayəndələrinin sözlərinə görə, belə bir tədbirdə iştirak həm elmi biliklərin artırılması, həm də müxtəlif sahələrdən olan tədqiqatçılarla fikir və təcrübə mübadiləsi aparılması üçün geniş imkan yaradıb. Konfrans çərçivəsində qurulan əməkdaşlıq əlaqələrinin gələcək elmi fəaliyyətlərə mühüm töhfə verəcəyi bildirilib.

Aysel Paşayeva

Xəbər Lenti

Naxçıvanda Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib05.12.2025 - 18:55
Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi olub05.12.2025 - 18:50
BMU və Çin universiteti arasında ikili diplom hazırlanır! 05.12.2025 - 18:35
BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə olunub05.12.2025 - 18:05
BDU-da yapon dili və ədəbiyyatı ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub05.12.2025 - 18:00
21 peşə məktəbi tikiləcək - SƏRƏNCAM05.12.2025 - 17:50
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub05.12.2025 - 17:45
UNEC-də Beynəlxalq Avrasiya konfransı keçirilib05.12.2025 - 17:35
Fərqanə Dövlət Universitetində Bəxtiyar Vahabzadənin adını daşıyan Azərbaycanşünaslıq auditoriyası açılıb05.12.2025 - 17:30
Dizayn ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə!05.12.2025 - 17:20
Biləsuvarda qəzada yeniyetmə yaralandı05.12.2025 - 17:20
XIX əsrə aid Qarabəy karvansarayının fasadındakı reklamlar demontaj edilib05.12.2025 - 17:15
Ekspert: “Mavi Balina kimi təhlükələrə qarşı cəmiyyət birlikdə mübarizə aparmalıdır” 05.12.2025 - 17:09
"Azərbaycanda məktəb psixoloqlarının orta normativ yükü beynəlxalq standartlarla müqayisədə xeyli ağırdır"05.12.2025 - 17:05
Azərbaycan Dillər Universiteti PHŞ Elm şöbəsinə operator vəzifəsinə vakansiya elan edir05.12.2025 - 16:45
Valideynin missiyası dərs yox, mənəvi tərbiyədir05.12.2025 - 16:36
Azərbaycan Dillər Universiteti PHŞ Rus dili və ədəbiyyatı kafedrasına laborant vəzifəsinə vakansiya elan edir05.12.2025 - 16:30
Azərbaycan Dillər Universiteti PHŞ Magistratura şöbəsinə Tyutor vəzifəsinə vakansiya elan edir05.12.2025 - 16:15
Xalq artisti Şamil Süleymanov xəstəxanaya yerləşdirildi05.12.2025 - 16:00
ADU “UI GreenMetric 2025” Qlobal Reytinqində uğurlu nəticə göstərib05.12.2025 - 16:00
Xəzər Universitetinə 43 əmək müqaviləsinə görə 2 min manat cərimə verildi05.12.2025 - 15:45
ADU “Zəfərə gedən yol” adlı esse müsabiqəsi keçirilib05.12.2025 - 15:45
Bakı Texnologiya Mərkəzinin icraçı direktor müavini Qaratel Rüstəmova ilə müsahibə05.12.2025 - 15:40
"X" sosial şəbəkəsi 120 milyon avro məbləğində cərimələnib05.12.2025 - 15:30
“Simurq quşu” tamaşasının premyerası keçirilib05.12.2025 - 15:20
Mətbəxinizdə varsa, dərhal atın05.12.2025 - 15:15
FBI bütün "gmail" istifadəçilərinə xəbərdarlıq etdi05.12.2025 - 15:00
“Meta”ya qarşı araşdırmalara başlanıldı05.12.2025 - 14:45
Bu ərzaqlar mənfi kalorilidir05.12.2025 - 14:30
Bu qidalar orqanlarımızın “əkizi”dir05.12.2025 - 14:15
Leonardo Da Vinçinin məşhur əsərində qeyri-adi KƏŞF05.12.2025 - 14:00
Kristin Özden: "Biz təhsil icmamızı süni intellektlə zəngin və yüksək texnoloji bir dünya üçün hazırlamalıyıq"05.12.2025 - 14:00
Rüfət Əzizov: "Təhsil doğru məlumatı biliklərə çevirməli və geniş əhali üçün faydalı etməlidir"05.12.2025 - 13:50
Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib - YENİLƏNİB05.12.2025 - 13:50
Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?05.12.2025 - 13:45
Azərbaycanda bir universitetdə yataqxana bağlandı - SƏBƏB05.12.2025 - 13:35
Rektor: "Bəzi ixtisaslarda yerlərin azaldılmasına qərar veriləcək"05.12.2025 - 13:25
"Universitetə qəbul imtahanı fənlərinin sayını azaltmalıyıq"-Açıqlama05.12.2025 - 13:15
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb05.12.2025 - 13:10
Qazaxıstan-Britaniya Texniki Universitetinin Elm və innovasiya üzrə prorektor vəzifəsini icra edənlər BANM-da olublar 05.12.2025 - 13:00
Özbəkistan səfiri Bakı Ali Neft Məktəbində olub05.12.2025 - 12:45
İordaniyanın Tətbiqi Elmlər Özəl Universitetinin professoru ADNSU-da olub05.12.2025 - 12:30
ADNSU-da süni intellektə həsr olunmuş beynəlxalq veb-seminar keçirilib05.12.2025 - 12:15
Texnologiya Universitetində Bədii Yaradıcılıq Mərkəzi istifadəyə verilib05.12.2025 - 12:00
BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqaz üzrə lider oldu05.12.2025 - 11:45
20 şagird məktəbdə tüstüdən zəhərlənib05.12.2025 - 11:30
"BilBacar” müsabiqəsi nə vəd edir?05.12.2025 - 11:15