Təhsil 365 - Logo Mobile

Fərqanə Dövlət Universitetində Bəxtiyar Vahabzadənin adını daşıyan Azərbaycanşünaslıq auditoriyası açılıb

10405.12.2025 - 17:30
Fərqanə Dövlət Universitetində Bəxtiyar Vahabzadənin adını daşıyan Azərbaycanşünaslıq auditoriyası açılıb

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində keçirilən “Azərbaycan sənət və ədəbiyyat günləri” davam etməkdədir. Bu tədbirlər çərçivəsində Fərqanə Dövlət Universitetində xalqımızın görkəmli ədəbiyyat nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin adını daşıyan Azərbaycanşünaslıq auditoriyasının açılışı olub.

“Tehsil365” bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, açılış mərasimində universitetin rektoru Bahodirjon Şerməhəmmədov və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli iştirak edərək yeni yaradılmış auditoriyanı rəsmi şəkildə istifadəyə veriblər.

Universitet rektoru çıxışında Əlişir Nəvainin hikmətli misralarını xatırladaraq Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən mənəvi və tarixi bağların dərinliyini xüsusi vurğulayıb. O əlavə edib ki, iki ölkə arasında humanitar və mədəni əməkdaşlığın genişlənməsi, xüsusilə universitetlərarası əlaqələrin möhkəmlənməsi gənclərin bir-birinin dilini, ədəbiyyatını və mədəniyyətini daha yaxından tanımasına xidmət edir. Rektor qeyd edib ki, B.Vahabzadə yaradıcılığı iki qardaş xalqın ortaq ədəbi dünyagörüşünün mühüm sütunlarından biridir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bildirib ki, Bəxtiyar Vahabzadə adına Azərbaycanşünaslıq auditoriyasının yaradılması iki ölkə arasında dostluq, qardaşlıq və humanitar əməkdaşlıq üçün yeni bir körpü rolunu oynayacaq. Vurğulayıb ki, Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən irəli sürülən yüksəksəviyyəli siyasi dialoq bu kimi mədəni layihələrin həyata keçirilməsinə güclü dəstək verir və qarşılıqlı əməkdaşlığın davamlılığını təmin edir. Onun sözlərinə görə, bu məkan yalnız simvolik əhəmiyyət daşımır, həm də tələbələr üçün Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyəti üzrə dərslərin və elmi müzakirələrin aparılacağı praktik tədris mühiti kimi fəaliyyət göstərəcək. Direktor əlavə edib ki, auditoriya həmçinin birgə layihələrin, tələbə-müəllim görüşlərinin və ədəbi müzakirələrin keçirilməsi üçün açıq platforma olacaq.

Bəxtiyar Vahabzadə adına Azərbaycanşünaslıq auditoriyası həm tədris, həm də mədəni təqdimat məkanı kimi xüsusi zövqlə formalaşdırılıb. Auditoriyanın vizual tərtibatında Azərbaycan və Özbəkistan arasındakı dostluq və əməkdaşlığı simvolik şəkildə ifadə edən Prezident portretləri, dövlət bayraqları, eləcə də Azərbaycanın xəritəsi, gerbi və himninin bədii təqdimatı xüsusi konseptual əhəmiyyət kəsb edir.

Burada Xalq şairi Bəxtiyar Vahabzadənin portreti və yaradıcılığını tanıdan məlumatlar, görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin fotoları, eləcə də Azərbaycan mədəni irsinin incəliklərini ifadə edən xalça və kəlağayı nümunələri auditoriyanın estetik ruhunu tamamlayır.

Kitab rəflərində Azərbaycan ədəbiyyatı, tarixi, musiqisi və humanitar əlaqələrinə dair geniş tematik spektri əhatə edən nəşrlər yer alıb. Auditoriyada, həmçinin Azərbaycan mədəniyyətini simvolizə edən dekorativ-tətbiqi sənət nümunələri və xatirə suvenirləri nümayiş etdirilir.

Azərbaycan musiqi ənənəsini yaşadan tar, kamança və qaval kimi milli alətlər auditoriyanın mədəni təqdimatını daha da zənginləşdirir və bu məkanı tələbələr üçün həm mənəvi, həm də maarifləndirici bir mərkəzə çevirir.

Aysel Paşayeva

Xəbər Lenti

Naxçıvanda Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib05.12.2025 - 18:55
Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi olub05.12.2025 - 18:50
BMU və Çin universiteti arasında ikili diplom hazırlanır! 05.12.2025 - 18:35
BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə olunub05.12.2025 - 18:05
BDU-da yapon dili və ədəbiyyatı ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub05.12.2025 - 18:00
21 peşə məktəbi tikiləcək - SƏRƏNCAM05.12.2025 - 17:50
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub05.12.2025 - 17:45
UNEC-də Beynəlxalq Avrasiya konfransı keçirilib05.12.2025 - 17:35
Biləsuvarda qəzada yeniyetmə yaralandı05.12.2025 - 17:20
Dizayn ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə!05.12.2025 - 17:20
XIX əsrə aid Qarabəy karvansarayının fasadındakı reklamlar demontaj edilib05.12.2025 - 17:15
Ekspert: “Mavi Balina kimi təhlükələrə qarşı cəmiyyət birlikdə mübarizə aparmalıdır” 05.12.2025 - 17:09
"Azərbaycanda məktəb psixoloqlarının orta normativ yükü beynəlxalq standartlarla müqayisədə xeyli ağırdır"05.12.2025 - 17:05
ADU-nun müəllimləri Özbəkistanda beynəlxalq konfransda iştirak ediblər05.12.2025 - 17:00
Azərbaycan Dillər Universiteti PHŞ Elm şöbəsinə operator vəzifəsinə vakansiya elan edir05.12.2025 - 16:45
Valideynin missiyası dərs yox, mənəvi tərbiyədir05.12.2025 - 16:36
Azərbaycan Dillər Universiteti PHŞ Rus dili və ədəbiyyatı kafedrasına laborant vəzifəsinə vakansiya elan edir05.12.2025 - 16:30
Azərbaycan Dillər Universiteti PHŞ Magistratura şöbəsinə Tyutor vəzifəsinə vakansiya elan edir05.12.2025 - 16:15
ADU “UI GreenMetric 2025” Qlobal Reytinqində uğurlu nəticə göstərib05.12.2025 - 16:00
Xalq artisti Şamil Süleymanov xəstəxanaya yerləşdirildi05.12.2025 - 16:00
ADU “Zəfərə gedən yol” adlı esse müsabiqəsi keçirilib05.12.2025 - 15:45
Xəzər Universitetinə 43 əmək müqaviləsinə görə 2 min manat cərimə verildi05.12.2025 - 15:45
Bakı Texnologiya Mərkəzinin icraçı direktor müavini Qaratel Rüstəmova ilə müsahibə05.12.2025 - 15:40
"X" sosial şəbəkəsi 120 milyon avro məbləğində cərimələnib05.12.2025 - 15:30
“Simurq quşu” tamaşasının premyerası keçirilib05.12.2025 - 15:20
Mətbəxinizdə varsa, dərhal atın05.12.2025 - 15:15
FBI bütün "gmail" istifadəçilərinə xəbərdarlıq etdi05.12.2025 - 15:00
“Meta”ya qarşı araşdırmalara başlanıldı05.12.2025 - 14:45
Bu ərzaqlar mənfi kalorilidir05.12.2025 - 14:30
Bu qidalar orqanlarımızın “əkizi”dir05.12.2025 - 14:15
Leonardo Da Vinçinin məşhur əsərində qeyri-adi KƏŞF05.12.2025 - 14:00
Kristin Özden: "Biz təhsil icmamızı süni intellektlə zəngin və yüksək texnoloji bir dünya üçün hazırlamalıyıq"05.12.2025 - 14:00
Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib - YENİLƏNİB05.12.2025 - 13:50
Rüfət Əzizov: "Təhsil doğru məlumatı biliklərə çevirməli və geniş əhali üçün faydalı etməlidir"05.12.2025 - 13:50
Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?05.12.2025 - 13:45
Azərbaycanda bir universitetdə yataqxana bağlandı - SƏBƏB05.12.2025 - 13:35
Rektor: "Bəzi ixtisaslarda yerlərin azaldılmasına qərar veriləcək"05.12.2025 - 13:25
"Universitetə qəbul imtahanı fənlərinin sayını azaltmalıyıq"-Açıqlama05.12.2025 - 13:15
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb05.12.2025 - 13:10
Qazaxıstan-Britaniya Texniki Universitetinin Elm və innovasiya üzrə prorektor vəzifəsini icra edənlər BANM-da olublar 05.12.2025 - 13:00
Özbəkistan səfiri Bakı Ali Neft Məktəbində olub05.12.2025 - 12:45
İordaniyanın Tətbiqi Elmlər Özəl Universitetinin professoru ADNSU-da olub05.12.2025 - 12:30
ADNSU-da süni intellektə həsr olunmuş beynəlxalq veb-seminar keçirilib05.12.2025 - 12:15
Texnologiya Universitetində Bədii Yaradıcılıq Mərkəzi istifadəyə verilib05.12.2025 - 12:00
BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqaz üzrə lider oldu05.12.2025 - 11:45
20 şagird məktəbdə tüstüdən zəhərlənib05.12.2025 - 11:30
"BilBacar” müsabiqəsi nə vəd edir?05.12.2025 - 11:15