Təhsil 365 - Logo Mobile

BDU-da yapon dili və ədəbiyyatı ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

10305.12.2025 - 18:00
BDU-da yapon dili və ədəbiyyatı ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində yapon dili və ədəbiyyatı ixtisasının açılmasının 25 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

“Tehsil365” bildirir ki, BDU-dan AZƏRTAC-a bildirilən məlumata görə, tədbirdə çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor Şahin Pənahov BDU-nun Yaponiyanın ali təhsil müəssisələri ilə əməkdaşlığının genişləndiyini və bu əlaqələrin inkişafında Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının böyük rolu olduğunu bildirib. O qeyd edib ki, 2000-ci ildən BDU-nun Şərqşünaslıq fakültəsində yapon dili tədris olunmağa başlayıb. BDU tələbələri yapon dili ilə yanaşı, yapon ədəbiyyatını, coğrafiyasını, iqtisadiyyatını, mədəniyyətini öyrənir, ildən-ilə bu sahəyə maraq daha da artmaqdadır. Şahin Pənahov, eyni zamanda, BDU-nun təşkilatçılığı ilə mütəmadi olaraq yapon dili üzrə natiqlik müsabiqələrinin təşkil edildiyini diqqətə çatdırıb.

Yaponiyanın ölkəmizdəki səfiri Katsuya Vatanabe iki ölkə arasında münasibətlərin inkişafında xüsusi yer tutan Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının fəaliyyətini yüksək qiymətləndirib, kafedrada yapon dilinin tədrisinin yüksək səviyyədə olduğunu vurğulayıb. Səfir gələcəkdə bu məzunların ixtisasları üzrə işləyərək Yaponiyanın mədəniyyətini təbliğ etməyə böyük töhfə verəcəyini vurğulayıb.

Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan fakültənin Yaponiyanın bir sıra universitetləri ilə əməkdaşlıq etdiyini, yapon dilinin öyrənilməsi sahəsində çoxşaxəli iş aparıldığını bildirib: “Ümid edirəm ki, yapon dili üzrə mütəxəssislərin sayı ildən-ilə artacaq və Yaponiya ilə olan möhkəm bağlarımız daha da güclənəcək. Fakültəmizin yetirmələri Azərbaycan-Yaponiya əlaqələrinin inkişafında öz xidmətlərini göstərəcək və bir çox nailiyyətlərə imza atacaqlar”.

Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri professor Oqtay Cəlilbəyli yapon dili və ədəbiyyatı ixtisasının yaranmasının 25 illik tarixi haqqında hesabat verib.

Digər çıxış edənlər bu ixtisasın tədris edilməsinin əhəmiyyətindən danışıblar.

Tədbirdə tələbələrin ifasında yapon dilində mahnılar ifa olunub.

Sonda Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe “Yapon dili və ədəbiyyatı” ixtisasının 25 illik yubileyi münasibətilə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan və Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyliyə sertifikat təqdim edib.

Aysel Paşayeva

Xəbər Lenti

Naxçıvanda Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib05.12.2025 - 18:55
Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi olub05.12.2025 - 18:50
BMU və Çin universiteti arasında ikili diplom hazırlanır! 05.12.2025 - 18:35
BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə olunub05.12.2025 - 18:05
21 peşə məktəbi tikiləcək - SƏRƏNCAM05.12.2025 - 17:50
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub05.12.2025 - 17:45
UNEC-də Beynəlxalq Avrasiya konfransı keçirilib05.12.2025 - 17:35
Fərqanə Dövlət Universitetində Bəxtiyar Vahabzadənin adını daşıyan Azərbaycanşünaslıq auditoriyası açılıb05.12.2025 - 17:30
Dizayn ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə!05.12.2025 - 17:20
Biləsuvarda qəzada yeniyetmə yaralandı05.12.2025 - 17:20
XIX əsrə aid Qarabəy karvansarayının fasadındakı reklamlar demontaj edilib05.12.2025 - 17:15
Ekspert: “Mavi Balina kimi təhlükələrə qarşı cəmiyyət birlikdə mübarizə aparmalıdır” 05.12.2025 - 17:09
"Azərbaycanda məktəb psixoloqlarının orta normativ yükü beynəlxalq standartlarla müqayisədə xeyli ağırdır"05.12.2025 - 17:05
ADU-nun müəllimləri Özbəkistanda beynəlxalq konfransda iştirak ediblər05.12.2025 - 17:00
Azərbaycan Dillər Universiteti PHŞ Elm şöbəsinə operator vəzifəsinə vakansiya elan edir05.12.2025 - 16:45
Valideynin missiyası dərs yox, mənəvi tərbiyədir05.12.2025 - 16:36
Azərbaycan Dillər Universiteti PHŞ Rus dili və ədəbiyyatı kafedrasına laborant vəzifəsinə vakansiya elan edir05.12.2025 - 16:30
Azərbaycan Dillər Universiteti PHŞ Magistratura şöbəsinə Tyutor vəzifəsinə vakansiya elan edir05.12.2025 - 16:15
Xalq artisti Şamil Süleymanov xəstəxanaya yerləşdirildi05.12.2025 - 16:00
ADU “UI GreenMetric 2025” Qlobal Reytinqində uğurlu nəticə göstərib05.12.2025 - 16:00
ADU “Zəfərə gedən yol” adlı esse müsabiqəsi keçirilib05.12.2025 - 15:45
Xəzər Universitetinə 43 əmək müqaviləsinə görə 2 min manat cərimə verildi05.12.2025 - 15:45
Bakı Texnologiya Mərkəzinin icraçı direktor müavini Qaratel Rüstəmova ilə müsahibə05.12.2025 - 15:40
"X" sosial şəbəkəsi 120 milyon avro məbləğində cərimələnib05.12.2025 - 15:30
“Simurq quşu” tamaşasının premyerası keçirilib05.12.2025 - 15:20
Mətbəxinizdə varsa, dərhal atın05.12.2025 - 15:15
FBI bütün "gmail" istifadəçilərinə xəbərdarlıq etdi05.12.2025 - 15:00
“Meta”ya qarşı araşdırmalara başlanıldı05.12.2025 - 14:45
Bu ərzaqlar mənfi kalorilidir05.12.2025 - 14:30
Bu qidalar orqanlarımızın “əkizi”dir05.12.2025 - 14:15
Leonardo Da Vinçinin məşhur əsərində qeyri-adi KƏŞF05.12.2025 - 14:00
Kristin Özden: "Biz təhsil icmamızı süni intellektlə zəngin və yüksək texnoloji bir dünya üçün hazırlamalıyıq"05.12.2025 - 14:00
Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib - YENİLƏNİB05.12.2025 - 13:50
Rüfət Əzizov: "Təhsil doğru məlumatı biliklərə çevirməli və geniş əhali üçün faydalı etməlidir"05.12.2025 - 13:50
Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?05.12.2025 - 13:45
Azərbaycanda bir universitetdə yataqxana bağlandı - SƏBƏB05.12.2025 - 13:35
Rektor: "Bəzi ixtisaslarda yerlərin azaldılmasına qərar veriləcək"05.12.2025 - 13:25
"Universitetə qəbul imtahanı fənlərinin sayını azaltmalıyıq"-Açıqlama05.12.2025 - 13:15
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb05.12.2025 - 13:10
Qazaxıstan-Britaniya Texniki Universitetinin Elm və innovasiya üzrə prorektor vəzifəsini icra edənlər BANM-da olublar 05.12.2025 - 13:00
Özbəkistan səfiri Bakı Ali Neft Məktəbində olub05.12.2025 - 12:45
İordaniyanın Tətbiqi Elmlər Özəl Universitetinin professoru ADNSU-da olub05.12.2025 - 12:30
ADNSU-da süni intellektə həsr olunmuş beynəlxalq veb-seminar keçirilib05.12.2025 - 12:15
Texnologiya Universitetində Bədii Yaradıcılıq Mərkəzi istifadəyə verilib05.12.2025 - 12:00
BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqaz üzrə lider oldu05.12.2025 - 11:45
20 şagird məktəbdə tüstüdən zəhərlənib05.12.2025 - 11:30
"BilBacar” müsabiqəsi nə vəd edir?05.12.2025 - 11:15