Təhsil 365 - Logo Mobile

Ekspert: “Mavi Balina kimi təhlükələrə qarşı cəmiyyət birlikdə mübarizə aparmalıdır”

7905.12.2025 - 17:09
Ekspert: “Mavi Balina kimi təhlükələrə qarşı cəmiyyət birlikdə mübarizə aparmalıdır”

“Mavi balina” oyunu ilə bağlı narahatlıqlar cəmiyyətdə, xüsusilə də ailələr və təhsil müəssisələri arasında ciddi müzakirələrə səbəb olur.

Təhsil eksperti Əli Ələkbərov “Tehsil365”ə açıqlamasında bildirib ki, bu kimi onlayn oyunlar yeniyetmələrin psixoloji durumuna təsir göstərərək təhlükəli davranışlara sövq edir və bəzi hallarda faciəvi nəticələrə gətirib çıxara bilər.

Ekspert hesab edir ki, məsələ yalnız texniki nəzarət və ya valideyn qadağası ilə həll olunmur. Məktəblər şagirdlərin sosial-emosional vəziyyətini izləməli, psixoloqlar bu prosesi aktiv şəkildə müşahidə etməlidir:

“Məktəblər təkcə bilik verən yer deyil. Davranış dəyişikliyi, özünə qapanma, aqressiya və psixoloji gərginlik vaxtında görülməli, məktəb-valideyn əməkdaşlığı davamlı olmalıdır.”

Ələkbərov valideynlərin rolunu daha fundamental hesab edir. Onun sözlərinə görə, nəzarət yalnız sosial şəbəkəyə baxmaqla məhdudlaşmamalıdır:

“Uşaqların kimlə yazışdığına baxmaq kifayət deyil. Əsas məsələ səmimi ünsiyyət, dinləmək, anlayış və etimad yaratmaqdır. Uşaq narahatlığını paylaşa bilirsə, o artıq təhlükədən bir addım uzaqdadır.”

Ekspert həmçinin intihar hadisələrindən sonra valideynin cəzalandırılması məsələsinə toxunub:

“İntiharın səbəbi heç vaxt tək olmur. Psixoloji, sosial, ailədaxili və digər faktorlar var. Məsuliyyəti yalnız valideynə yükləmək nə doğru, nə də ədalətlidir. Hüquqi məsuliyyət daha çox zərərli məzmunu yayanlara aid olmalıdır.”

Əli Ələkbərovun fikrincə, cəmiyyətin bu kimi faciələri azaltmasının ən effektiv yolu maarifləndirmədir:

“Cəza problemi həll etmir, yükü artırır. Təhsil, ailə və media birlikdə çalışmalı, uşaqlara psixoloji dayanıqlıq qazandırmalı və internet riskləri barədə məlumatlılıq artırılmalıdır.”

Ekspert bildirib ki, “Mavi Balina” kimi təhlükələrə qarşı mübarizə yalnız kompleks və birgə fəaliyyət nəticəsində real təsir göstərə bilər.

Rəşanə İsamqızı

Xəbər Lenti

Naxçıvanda Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib05.12.2025 - 18:55
Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi olub05.12.2025 - 18:50
BMU və Çin universiteti arasında ikili diplom hazırlanır! 05.12.2025 - 18:35
BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə olunub05.12.2025 - 18:05
BDU-da yapon dili və ədəbiyyatı ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub05.12.2025 - 18:00
21 peşə məktəbi tikiləcək - SƏRƏNCAM05.12.2025 - 17:50
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub05.12.2025 - 17:45
UNEC-də Beynəlxalq Avrasiya konfransı keçirilib05.12.2025 - 17:35
Fərqanə Dövlət Universitetində Bəxtiyar Vahabzadənin adını daşıyan Azərbaycanşünaslıq auditoriyası açılıb05.12.2025 - 17:30
Dizayn ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə!05.12.2025 - 17:20
Biləsuvarda qəzada yeniyetmə yaralandı05.12.2025 - 17:20
XIX əsrə aid Qarabəy karvansarayının fasadındakı reklamlar demontaj edilib05.12.2025 - 17:15
"Azərbaycanda məktəb psixoloqlarının orta normativ yükü beynəlxalq standartlarla müqayisədə xeyli ağırdır"05.12.2025 - 17:05
ADU-nun müəllimləri Özbəkistanda beynəlxalq konfransda iştirak ediblər05.12.2025 - 17:00
Azərbaycan Dillər Universiteti PHŞ Elm şöbəsinə operator vəzifəsinə vakansiya elan edir05.12.2025 - 16:45
Valideynin missiyası dərs yox, mənəvi tərbiyədir05.12.2025 - 16:36
Azərbaycan Dillər Universiteti PHŞ Rus dili və ədəbiyyatı kafedrasına laborant vəzifəsinə vakansiya elan edir05.12.2025 - 16:30
Azərbaycan Dillər Universiteti PHŞ Magistratura şöbəsinə Tyutor vəzifəsinə vakansiya elan edir05.12.2025 - 16:15
ADU “UI GreenMetric 2025” Qlobal Reytinqində uğurlu nəticə göstərib05.12.2025 - 16:00
Xalq artisti Şamil Süleymanov xəstəxanaya yerləşdirildi05.12.2025 - 16:00
ADU “Zəfərə gedən yol” adlı esse müsabiqəsi keçirilib05.12.2025 - 15:45
Xəzər Universitetinə 43 əmək müqaviləsinə görə 2 min manat cərimə verildi05.12.2025 - 15:45
Bakı Texnologiya Mərkəzinin icraçı direktor müavini Qaratel Rüstəmova ilə müsahibə05.12.2025 - 15:40
"X" sosial şəbəkəsi 120 milyon avro məbləğində cərimələnib05.12.2025 - 15:30
“Simurq quşu” tamaşasının premyerası keçirilib05.12.2025 - 15:20
Mətbəxinizdə varsa, dərhal atın05.12.2025 - 15:15
FBI bütün "gmail" istifadəçilərinə xəbərdarlıq etdi05.12.2025 - 15:00
“Meta”ya qarşı araşdırmalara başlanıldı05.12.2025 - 14:45
Bu ərzaqlar mənfi kalorilidir05.12.2025 - 14:30
Bu qidalar orqanlarımızın “əkizi”dir05.12.2025 - 14:15
Kristin Özden: "Biz təhsil icmamızı süni intellektlə zəngin və yüksək texnoloji bir dünya üçün hazırlamalıyıq"05.12.2025 - 14:00
Leonardo Da Vinçinin məşhur əsərində qeyri-adi KƏŞF05.12.2025 - 14:00
Rüfət Əzizov: "Təhsil doğru məlumatı biliklərə çevirməli və geniş əhali üçün faydalı etməlidir"05.12.2025 - 13:50
Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib - YENİLƏNİB05.12.2025 - 13:50
Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?05.12.2025 - 13:45
Azərbaycanda bir universitetdə yataqxana bağlandı - SƏBƏB05.12.2025 - 13:35
Rektor: "Bəzi ixtisaslarda yerlərin azaldılmasına qərar veriləcək"05.12.2025 - 13:25
"Universitetə qəbul imtahanı fənlərinin sayını azaltmalıyıq"-Açıqlama05.12.2025 - 13:15
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb05.12.2025 - 13:10
Qazaxıstan-Britaniya Texniki Universitetinin Elm və innovasiya üzrə prorektor vəzifəsini icra edənlər BANM-da olublar 05.12.2025 - 13:00
Özbəkistan səfiri Bakı Ali Neft Məktəbində olub05.12.2025 - 12:45
İordaniyanın Tətbiqi Elmlər Özəl Universitetinin professoru ADNSU-da olub05.12.2025 - 12:30
ADNSU-da süni intellektə həsr olunmuş beynəlxalq veb-seminar keçirilib05.12.2025 - 12:15
Texnologiya Universitetində Bədii Yaradıcılıq Mərkəzi istifadəyə verilib05.12.2025 - 12:00
BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqaz üzrə lider oldu05.12.2025 - 11:45
20 şagird məktəbdə tüstüdən zəhərlənib05.12.2025 - 11:30
"BilBacar” müsabiqəsi nə vəd edir?05.12.2025 - 11:15