Təhsil 365 - Logo Mobile

"Azərbaycanda məktəb psixoloqlarının orta normativ yükü beynəlxalq standartlarla müqayisədə xeyli ağırdır"

9605.12.2025 - 17:05
"Azərbaycanda məktəb psixoloqlarının orta normativ yükü beynəlxalq standartlarla müqayisədə xeyli ağırdır"

“İlk növbədə qeyd edim ki, təhsil sistemində psixoloji dəstək və peşə yönləndirmə xidmətlərinin yetərsizliyi həm şagirdlərin emosional rifahına, həm də əmək bazarının gələcək strukturuna birbaşa təsir edən strateji problemdir. Mövcud vəziyyət faktiki olaraq göstərir ki, psixoloji xidmətlərin institusional çərçivəsi mövcud olsa da, real icra və nəticə göstəriciləri arasında ciddi uyğunsuzluq qalmaqdadır”.

“Tehsil365” ə açıqlamasında bu sözləri təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə, “Ümumi Təhsil haqqında Qanun” psixoloji xidmətin məktəbin tərkib hissəsi olduğunu qeyd edir, lakin qanunun 22-ci maddəsində göstərilən “şagirdlərin psixoloji sağlamlığının təmin edilməsi və inkişafın izlənilməsi” məqsədləri praktikada tam həyata keçmir. Bu uyğunsuzluq sistemi həm keyfiyyət, həm də effektivlik baxımından zəiflədir, xüsusilə də yeniyetmələrin artan emosional yükü fonunda”.

“Statistik təhlil göstərir ki, Azərbaycanda məktəb psixoloqlarının orta normativ yükü beynəlxalq standartlarla müqayisədə xeyli ağırdır: ölkədə təxminən hər 1200 şagirdə bir psixoloq düşür, halbuki OECD ölkələrində bu göstərici 400–600 arasındadır. ABŞ-da “American School Counselor Association” normativinə görə ideal nisbət 250:1-dir. Bu müqayisə göstərir ki, ölkəmizdə psixoloji xidmətin əhatəliliyi zəifdir və psixoloqların real yardım göstərmək imkanları struktur olaraq məhduddur. Burada həm psixoloqların iş yükü, həm proseslərin sənədləşməyə yönəlməsi, həm də resurs çatışmazlığı ciddi rol oynayır”.

“Peşə yönləndirmə istiqamətində aparılan təhlil isə göstərir ki, məktəblərdə peşə seçimi şagirdin fərdi xarakteri, bacarığı və əmək bazarının real tələbatı əsasında deyil, daha çox valideyn təsəvvürü və ictimai stereotiplərlə formalaşır. Bu isə nəticədə əmək bazarında “diplomlu, lakin peşəsiz” gənclərin artmasına səbəb olur. Dövlət Statistika Komitəsinin son məlumatına görə, 15–29 yaş arası gənclərin təxminən 27 faizi aldığı ixtisas üzrə işləyə bilmir və bu, peşə yönləndirilməsində sistemli boşluqların mövcudluğunu təsdiqləyir. Dünya təcrübəsi göstərir ki, Finlandiya, Estoniya və Almaniyada peşə yönləndirmə 7-ci sinifdən başlayır və məktəbdə psixoloqla yanaşı xüsusi “career adviser” ştatı ayrılır. Almaniyada peşə məsləhətçiləri ildə 500 mindən çox şagirdlə fərdi plan hazırlayır; nəticədə gənclərin 67 faizi ixtisas seçimini əmək bazarı məlumatlarına əsasən edir. Bu da sonradan gənclərin işsizlik səviyyəsini 6–7% arasında sabit saxlayır”.

“Azərbaycanda isə peşə yönləndirmə adətən 9–11-ci siniflərə sıxışdırılır, halbuki beynəlxalq araşdırmalar göstərir ki, peşə seçimi prosesinin gec başlaması qərarların 40 faiz yanlış verilməsi ehtimalını artırır. Bu səbəbdən Elm və Təhsil Nazirliyinin son illərdə peşə təhsili ilə ümumi təhsil arasında əlaqəni gücləndirməsi, peşə festivallarının keçirilməsi, “Şagird Məsləhət Xidməti”nin nümunəvi məktəblərdə tətbiqi müsbət addımlardır. Nazirlik həmçinin psixoloji xidmətin elektron inteqrasiyası, məktəb psixoloqları üçün təlim modullarının hazırlanması və dual təhsil modellərinin genişləndirilməsi ilə bu sahədə sistemli dönüş yaratmaq istəyir. Bu yanaşma müsbət istiqaməti göstərir, lakin kütləvi məktəblərdə tətbiq hələ tam miqyasda deyil”.

“Mənfi tərəflərdən biri ondan ibarətdir ki, məktəblərdə psixoloji xidmət çox zaman formal xarakter daşıyır; psixoloqların əsas vaxtı sənədləşməyə gedir, şagirdlərlə real iş üçün zaman məhduddur. Peşə yönləndirmə isə sistemli məlumat bazası olmadan aparıldığı üçün şagirdə təklif olunan ixtisasın gələcək əmək haqqı, məşğulluq faizi, bazar tələbi kimi göstəricilər nəzərə alınmır. Bunun nəticəsində əmək bazarında bəzi sahələrdə kəskin kadr artıqlığı (hüquq, menecment, filologiya), bəzi sahələrdə isə çatışmazlıq (STEM, texniki ixtisaslar, müəllimlik) yaranır”.

“Müsbət tərəfi isə ondan ibarətdir ki, son üç ildə şagird davranışları, emosional çətinliklər və məktəb zorakılığı ilə bağlı aparılan monitorinqlər Nazirliyin bu sahəni prioritet kimi müəyyənləşdirdiyini göstərir. Psixoloqların peşəkarlıq səviyyəsinin artırılması, məktəblərdə “təhlükəsiz təhsil mühiti” standartının hazırlanması, peşə yönləndirmə portalı üzərində işlərin getməsi sistemin yenilənməsinə imkan verir. Bu addımlar, xüsusilə də Elm və Təhsil Nazirliyinin məlumat əsaslı tənzimləmə yanaşması, psixoloji xidmətə yeni institutlaşma gətirir və perspektivdə daha güclü model qurmaq üçün real baza yaradır'“.

“Dəyişəcək əsas aspektlər ondan ibarət olacaq ki, psixoloji xidmətlər məktəbdə inzibati struktur kimi yox, şagird inkişafının ayrılmaz hissəsi kimi formalaşmalıdır. Peşə yönləndirmə isə yalnız ixtisas məsləhəti deyil, şagirdin marağı, qabiliyyəti, şəxsi tipologiyası və əmək bazarının statistik tələbləri əsasında fərdi inkişaf planı şəklində qurulmalıdır. Bunun üçün məlumat bazasının genişləndirilməsi, psixoloq-şagird nisbətinin optimallaşdırılması, peşə məsləhətçilərinin ayrıca ştat vahidi kimi tətbiqi, məktəb və peşə təhsili arasında keçidin gücləndirilməsi vacibdir”.

“Hesab edirəm ki, sistemin psixoloji və peşə yönləndirmə xidmətləri struktur baxımından mövcud olsa da, effektlilik baxımından əhəmiyyətli dərəcədə genişləndirilməyə ehtiyac duyur. Elm və Təhsil Nazirliyinin bu sahədə son illərdə atdığı addımlar düzgün istiqaməti göstərir və təhsil sisteminin sağlam psixoloji mühit yaratmaq və əmək bazarı ilə uyğunlaşan peşə seçimini təmin etmək bacarığını artırır. Daha güclü institusional modelin qurulması isə ölkənin gələcək insan kapitalının keyfiyyətinə bilavasitə təsir edəcək”.

Könül Əsgərova

Xəbər Lenti

Filarmoniyaya “Bösendorfer” konsert royalları təqdim olunub16.03.2026 - 09:01
Qaçış həvəskarları üçün vacib xəbərdarlıq16.03.2026 - 08:54
İlon Maskdan sensasion proqnoz: Gələcəkdə insanlar işləməyəcəklər16.03.2026 - 08:45
Windows 11" üçün vacib dəyişiklik: "Microsoft" yeni qərar verdi16.03.2026 - 08:35
1980-ci illərin disklərində gizli təsvirlər üzə çıxdı16.03.2026 - 08:25
44 yaşlı müəllim faciəli şəkildə ölüb16.03.2026 - 08:16
Aspirin gizli qanaxmaya səbəb ola bilər - XƏBƏRDARLIQ 16.03.2026 - 08:08
Vərəm xəstələri necə qidalanmalıdır? - Tövsiyələr16.03.2026 - 08:00
Gecə yemək yeyənlərin nəzərinə - Bu xəstəliyə səbəb olur16.03.2026 - 07:51
Professor: xalq təbabətində istifadə olunan bu otlar təhlükəli ola bilər16.03.2026 - 07:38
3400 işıq ili uzaqlıqda qeyri-adi kəşf16.03.2026 - 07:25
Bu günün hava proqnozu 16.03.2026 - 07:15
Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ CAVAB16.03.2026 - 07:05
Universitet ödənişləri ilə bağlı mübahisə Böyük Britaniya–Aİ münasibətlərində çətinlikləri üzə çıxarır16.03.2026 - 07:00
Bu həftə transfer və kadr dəyişiklikləri diqqət mərkəzində: idmançıdan televiziya ulduzuna qədər müxtəlif sahələrdən yeni təyinatlar16.03.2026 - 06:00
Nurəddin İbrahimov – Azərbaycanın Milli Qəhrəmanı və Birinci Qarabağ müharibəsinin igid döyüşçüsü16.03.2026 - 05:42
Bəhruz Mənsurov – Azərbaycanın Milli Qəhrəmanı və 1995-ci il mart hadisələrinin şəhidi16.03.2026 - 05:18
Rafael Dadaşov – Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi16.03.2026 - 05:06
Böyükağa Hacıyev – Azərbaycan futbolunun unudulmaz məşqçisi16.03.2026 - 04:54
Nadir Zeynalov – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi16.03.2026 - 04:36
Vaqif Mustafazadə – caz-muğamın banisi və Azərbaycan musiqisinin əfsanəsi16.03.2026 - 04:18
Zakir Cavad oğlu Bağırov – Azərbaycan musiqisinin görkəmli nümayəndəsi16.03.2026 - 04:00
Tədqiqatçılar xəbərdarlıq edir: uşaqlar üçün süni intellekt oyuncaqları emosiyaları səhv anlaya bilər15.03.2026 - 20:00
Azərbaycan və Liviya arasında diplomatik münasibətlərin qurulmasından illər ötür15.03.2026 - 20:00
Meteohəssas insanları nə gözləyir?15.03.2026 - 19:55
Hava şəraiti infarkt olmaq ehtimalına təsir göstərir15.03.2026 - 19:45
Çin orbitə məsafədən zondlama peyki buraxıb15.03.2026 - 19:37
“Kənddən Şəhərə” Novruz yarmarkası Xankəndidə15.03.2026 - 19:28
Bağça seçərkən valideynlər nələrə diqqət etməlidir?15.03.2026 - 19:20
Məktəbdə bullinq uşağın psixologiyasına hansı təsirləri göstərir?15.03.2026 - 19:12
Qaçış həvəskarları üçün vacib xəbərdarlıq15.03.2026 - 19:05
Mir Cəfər Bağırov Səməd Vurğun haqqında Moskvaya nə yazmışdı? - Arxivdən çıxan sənəd15.03.2026 - 18:58
Martın 16-sı ilə bağlı XƏBƏRDARLIQ15.03.2026 - 18:55
Müdafiə Nazirliyi ötən həftənin icmalını təqdim edib15.03.2026 - 18:54
Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə15.03.2026 - 18:48
İşğaldan azad olunan ərazilərdə buraxılış imtahanı keçirilib15.03.2026 - 18:45
Alimlərdən mikroplastiklə bağlı YENİ TƏDQİQAT15.03.2026 - 18:44
Sabah yağış yağacaq15.03.2026 - 18:39
4 nəfər buraxılış imtahanından xaric edildi - Telefon aşkarlanıb15.03.2026 - 18:35
Kəlbəcərdə ilk dəfə buraxılış imtahanı keçirilir15.03.2026 - 18:34
Şəki-Zaqatala üzrə RFO nəticələri: ən çox artım bu rayonlarda15.03.2026 - 18:28
“Kənddən Şəhərə” Novruz yarmarkası Xankəndidə15.03.2026 - 18:25
4 nəfər imtahandan XARİC EDİLİB15.03.2026 - 18:24
İmtahanının cavabları bu tarixdə AÇIQLANACAQ 15.03.2026 - 18:18
Kərkicahan qəsəbə məktəbində fənn müsabiqəsi15.03.2026 - 18:15
Dövlət qulluğu üzrə test imtahanı keçirilir15.03.2026 - 18:14
Dağlıq Şirvan üzrə “Ən yaxşı təqdimat müsabiqəsi”nin qalibləri15.03.2026 - 18:08
Yollarda görünüş 300 metrədək məhdudlaşacaq15.03.2026 - 18:04