Təhsil 365 - Logo Mobile

UNEC-də Beynəlxalq Avrasiya konfransı keçirilib

8505.12.2025 - 17:35
UNEC-də Beynəlxalq Avrasiya konfransı keçirilib

UNEC-in ev sahibliyi ilə İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi üzrə 4-cü Beynəlxalq Avrasiya konfransının açılışı olub.

“Tehsil365” xəbər verir ki, UNEC, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, Türkiyənin TED, Atatürk və Bahçeşehir universitetlərinin birgə təşkilatçılığı ilə keçirilən konfransdan öncə iştirakçılar müasir təhsil texnologiyalarına həsr olunmuş sərgi ilə tanış olublar.

Konfransın açılışında çıxış edən UNEC rektoru, professor Ədalət Muradov rəqəmsallaşmanın təhsildə tətbiqindən söz açıb: “Rəqəmsallaşma sadəcə texnologiya deyil, təhsil sisteminin yenidən qurulmasıdır. Səmərəsiz təhsil modelini dəyişmədən rəqəmsal texnologiya tətbiq etmək səmərəsiz sistemin ömrünü daha da uzadır və bu, ciddi risklər yaradır”. Rektor qeyd edib ki, rəqəmsal dövrdə müəllimin rolu dəyişir, tələbə mərkəzli təhsil modeli əsas prioritetə çevrilir: “Biz müəllimi yenilənmiş modelə uyğun şəkildə hazırlamalıyıq. Bu gün müasir müəllim rəqəmsal resurslardan səmərəli istifadə etməyi bacarmalıdır. Bunu nəzərə alaraq, biz müəllimlər üçün müasir metodologiyaların tətbiqi ilə bağlı təlimlərə start vermişik. Eyni zamanda UNEC-də çevrilmiş təhsilin tətbiqinə başlamışıq”.

UNEC-in rəqəmsallaşmada yalnız ölkədə deyil, regionda da ilk universitet olduğunu diqqətə çatdıran rektor, bu modelin tətbiqinə 10 il əvvəl başlandığını bildirib. O, hazırda UNEC-in rəqəmsal platformasına Süni İntellektin inteqrasiyasının həyata keçirildiyini qeyd edib.

Sonda professor Ədalət Muradov bu kimi beynəlxalq tədbirlərin müxtəlif ölkələrin mütəxəssislərini bir araya gətirərək şəbəkələşməyə böyük töhfə verdiyini qeyd edib və konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov çıxışında süni intellektin təhsildə tətbiqi, bu sahədə görülən işlər və qarşıda duran strateji hədəflər haqqında məlumat verib. Akademik qeyd edib ki, süni intellekt artıq qlobal miqyasda təhsil prosesinin ayrılmaz hissəsinə çevrilir və Azərbaycan bu istiqamətdə regional liderlik nümayiş etdirir.

Əli Abbasov ilk dəfə olaraq pilot layihə kimi UNEC-də süni intellektin mühazirə deyəcəyini və tələbələrin suallarını real vaxtda cavablandıracağını xüsusi vurğulayıb.

Türkiyənin TED Universitetinin dekanı Kürşat Çağıltay, Atatürk Univetsitetinin prorektoru professor Yöksel Göktaş konfransın əhəmiyyətindən söz açıblar. Konfransın məqsədinin insan ilə kompüter və texnologiya arasındakı qarşılıqlı əlaqəni, həmçinin insanların ehtiyaclarına cavab verən daha səmərəli və funksional sistemlərin yaradılması yollarını müzakirə etmək olduğunu bildiriblər. Konfrans çərçivəsində Azərbaycan, Türkiyə, Avropanın müxtəlif ali təhsil müəssisələrindən olan alim və mütəxəssislər tərəfindən bu istiqamətdə mövcud problemlər, onların həlli istiqamətləri və beynəlxalq təcrübənin, elmi tədqiqatların təqdim olunacağını vurğulayıblar. Konfransın nəticələrinin Azərbaycan və Türkiyə elmi mühitinə, həmçinin beynəlxalq akademik ictimaiyyətə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Konfransda UNEC-də Öyrənmə Mühəndisliyi üzrə ilk laboratoriyanın yaradılacağı da bildirilib.

Açılışdan sonra beynəlxalq konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Könül Əsgərova

Xəbər Lenti

Naxçıvanda Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib05.12.2025 - 18:55
Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi olub05.12.2025 - 18:50
BMU və Çin universiteti arasında ikili diplom hazırlanır! 05.12.2025 - 18:35
BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə olunub05.12.2025 - 18:05
BDU-da yapon dili və ədəbiyyatı ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub05.12.2025 - 18:00
21 peşə məktəbi tikiləcək - SƏRƏNCAM05.12.2025 - 17:50
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub05.12.2025 - 17:45
Fərqanə Dövlət Universitetində Bəxtiyar Vahabzadənin adını daşıyan Azərbaycanşünaslıq auditoriyası açılıb05.12.2025 - 17:30
Dizayn ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə!05.12.2025 - 17:20
Biləsuvarda qəzada yeniyetmə yaralandı05.12.2025 - 17:20
XIX əsrə aid Qarabəy karvansarayının fasadındakı reklamlar demontaj edilib05.12.2025 - 17:15
Ekspert: “Mavi Balina kimi təhlükələrə qarşı cəmiyyət birlikdə mübarizə aparmalıdır” 05.12.2025 - 17:09
"Azərbaycanda məktəb psixoloqlarının orta normativ yükü beynəlxalq standartlarla müqayisədə xeyli ağırdır"05.12.2025 - 17:05
ADU-nun müəllimləri Özbəkistanda beynəlxalq konfransda iştirak ediblər05.12.2025 - 17:00
Azərbaycan Dillər Universiteti PHŞ Elm şöbəsinə operator vəzifəsinə vakansiya elan edir05.12.2025 - 16:45
Valideynin missiyası dərs yox, mənəvi tərbiyədir05.12.2025 - 16:36
Azərbaycan Dillər Universiteti PHŞ Rus dili və ədəbiyyatı kafedrasına laborant vəzifəsinə vakansiya elan edir05.12.2025 - 16:30
Azərbaycan Dillər Universiteti PHŞ Magistratura şöbəsinə Tyutor vəzifəsinə vakansiya elan edir05.12.2025 - 16:15
ADU “UI GreenMetric 2025” Qlobal Reytinqində uğurlu nəticə göstərib05.12.2025 - 16:00
Xalq artisti Şamil Süleymanov xəstəxanaya yerləşdirildi05.12.2025 - 16:00
ADU “Zəfərə gedən yol” adlı esse müsabiqəsi keçirilib05.12.2025 - 15:45
Xəzər Universitetinə 43 əmək müqaviləsinə görə 2 min manat cərimə verildi05.12.2025 - 15:45
Bakı Texnologiya Mərkəzinin icraçı direktor müavini Qaratel Rüstəmova ilə müsahibə05.12.2025 - 15:40
"X" sosial şəbəkəsi 120 milyon avro məbləğində cərimələnib05.12.2025 - 15:30
“Simurq quşu” tamaşasının premyerası keçirilib05.12.2025 - 15:20
Mətbəxinizdə varsa, dərhal atın05.12.2025 - 15:15
FBI bütün "gmail" istifadəçilərinə xəbərdarlıq etdi05.12.2025 - 15:00
“Meta”ya qarşı araşdırmalara başlanıldı05.12.2025 - 14:45
Bu ərzaqlar mənfi kalorilidir05.12.2025 - 14:30
Bu qidalar orqanlarımızın “əkizi”dir05.12.2025 - 14:15
Leonardo Da Vinçinin məşhur əsərində qeyri-adi KƏŞF05.12.2025 - 14:00
Kristin Özden: "Biz təhsil icmamızı süni intellektlə zəngin və yüksək texnoloji bir dünya üçün hazırlamalıyıq"05.12.2025 - 14:00
Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib - YENİLƏNİB05.12.2025 - 13:50
Rüfət Əzizov: "Təhsil doğru məlumatı biliklərə çevirməli və geniş əhali üçün faydalı etməlidir"05.12.2025 - 13:50
Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?05.12.2025 - 13:45
Azərbaycanda bir universitetdə yataqxana bağlandı - SƏBƏB05.12.2025 - 13:35
Rektor: "Bəzi ixtisaslarda yerlərin azaldılmasına qərar veriləcək"05.12.2025 - 13:25
"Universitetə qəbul imtahanı fənlərinin sayını azaltmalıyıq"-Açıqlama05.12.2025 - 13:15
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb05.12.2025 - 13:10
Qazaxıstan-Britaniya Texniki Universitetinin Elm və innovasiya üzrə prorektor vəzifəsini icra edənlər BANM-da olublar 05.12.2025 - 13:00
Özbəkistan səfiri Bakı Ali Neft Məktəbində olub05.12.2025 - 12:45
İordaniyanın Tətbiqi Elmlər Özəl Universitetinin professoru ADNSU-da olub05.12.2025 - 12:30
ADNSU-da süni intellektə həsr olunmuş beynəlxalq veb-seminar keçirilib05.12.2025 - 12:15
Texnologiya Universitetində Bədii Yaradıcılıq Mərkəzi istifadəyə verilib05.12.2025 - 12:00
BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqaz üzrə lider oldu05.12.2025 - 11:45
20 şagird məktəbdə tüstüdən zəhərlənib05.12.2025 - 11:30
"BilBacar” müsabiqəsi nə vəd edir?05.12.2025 - 11:15