6 dekabr — Azərbaycanın tanınmış müğənnisi, xalq artisti Baba Mahmud oğlu Mirzəyevin anım günüdür.
“Tehsil365” xəbər verir ki, Sənətkar 1940-cı il noyabrın 7-də Qazaxda anadan olmuş, 2006-cı ilin bu günündə isə Bakıda dünyasını dəyişmişdir.
Baba Mirzəyev Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yeri olan sənətkar idi. Onun ifa tərzi, səsi və təqdim etdiyi mahnılar uzun illər xalq tərəfindən sevgi ilə qarşılanıb. Repertuarında klassik Azərbaycan bəstəkar mahnılarından tutmuş, xalq musiqisinə qədər zəngin çeşid yer alırdı.
1992-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülən Baba Mirzəyev sənətə və musiqiyə verdiyi töhfələrlə yadda qalıb.
Onun səsi hələ də qrammofonlarda, radio arxivlərində və dinləyicilərin yaddaşında yaşayır. Xatirəsi ehtiramla anılır.

