2026/2027-ci tədris ilindən dizayn ixtisası üzrə qabiliyyət imtahanı balla deyil, “məqbul”la qiymətləndiriləcək.
“Tehsil365” xəbər verir ki,Məqbul sayılması üçün nəticə 10 baldan minimum 6 bal olmalıdır.
Müsabiqə isə V ixtisas qrupu üzrə topladığınız ümumi test balı ilə aparılacaq.
Subbakalavrlar həm abituriyent kimi, həm də yalnız qabiliyyət imtahanında iştirak etməklə ixtisas uyğunluğu əsasında müsabiqəyə qatıla bilirlər. Uyğun ixtisaslar barədə məlumat “Abituriyent” jurnalının xüsusi buraxılışında veriləcək.

