Bu gün — 6 dekabr, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, uzun illər Milli Məclisin deputatı olmuş Yevda Sasunoviç Abramovun anım günüdür.
“Tehsil365” xəbər verir ki, O, 2019-cu ilin bu tarixində Bakı şəhərində vəfat edib.
Yevda Abramov 1948-ci il iyunun 12-də Quba rayonunun Qırmızı Qəsəbəsində yəhudi ailəsində anadan olub. O, Azərbaycan yəhudi icmasının fəal nümayəndəsi kimi tanınıb və ölkədə multikulturalizmin, dinlərarası dialoqun inkişafına töhfələr verib.
2005-ci ildən etibarən ardıcıl olaraq Milli Məclisə deputat seçilən Yevda Abramov parlamentdə mədəniyyət, multikulturalizm və dini məsələlərlə bağlı fəal çalışıb. 2018-ci ildə Azərbaycan dövlətinə xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.
Onun xatirəsi ölkənin ictimai-siyasi həyatında və tolerantlıq ənənələrinin qorunmasında göstərdiyi xidmətlərlə yaşayır.

