1880-ci ildə Azərbaycan mətbuat tarixində əhəmiyyətli hadisə baş verdi — "Ziya" qəzeti "Ziyayi-Qafqaziyyə" adı altında çap olunmağa başladı. Qəzet mətbəə üsulu ilə nəşr edilirdi və 1884-cü il iyunun 1-dək fəaliyyət göstərdi.
“Tehsil365” xəbər verir ki, Bu dövr ərzində ümumilikdə 104 nömrəsi işıq üzü gördü.
"Ziyayi-Qafqaziyyə" geniş proqram üzrə ictimai-siyasi mövzulara yer verərək oxuculara müraciət edirdi. Lakin, öz sələfi ilə müqayisədə irəliyə ciddi addım ata bilmədi və Azərbaycan mətbuatında dönüş nöqtəsi yaratmadı.
Bu qəzet Azərbaycan mətbuatının inkişafında vacib mərhələ kimi tarixə düşüb.

