1883-cü il dekabrın 6-da Başqırdıstanın Ufa şəhərində tanınmış arxeoloq və dilçi İvan İvanoviç Meşşaninov dünyaya gəlib.
“Tehsil365” xəbər verir ki, O, 1932-ci ildə SSRİ Elmlər Akademiyasının akademiki seçilib, 1936-1937-ci illərdə isə SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutuna rəhbərlik edib.
Meşşaninov 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının fəxri akademiki adına layiq görülüb. O, həmçinin Qırmızı Əmək Bayrağı ordeni, Lenin ordeni və digər medallarla təltif olunub, SSRİ Dövlət mükafatı laureatı olub.
İvan İvanoviç Meşşaninovun elmi fəaliyyətləri arxeologiya və dilçilik sahələrində böyük iz qoyub və o, Azərbaycan elminin inkişafında mühüm rol oynayıb.

