1993-cü il dekabrın 6-da Milli Məclisin qərarı ilə Azərbaycanın yeni Konstitusiyasının layihəsinin hazırlanması ilə bağlı ilk işçi qrup – müvəqqəti komissiya təsis edildi.
“Tehsil365” xəbər verir ki, Lakin komissiyanın fəaliyyəti qənaətbəxş olmadığından 1994-cü ilin may ayında tərkibi yeniləndi.
Buna baxmayaraq, ölkədəki mürəkkəb siyasi proseslər, dövlət çevrilişi cəhdləri kimi çətinliklər komissiyanın Konstitusiya hazırlığı istiqamətində real fəaliyyət göstərməsinə imkan vermirdi.
Nəhayət, 1995-ci il mayın 2-də Prezident Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya komissiyası yaradıldı və onun fəaliyyəti nəticəsində Azərbaycanın Əsas Qanununun layihəsi hazırlandı. Bu sənəd ölkənin hüquqi və siyasi sisteminin əsasını qoydu və müstəqil Azərbaycanın inkişafında həlledici rol oynadı.

