İngiltərədə şagird sayının 6% azalacağı proqnozlaşdırılır.
“Tehsil365” xəbər verir ki, İqtisadi Tədqiqatlar İnstitutu (IFS) hökuməti iki variant qarşısında qoyur: ya məktəblərin bağlanması, ya da əlavə maliyyə ayrılması.
Təhlilçilər bildirir ki, şagirdlərin azalması məktəblərdə boş yerlərin artmasına və mövcud resursların səmərəsiz istifadəsinə səbəb olacaq. Bu isə ya bəzi məktəblərin bağlanmasına, ya da mövcud məktəblərin dəstəklənməsi üçün əlavə büdcə ayrılmasına gətirib çıxara bilər.
Nazirlərin verəcəyi qərar həm təhsil keyfiyyətinə, həm də gələcək nəsillərin tədris imkanlarına birbaşa təsir edəcək.

