2023-cü ilin oktyabrında Harvard Biznes Məktəbində baş verən “ölmək” etirazı zamanı “yəhudi və israilli olduğu üçün təqib edildiyini” iddia edən Yoav Segev-in universitetə qarşı qaldırdığı ayrı-seçkilik iddiası məhkəmə tərəfindən rədd edilib.
“Tehsil365” xəbər verir ki, Boston Federal Dairə Məhkəməsinin hakimi Riçard G. Stearns qərarında Segev-in “ciddi və geniş yayılmış irqi təcavüzə məruz qaldığını göstərmədiyini” bildirib. Segev məhkəməyə müraciətində, 2023-cü il oktyabrın 18-də HƏMAS-ın İsrailə hücumundan sonra keçirilən etiraz zamanı, etirazçılar tərəfindən şərflərlə əhatəyə alındığını və bunun ona qarşı antisemit davranış olduğunu irəli sürmüşdü.
Hadisə Respublikaçı siyasətçilərin də diqqətini çəkmiş, antisemitizmə qarşı müzakirələrdə nümunə kimi təqdim olunmuşdu. Lakin məhkəmə Segev-in iddialarının hüquqi əsasının olmadığını bildirib.
Etirazda yüzlərlə tələbə İsrailin Qəzza zolağına hərbi müdaxiləsinə qarşı çıxaraq kampusda yerə uzanmış və simvolik “ölmək” aksiyası keçirmişdi. Segev həmin aksiyanın bir hissəsində təcrid olunduğunu və psixoloji təzyiqə məruz qaldığını iddia edirdi.

