"Improtex" Șirkətlər Qrupunun prezidentinin müşaviri Orxan Ərəbov, Insan resursları departamentinin müdiri ÜIviyyə Rüstəmova və "Improtex Trucks and Buses" șirkətinin direktor müavini Anar Mustafayev Azərbaycan Texniki Universitetində (AzTU) olub.
“Tehsil365”xəbər verir ki qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Görüşdə universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. AzTU tələbələrinin şirkətdə təcrübə keçməsi, şirkətin mütəxəssislərinin universitetdə ustad dərslərinin təșkil olunması, birgə elmi-tədqiqatların aparılması kimi məsələlər müzakirə olunub. Görüşdən sonra qonaqlar AzTU-nun laboratoriyaları ilə tanış olub.

