Təhsil 365 - Logo Mobile

Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilir

10106.12.2025 - 05:50
Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilir

İntensiv təhsil proqramı olan "IT SkillSprint"in qeydiyyatına start verilir. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və "Ironhack" tədris şirkətinin tərəfdaşlığı ilə icra olunur.

Tehsil365oxu.az istinadən xəbər verir ki, Proqramın məqsədi tələbələrin müasir texnologiyalar üzrə bilik və praktiki bacarıqlarını gücləndirmək, onları qlobal əmək bazarına hazırlamaq və universitet-sənaye əməkdaşlığını inkişaf etdirməkdir. Eyni zamanda, layihə Azərbaycan universitetlərində qlobal İT təhsil standartlarını tətbiq etməyi hədəfləyir.

Proqram "DevOps və Cloud Computing", "Data və AI", "Cybersecurity", "Web Development" istiqamətlərini əhatə edəcək. Tədris hibrid formatda təşkil olunacaq və proqramın müxtəlif mərhələlərində beynəlxalq mentorlar Bakıda intensiv dərslər aparacaqlar. "Bootcamp" formatında baş tutacaq tədris tələbələrə real layihələr üzərində çalışmaq və portfel formalaşdırmaq imkanı təqdim edəcək. Proqram çərçivəsində tələbələr üçün hakatonlar, karyera sərgiləri və şəbəkələşmə tədbirləri kimi əlavə inkişaf imkanları da təşkil olunacaq. Tədrisi uğurla tamamlayan tələbələr beynəlxalq səviyyədə tanınan "Ironhack" şirkəti tərəfindən sertifikat əldə edəcəklər.

Proqram ali təhsil müəssisələrinin üçüncü kursunun ikinci yarımilində təhsil alan, 400 və üzəri balla universitetə daxil olmuş tələbələrə şamil olunur.

Qeyd edək ki, istənilən ixtisas üzrə təhsil alan tələbələr proqramda iştirak edə bilərlər. İştirakçıların seçim prosesi qeydiyyat, baza biliklərini qiymətləndirən test imtahanı və müsahibə mərhələlərindən ibarət olacaq.

Proqram 2026-cı ilin fevral-iyul ayları olmaqla ümumilikdə 6 ay davam edəcək. Bu müddətdə iştirak edən tələbələrin kreditləri universitetlər tərəfindən tanınacaq. Beləliklə, iştirakçılar digər fənlərdən azad edilərək yalnız bu tədris proqramına fokuslana biləcəklər.

Layihə pilot xarakter daşıyır və bu mərhələdə yalnız seçilmiş universitetlər iştirak edə bilər.

Qeydiyyat üçün link: https://ironhack.typeform.com/idda-ironhack

Son qeydiyyat tarixi: 20 dekabr 2025-ci il.

Qeyd edək ki, texnologiya üzrə qlobal tədris şirkəti olan "Ironhack" 2013-cü ildən etibarən tələbələrə beynəlxalq İT sahəsində praktik bacarıqlar qazandırır. Bu günə qədər 25 000-dən çox məzun yetişdirən şirkət məzunlarının 75%-nin proqramı bitirdikdən sonra işlə təmin olunmasını təmin edib. Həmçinin, məzunlar 800-dən çox qlobal şirkətdə çalışırlar.

Amidə Zeynalova

Xəbər Lenti

ABŞ-da dini əsaslı məktəblərlə bağlı hüquqi mübahisələr genişlənir06.12.2025 - 08:46
Klivlenddə təhsil islahatı: Kiçik məktəblərdən imtina edilir06.12.2025 - 08:33
85 yaşlı fəal Trampın prezidentlik kitabxanası planına qarşı mübarizə aparır06.12.2025 - 08:20
Harvard tələbəsinin antisemitizm iddiası məhkəmədən geri döndü06.12.2025 - 08:07
NEET qarışıqlığı Hindistanın psixologiya təhsilində sistem böhranını üzə çıxarır06.12.2025 - 07:54
Şagirdlərin tüstündən zəhərləndiyi məktəbdə kombi sistemi var 06.12.2025 - 07:50
İş dayanmır: Müəllimin gündəlik həyatı stend səviyyəli məmur kimi yorucudur06.12.2025 - 07:41
DİM: "Dizayn ixtisasları üzrə qabiliyyət imtahanlarının nəticələri "məqbul"la ölçüləcək"06.12.2025 - 07:35
DfE yeni davranış və iştirak mərkəzlərinin iş mexanizmini açıqladı06.12.2025 - 07:28
Nazirlik bu universiteti cərimələdi06.12.2025 - 07:25
Açıqlandı: Milyonlarla lirə büdcə kəsiri olan məktəblər ifşa edildi06.12.2025 - 07:15
Bu ixtisasa qəbul: imtahanda dəyişiklik edildi06.12.2025 - 07:10
AP məktəbləri şagirdlərini kifayət qədər tanımır – Uşaq komissarından xəbərdarlıq06.12.2025 - 07:02
Kimyəvi zəhər yükü ən yüksək olan meyvə və tərəvəzlər açıqlandı06.12.2025 - 07:00
Şagirdlərin sayı 6% azalacaq – Nazirləri çətin seçim gözləyir06.12.2025 - 06:49
Xəzər Universiteti onlarla əməkdaşını əmək müqaviləsi olmadan işlədirmiş06.12.2025 - 06:40
UNEC-də gələcəyin adaptiv təhsil modeli qurulur06.12.2025 - 06:36
Tarixdə bu gün: 1997-ci ildə dirijor, Xalq artisti Kamal Abdullayev vəfat edib06.12.2025 - 06:36
TDT-dən olan nazirlər 1 saylı DOST Mərkəzində olub - Fotolar06.12.2025 - 06:25
Tarixdə bu gün: 1993-cü ildə Azərbaycanın yeni Konstitusiyasının layihəsinin hazırlanması üçün ilk işçi qrup yaradıldı06.12.2025 - 06:23
Tarixdə bu gün: 1883-cü ildə görkəmli arxeoloq və dilçi İvan İvanoviç Meşşaninov anadan olub06.12.2025 - 06:10
Süni intellekt iş dünyasını dəyişdirir - Bu peşələr risk altındadır06.12.2025 - 06:10
ABŞ-də beynəlxalq tələbə sayı artdı06.12.2025 - 06:01
Tarixdə bu gün: 1880-ci ildə "Ziya" qəzeti "Ziyayi-Qafqaziyyə" adı ilə nəşrə başladı06.12.2025 - 05:57
Tarixdə bu gün: 1846-cı il – Çar Rusiyası Cənubi Qafqazda bəy və ağaların hüquqlarını tanıdı06.12.2025 - 05:44
“Android”də zənglərlə bağlı yeni funksiya06.12.2025 - 05:35
Bu günün hava PROQNOZU06.12.2025 - 05:32
6 Dekabr — Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü06.12.2025 - 05:31
Beyin mərkəzlərinin, akademik elmin və universitetlərin vəzifələri müzakirə edilib06.12.2025 - 05:25
Nazir Gürcüstanın aparıcı ali təhsil müəssisələrinə səfər edib06.12.2025 - 05:22
Deputat Yevda Abramovun anım günü06.12.2025 - 05:18
"Improtex Trucks and Buses" șirkətinin direktor müavini Anar Mustafayev AzTU-da olub06.12.2025 - 05:09
Xalq artisti Baba Mirzəyevin anım günüdür06.12.2025 - 05:05
Azərbaycanın Xalq artisti Muxtar Avşarovun anım günüdür06.12.2025 - 04:52
Bu gün görkəmli aktrisa Rahilə Ginzburqun anım günüdür06.12.2025 - 04:39
Taleh Yüzbəyovun doğum günüdür06.12.2025 - 04:26
Əkrəm Əylisli – Tanınmış yazıçı və ictimai xadimin doğum günüdür06.12.2025 - 04:13
Estoniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri oldu — 6 dekabr 199106.12.2025 - 04:00
Naxçıvanda Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib05.12.2025 - 18:55
Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi olub05.12.2025 - 18:50
BMU və Çin universiteti arasında ikili diplom hazırlanır! 05.12.2025 - 18:35
BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə olunub05.12.2025 - 18:05
BDU-da yapon dili və ədəbiyyatı ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub05.12.2025 - 18:00
21 peşə məktəbi tikiləcək - SƏRƏNCAM05.12.2025 - 17:50
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub05.12.2025 - 17:45
UNEC-də Beynəlxalq Avrasiya konfransı keçirilib05.12.2025 - 17:35
Fərqanə Dövlət Universitetində Bəxtiyar Vahabzadənin adını daşıyan Azərbaycanşünaslıq auditoriyası açılıb05.12.2025 - 17:30