Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsində Xüsusi təhsil kafedrasının təşkilatçılığı ilə 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, DOST Mərkəzinin direktor müavini Elbrus Allahverdiyev, "Koxlear İmplantlı Şəxslərə Sosial Dəstək" İctimai Birliyinin sədri Mehriban Hüseynova, Bakı şəhəri 268 saylı xüsusi məktəbinin direktoru Farizə Teymurzadə və 202 saylı inklüziv məktəbin direktoru Gülüstan Vəliyeva, həmçinin həmin məktəblərin müəllim və şagirdləri, eləcə də fakültənin professor-müəllim və tələbə heyəti iştirak ediblər.
Fakültə dekanı Nailə Hüseynovanın çıxışı ilə başlayan tədbir Xüsusi pedaqogika ixtisasının tələbələrinin və dəvət edilmiş xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bir-birindən gözəl və emosional çıxışları ilə davam edib. Tələbələrin və xüsusi qayğıya ehtiyacı olan şagirdlərin ifaları, rəqsləri, şeir töhfələri tədbiri daha da yaddaqalan edib.

