Təhsil 365 - Logo Mobile

“Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı “Springer” nəşriyyatında çap olunub

10506.12.2025 - 15:00
“Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı “Springer” nəşriyyatında çap olunub

Azərbaycn Dillər Universitetin rektoru, akademik, Xalq yazıçı Kamal Abdullanın və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin xatirəsinə həsr olunan “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı məşhur “Springer” nəşriyyatında çap olunub.

“Tehsil365” bildirir ki, ingilis dilində oxuculara təqdim olunan kitab Dədə Qorqud və qeyri-səlis məntiq sahəsində aparılan ilk tədqiqat əsəri kimi böyük maraqla qarşılanıb. Qeyri-səlis məntiq prinsipləri xalq yaradıcılığına, dastana ilk dəfədir ki, tətbiq edilən kitabın “Springer” nəşriyyatında çap olunması Azərbaycan ədəbiyyatının, folklorunun dünya ədəbi prosesində təbliği baxımından bir ilkdir və Azərbaycan folklorunun, Qoqudşünaslığın dünya oxucusuna aşılayan, tanıdan ilk araşdırma əsəridir.
Müəlliflərin qənaətinə görə, “Kitabi-Dədə Qorqud” bizə qədim əcdadlarımızın dastanın dərin qatlarında gizlənmiş təfəkkürünə xas olan demokratik əhvaldan danışmaq imkanı verir.
Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnərək ərsəyə gələn kitabda qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb: “Türklərin qədim dastanı olan “Kitabi-Dədə Qorqud” dastanı qeyri-səlis məntiq prinsiplərinə öz dil məkanında bol-bol yer verir. Bu qədim dastanın dərinində gizlənən düşüncə tərzi qeyri-səlis məntiqin dörd sütununa aid olan spesifik məntiqi sxemlərin formalaşmasına gətirir.
Məlum olur ki, dastanımızda qeyri-səlis məntiqə dair kifayət qədər geniş dil materialı var. Bu da öz növbəsində ondan xəbər verir ki, qədim əcdadımız dünyaya baxışında daha geniş və dərin yanaşmanı üstün tutur. Seçim imkanı olan yanaşma onun tərcihi olur”.
Əsərdə 0 ilə 1 və ağ ilə qara arasında müxtəlif səviyyələr qeyd olunmuş, "Kitabi-Dədə Qorqud" boylarından buna uyğun nümunələr göstərilmişdir. Müəlliflər əcdadlarımızın Aristotel məntiqinin "ya bu, ya o" sərhədindən kənara çıxdığını diqqətə çatdırmış, ən əsası isə Dastanda ağla qara arasında çoxlu rəng və çalarların olmasını ulu əcdadlarımızın demokratik düşüncəsinin sübutu kimi təqdim etmişlər. Yəni əcdadlarımız "ya bu, ya o" demirlər, "Bu iki şeyin arasında o da ola bilər, bu da" deyirlər.
K.Abdulla və R.Əliyevin kitabı qeyri-səlis məntiqin ictimai elmlərə ilk tətbiqidir. Beləliklə, Lütfü Zadənin arzusu yerinə yetmiş, əsər həm də onun əziz xatirəsinə həsr edilmişdir.
Qeyd edək ki, “Springer” dünyanın ən böyük elmi nəşriyyatlarından biridir. Əsas fəaliyyət istiqaməti akademik tədqiqatların, elmi kitabların, dərsliklərin və yüksək impakt faktorlu elmi jurnalların nəşridir. Dünyanın 180-dən çox ölkəsində milyonlarla tədqiqatçı "Springer" mənbələrindən istifadə edir.

Aysel Paşayeva

Xəbər Lenti

Ermənistanda azərbaycandilli “ReOpen Media” fəaliyyətini dayandırdı06.12.2025 - 20:40
Taksi sürücülərinin imtahanı dekabrın 9-da keçiriləcək06.12.2025 - 19:56
UNEC-in müəllimi Oksford Universitetindən məzun oldu06.12.2025 - 19:49
UNEC Dizayn Məktəbinin müəllimləri Türkiyədə beynəlxalq konqresdə çıxış ediblər06.12.2025 - 19:39
Bu gündən dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq06.12.2025 - 19:29
UNEC-də “Yaşıl Qarabağ” hakatonu keçiriləcək06.12.2025 - 19:19
Tarix-mədəniyyət abidələri və mədəniyyət haqqında qanunlarda nə dəyişir?06.12.2025 - 19:06
Şuşa Dövlət Musiqili Dram Teatrında “Solğun çiçəklər” tamaşasının nümayişi baş tutub06.12.2025 - 18:54
Tarixdəki ən böyük ilan: O, avtobusdan uzun olub06.12.2025 - 18:43
Gündə bir bankadan belə az qazlı içkiqaraciyər xəstəliklərinə səbəb ola bilər06.12.2025 - 18:31
Qəhvə yuxunun keyfiyyətini artırır06.12.2025 - 18:17
Oljas Süleymenov Nobel Sülh Mükafatına namizəd göstərilib06.12.2025 - 18:00
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olunub06.12.2025 - 17:48
Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev tələbələrlə görüşüb06.12.2025 - 17:33
Azərbaycan-Gürcüstan təhsil əməkdaşlığı çərçivəsində Tbilisi məktəbində STEAM mərkəzi açılacaq06.12.2025 - 17:18
BDU-nun dosenti Eldar Kərimov vəfat edib06.12.2025 - 17:03
Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrında “Solğun çiçəklər” tamaşası səhnələşdiriləcək06.12.2025 - 16:47
Texnologiyaların Transferi Mərkəzi nəzdində İnşaat bölməsi yaradılıb06.12.2025 - 16:32
Biznesin iqtisadiyyatı və menecment kafedrasının baş müəllimi fəlsəfə doktoru oldu06.12.2025 - 16:17
Məlahət Abbasova Türkiyədə “Əməyə hörmət” mükafatına layiq görülüb06.12.2025 - 16:02
Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub06.12.2025 - 15:46
Mingəçevir Dövlət Universiteti 20 ölkədən alim və tədqiqatçıların iştirak etdiyi beynəlxalq konfransa ev sahibliyi edir06.12.2025 - 15:30
Xəzər Universitetində professor Bayram Durbilməzlə görüş keçirilib06.12.2025 - 15:16
Əmrah Həsənli:"Bu gün əmək bazarı artıq yalnız diplomla ölçülmür"06.12.2025 - 15:07
Təhsildə mexaniki yaddaş yox, bacarıq əsas rol oynayır06.12.2025 - 14:50
Smartfon kameralarındakı köhnə problemə ÇARƏ06.12.2025 - 14:45
Soyuq havada çay əvəzinə su içməyin FAYDALARI06.12.2025 - 14:30
"Google" 2025-ci ildə ən populyar axtarış sorğularını açıqladı06.12.2025 - 14:15
Gürcüstanın POS TV telekanalının rəhbərliyi Baku TV-nin iş prosesi ilə tanış olub06.12.2025 - 14:00
Ən çox istifadə olunan sosial media və proqramlar hansılardır? 06.12.2025 - 13:59
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub06.12.2025 - 13:44
Nazir: "Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini də öyrənməlidirlər"06.12.2025 - 13:31
İlin ən yaxşı oyunları06.12.2025 - 13:16
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq06.12.2025 - 12:59
Kitab oxumağın insan psixologiyası və intellektual inkişafına təsiri açıqlanıb06.12.2025 - 12:46
"Ailə daxilindəki gərginlik uşağın xarakter və təhsilinə mənfi təsir göstərir" – Psixoloqdan xəbərdarlıq 06.12.2025 - 12:32
Baş ağrısını dərmansız dayandıran qidalar – Mütəxəssislər tövsiyə edir06.12.2025 - 12:16
Məktəblilər üçün “Qayıdışa Hazır Olaq” layihəsinə start verilib06.12.2025 - 12:00
Sabahın hava proqnozu açıqlanıb06.12.2025 - 11:40
Emin Əmrullayev Tbilisi Dövlət Universitetində əməkdaşlıqla bağlı müzakirələr aparıb06.12.2025 - 11:25
Tbilisidə məktəbdə STEAM mərkəzinin açılması planlaşdırılır06.12.2025 - 11:10
Azərbaycan və Gürcüstanın təhsil nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər06.12.2025 - 10:50
Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur06.12.2025 - 10:35
"Məktəblilərin sosial sahibkarlığının inkişafı" layihəsinə start verilib06.12.2025 - 10:20
Təmirdən sonra Aşağı Alıxanlı kənd tam orta məktəbi istifadəyə verilib 06.12.2025 - 10:00
ADPU-da xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib 06.12.2025 - 09:40
Hazırda ölkəmizdə təhsilin ən böyük problemləri nələrdir?06.12.2025 - 09:25