Gürcüstanda xeyli sayda Azərbaycanlı yaşayır və onlar həm öz ana dillərini, həm də dövlət dili olan gürcü dilini öyrənməlidir.
“Tehsil365” Report-a istinadən xəbər verir ki, Nazir qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlıların bu və digər dildə ali təhsil almaq imkanları məhdud olmamalıdır:
"Soydaşlarımızın Gürcüstan universitetlərində təhsil alması istiqamətində "1 plus 4" (1+4) (1 il dil öyrənmək, 4 il təhsil – red.) proqramı var. Bu proqramın faydası olub. Amma, eyni zamanda, həmin vətəndaşların müxtəlif dillərdə təhsil alması üçün, ali təhsil müəssisələrinə qəbul əldə etmək üçün imkanları genişlənməlidir".

