2025-ci ilin statistikalarına görə, Azərbaycanda sosial media və proqram istifadəçilərinin sayı 6.73 milyon nəfərə çatıb. Araşdırmalar göstərir ki, ölkədə ən populyar platformalar arasında Instagram, YouTube, Facebook və WhatsApp lider mövqedədir.
“Tehsil365” araşdırma edib ki, Instagram sosial media bazarında liderdir və xüsusilə gənclər arasında geniş populyarlığa malikdir. YouTube isə video baxışı, musiqi, təhsil və xəbər izləmək üçün ən çox istifadə olunan platformalardan biridir. Facebook hələ də böyük auditoriyaya malik olsa da, son illərdə bazar payı nisbətən azalıb. Mesajlaşma tətbiqi olaraq WhatsApp gündəlik rabitə və əlaqə üçün əvəzsizdir.
Araşdırmalar göstərir ki, Azərbaycanda digər platformalar, o cümlədən Pinterest ideya paylaşımı və dizayn, X (keçmiş Twitter) isə xəbər və ictimai müzakirələr üçün istifadə olunur. Ekspertlər bildirirlər ki, sosial şəbəkələrin populyarlığı həm mobil cihazların yayılması, həm də internetə geniş çıxışla bağlıdır.
Mütəxəssislər həmçinin vurğulayırlar ki, sosial media istifadəçiləri arasında məqsədlər arasında rabitə qurmaq, xəbərləri izləmək, əylənmək və onlayn biznes / məzmun yaratmaq ön plana çıxır.

