Təhsil 365 - Logo Mobile

Gürcüstanın POS TV telekanalının rəhbərliyi Baku TV-nin iş prosesi ilə tanış olub

10206.12.2025 - 14:00
Gürcüstanın POS TV telekanalının rəhbərliyi Baku TV-nin iş prosesi ilə tanış olub

Bakıda keçirilən "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusunda Azərbaycan–Gürcüstan Media Forumunda iştirakı çərçivəsində Gürcüstanın aparıcı media qurumlarından biri olan POS TV telekanalının icraçı direktoru Temur Charelashvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Baku TV-nin qonağı olub.

“Tehsil365” xəbər verir ki, Gürcüstan nümayəndələri Baku TV-ni ziyarət edib və regional media əməkdaşlığının genişləndirilməsi, birgə layihələrin hazırlanması və təcrübə mübadiləsi imkanlarına dair ətraflı fikir mübadiləsi aparıblar.

Qonaqlar "Global Media Group"a daxil olan Baku TV-nin iş prosesi ilə yaxından tanış olublar. Tanışlıq zamanı Baku TV-nin beş dildə operativ xəbər istehsal etməsi, ölkənin regionları ilə yanaşı, beş xarici ölkədə müxbir şəbəkəsinə malik olması diqqətə çatdırılıb. Bundan əlavə, kanalın "YouTube" platformasında ötən il ərzində yayımlanan videoların bir milyarddan çox baxış toplaması xüsusi qeyd olunub. Vurğulanıb ki, Baku TV-ni yalnız internet üzərindən deyil, həm də kabel və peyk yayımı vasitəsilə Azərbaycanın bütün bölgələrində, eləcə də Avropa və Asiyada izləmək mümkündür.

Görüş zamanı tərəflər regional informasiya əməkdaşlığının gücləndirilməsi, qarşılıqlı xəbərlərin mübadiləsi, təlim proqramları, eləcə də gələcəkdə birgə media layihələrinin icrası ilə bağlı geniş müzakirələr aparıblar.

Temur Charelashvili görüşdə bildirib ki, POS TV Baku TV ilə əməkdaşlığın qurulmasında və birgə layihələrin hazırlanmasında xüsusi maraq göstərir.

Müzakirələrdə, həmçinin regional media şəbəkəsinin inkişafı istiqamətində görülən işlər haqqında məlumat verilib. Qeyd olunub ki, artıq Özbəkistan və Qazaxıstan Media Agentlikləri ilə media əməkdaşlığına dair memorandumlar imzalanıb və bu çərçivədə bir sıra birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

POS TV nümayəndələri Baku TV-yə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edərək, iki media qurumu arasında əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə inandıqlarını bildiriblər.



Elnarə Həmidli

Xəbər Lenti

Məlahət Abbasova Türkiyədə “Əməyə hörmət” mükafatına layiq görülüb06.12.2025 - 16:02
Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub06.12.2025 - 15:46
Qəhvə yuxunun keyfiyyətini artırırmış06.12.2025 - 15:45
Tarixdəki ən böyük ilan: O, avtobusdan uzun olub06.12.2025 - 15:43
Gündə bir bankadan belə az qazlı içkiqaraciyər xəstəliklərinə səbəb ola bilər06.12.2025 - 15:32
Mingəçevir Dövlət Universiteti 20 ölkədən alim və tədqiqatçıların iştirak etdiyi beynəlxalq konfransa ev sahibliyi edir06.12.2025 - 15:30
Xəzər Universitetində professor Bayram Durbilməzlə görüş keçirilib06.12.2025 - 15:16
Əmrah Həsənli:"Bu gün əmək bazarı artıq yalnız diplomla ölçülmür"06.12.2025 - 15:07
“Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı “Springer” nəşriyyatında çap olunub06.12.2025 - 15:00
Təhsildə mexaniki yaddaş yox, bacarıq əsas rol oynayır06.12.2025 - 14:50
Smartfon kameralarındakı köhnə problemə ÇARƏ06.12.2025 - 14:45
Soyuq havada çay əvəzinə su içməyin FAYDALARI06.12.2025 - 14:30
"Google" 2025-ci ildə ən populyar axtarış sorğularını açıqladı06.12.2025 - 14:15
Ən çox istifadə olunan sosial media və proqramlar hansılardır? 06.12.2025 - 13:59
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub06.12.2025 - 13:44
Nazir: "Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini də öyrənməlidirlər"06.12.2025 - 13:31
İlin ən yaxşı oyunları06.12.2025 - 13:16
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq06.12.2025 - 12:59
Kitab oxumağın insan psixologiyası və intellektual inkişafına təsiri açıqlanıb06.12.2025 - 12:46
"Ailə daxilindəki gərginlik uşağın xarakter və təhsilinə mənfi təsir göstərir" – Psixoloqdan xəbərdarlıq 06.12.2025 - 12:32
Baş ağrısını dərmansız dayandıran qidalar – Mütəxəssislər tövsiyə edir06.12.2025 - 12:16
Məktəblilər üçün “Qayıdışa Hazır Olaq” layihəsinə start verilib06.12.2025 - 12:00
Sabahın hava proqnozu açıqlanıb06.12.2025 - 11:40
Emin Əmrullayev Tbilisi Dövlət Universitetində əməkdaşlıqla bağlı müzakirələr aparıb06.12.2025 - 11:25
Tbilisidə məktəbdə STEAM mərkəzinin açılması planlaşdırılır06.12.2025 - 11:10
Azərbaycan və Gürcüstanın təhsil nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər06.12.2025 - 10:50
Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur06.12.2025 - 10:35
"Məktəblilərin sosial sahibkarlığının inkişafı" layihəsinə start verilib06.12.2025 - 10:20
Təmirdən sonra Aşağı Alıxanlı kənd tam orta məktəbi istifadəyə verilib 06.12.2025 - 10:00
ADPU-da xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib 06.12.2025 - 09:40
Hazırda ölkəmizdə təhsilin ən böyük problemləri nələrdir?06.12.2025 - 09:25
İbtidai sinif müəllimi dünyasını dəyişib 06.12.2025 - 09:10
Nəsil Z jurnalistikanın gələcəyini xilas edə bilərmi?06.12.2025 - 08:59
ABŞ-da dini əsaslı məktəblərlə bağlı hüquqi mübahisələr genişlənir06.12.2025 - 08:46
Klivlenddə təhsil islahatı: Kiçik məktəblərdən imtina edilir06.12.2025 - 08:33
85 yaşlı fəal Trampın prezidentlik kitabxanası planına qarşı mübarizə aparır06.12.2025 - 08:20
Harvard tələbəsinin antisemitizm iddiası məhkəmədən geri döndü06.12.2025 - 08:07
NEET qarışıqlığı Hindistanın psixologiya təhsilində sistem böhranını üzə çıxarır06.12.2025 - 07:54
Şagirdlərin tüstündən zəhərləndiyi məktəbdə kombi sistemi var 06.12.2025 - 07:50
İş dayanmır: Müəllimin gündəlik həyatı stend səviyyəli məmur kimi yorucudur06.12.2025 - 07:41
DİM: "Dizayn ixtisasları üzrə qabiliyyət imtahanlarının nəticələri "məqbul"la ölçüləcək"06.12.2025 - 07:35
DfE yeni davranış və iştirak mərkəzlərinin iş mexanizmini açıqladı06.12.2025 - 07:28
Nazirlik bu universiteti cərimələdi06.12.2025 - 07:25
Açıqlandı: Milyonlarla lirə büdcə kəsiri olan məktəblər ifşa edildi06.12.2025 - 07:15
Bu ixtisasa qəbul: imtahanda dəyişiklik edildi06.12.2025 - 07:10
AP məktəbləri şagirdlərini kifayət qədər tanımır – Uşaq komissarından xəbərdarlıq06.12.2025 - 07:02
Kimyəvi zəhər yükü ən yüksək olan meyvə və tərəvəzlər açıqlandı06.12.2025 - 07:00