Çinin "Tecno" korporasiyası smartfonlar üçün yeni tip teleobyektiv hazırlayıb.
“Tehsıl365” xəbər verir ki, bu barədə "Notebookcheck" nəşri məlumat yayıb.
Müasir smartfonlarda görüntünü yaxınlaşdırmaq üçün adətən ayrıca teleobyektivdən istifadə olunur. Lakin yaxınlaşdırma zamanı görüntüdəki dəyişiklik - yeni modulun işə düşməsi adi gözlə belə hiss edilir.
"Tecno" isə bildirib ki, onların yeni hibrid obyektivi 1x-dən 9x-ə qədər fasiləsiz optik zum təklif edir və bu, yaxınlaşdırma zamanı sıçramaların qarşısını alır.
Mühəndislərin sözlərinə görə, kamera modulu linzaların mövqeyini dəyişməklə böyütməni tənzimləyir. 1-9x kimi təsiredici zum imkanına baxmayaraq, modul ənənəvi teleobyektivlə müqayisədə təxminən iki dəfə daha yığcamdır.

