Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası Kollegiyasının qərarı ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti Biznesin iqtisadiyyatı və menecment kafedrasının baş müəllimi Türkan Həsənovaya iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
“Tehsil365” bildirir ki, Türkan Həsənovanın dissertasiyası elmi yenilikləri və əldə edilən nəticələri ilə seçilərək müvafiq ekspertiza mərhələlərindən uğurla keçib.
Qeyd edək ki, onun elmi rəhbəri iqtisad elmləri doktoru, professor Məhəbbət Aşır oğlu Məmmədovdur.

