Təhsil 365 - Logo Mobile

Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olunub

10506.12.2025 - 17:48
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olunub

Xalq yazıçısı, akademik Kamal Abdullanın 75 illiyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçının yaradıcılıq hesabatı keçirilib.

"Tehsil365” xəbər verir ki, tədbiri Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov açıb: “Biz Bakıdakı 190 nömrəli məktəbdə birgə oxumuşuq. Kamal Abdullanın ilk pyeslərindən biri “Casus” məhz bu səhnədə nümayiş edildi. Kifayət qədər gözəl pyes idi. Həmin tamaşadan sonra da Kamal Abdulla yazdı, yaratdı, sevildi. Sonralar onun Akademik Milli Dram Teatrının səhnəsində “Bir, iki, bizimki” tamaşası nümayiş edilmişdi. Bu yaxınlarda Kamal Abdullaya həsr edilmiş tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri həmin pyesi oynadılar və mən bu pyesin fəlsəfəsini, düşüncəsini, mistikasını yenidən fikirləşdim”.

Daha sonra Mədəniyyət Nazirliyinin Kamal Abdullaya ünvanladığı təbrik məktubu səsləndirilib.

Dünya Azərbaycan Alimlər Birliyinin sədri Məsud Əfəndiyev qeyd edib ki, Kamal Abdulla böyük yazıçı olmaqla yanaşı, həm də böyük alim, elm xadimidir: “Bu yaxınlarında onun dünyanın ən nüfuzlu nəşriyyatlarından birində ingilis dilində görkəmli alim Rafiq Əliyevlə birgə yazdığı “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı çap olunub. Buna görə də ona böyük təbrik düşür”.

Professor, teatrşünas Məryəm Əlizadə bildirib ki, Kamal Abdulla təkcə dilçiliyin yox, ümumilikdə humanitar sahənin nəhəng simasıdır: “Kamal Abdullanı oxuyanda görürəm ki, mən bu dili tam bilmirəm. O, Azərbaycan dilinin potensialını üzə çıxarır, dilin çox dərin qatlarına nüfuz edir. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Azərbaycan ədəbiyyatında bir dönüş oldu. O, milli ədəbiyyatımıza postmodernizmi gətirdi”.

Xalq artisti Nurəddin Mehdixanlı Kamal Abdullanın müəllifi olduğu şeiri səsləndirib.

Müğənnilər Zabitə Əliyeva və İlkin Dövlətovun ifasında sözləri Kamal Abdullaya, musiqisi Aygün Səmədzadəyə məxsus olan “Gizlətmək çətin” mahnısı səsləndirilib.

Daha sonra Xalq yazıçısının eyniadlı romanı əsasında səhnləşdirilən, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi “Sehrbazlar dərəsi” tamaşası nümayiş edilib.

Aysel Paşayeva

Xəbər Lenti

Ermənistanda azərbaycandilli “ReOpen Media” fəaliyyətini dayandırdı06.12.2025 - 20:40
Taksi sürücülərinin imtahanı dekabrın 9-da keçiriləcək06.12.2025 - 19:56
UNEC-in müəllimi Oksford Universitetindən məzun oldu06.12.2025 - 19:49
UNEC Dizayn Məktəbinin müəllimləri Türkiyədə beynəlxalq konqresdə çıxış ediblər06.12.2025 - 19:39
Bu gündən dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq06.12.2025 - 19:29
UNEC-də “Yaşıl Qarabağ” hakatonu keçiriləcək06.12.2025 - 19:19
Tarix-mədəniyyət abidələri və mədəniyyət haqqında qanunlarda nə dəyişir?06.12.2025 - 19:06
Şuşa Dövlət Musiqili Dram Teatrında “Solğun çiçəklər” tamaşasının nümayişi baş tutub06.12.2025 - 18:54
Tarixdəki ən böyük ilan: O, avtobusdan uzun olub06.12.2025 - 18:43
Gündə bir bankadan belə az qazlı içkiqaraciyər xəstəliklərinə səbəb ola bilər06.12.2025 - 18:31
Qəhvə yuxunun keyfiyyətini artırır06.12.2025 - 18:17
Oljas Süleymenov Nobel Sülh Mükafatına namizəd göstərilib06.12.2025 - 18:00
Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev tələbələrlə görüşüb06.12.2025 - 17:33
Azərbaycan-Gürcüstan təhsil əməkdaşlığı çərçivəsində Tbilisi məktəbində STEAM mərkəzi açılacaq06.12.2025 - 17:18
BDU-nun dosenti Eldar Kərimov vəfat edib06.12.2025 - 17:03
Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrında “Solğun çiçəklər” tamaşası səhnələşdiriləcək06.12.2025 - 16:47
Texnologiyaların Transferi Mərkəzi nəzdində İnşaat bölməsi yaradılıb06.12.2025 - 16:32
Biznesin iqtisadiyyatı və menecment kafedrasının baş müəllimi fəlsəfə doktoru oldu06.12.2025 - 16:17
Məlahət Abbasova Türkiyədə “Əməyə hörmət” mükafatına layiq görülüb06.12.2025 - 16:02
Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub06.12.2025 - 15:46
Mingəçevir Dövlət Universiteti 20 ölkədən alim və tədqiqatçıların iştirak etdiyi beynəlxalq konfransa ev sahibliyi edir06.12.2025 - 15:30
Xəzər Universitetində professor Bayram Durbilməzlə görüş keçirilib06.12.2025 - 15:16
Əmrah Həsənli:"Bu gün əmək bazarı artıq yalnız diplomla ölçülmür"06.12.2025 - 15:07
“Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı “Springer” nəşriyyatında çap olunub06.12.2025 - 15:00
Təhsildə mexaniki yaddaş yox, bacarıq əsas rol oynayır06.12.2025 - 14:50
Smartfon kameralarındakı köhnə problemə ÇARƏ06.12.2025 - 14:45
Soyuq havada çay əvəzinə su içməyin FAYDALARI06.12.2025 - 14:30
"Google" 2025-ci ildə ən populyar axtarış sorğularını açıqladı06.12.2025 - 14:15
Gürcüstanın POS TV telekanalının rəhbərliyi Baku TV-nin iş prosesi ilə tanış olub06.12.2025 - 14:00
Ən çox istifadə olunan sosial media və proqramlar hansılardır? 06.12.2025 - 13:59
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub06.12.2025 - 13:44
Nazir: "Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini də öyrənməlidirlər"06.12.2025 - 13:31
İlin ən yaxşı oyunları06.12.2025 - 13:16
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq06.12.2025 - 12:59
Kitab oxumağın insan psixologiyası və intellektual inkişafına təsiri açıqlanıb06.12.2025 - 12:46
"Ailə daxilindəki gərginlik uşağın xarakter və təhsilinə mənfi təsir göstərir" – Psixoloqdan xəbərdarlıq 06.12.2025 - 12:32
Baş ağrısını dərmansız dayandıran qidalar – Mütəxəssislər tövsiyə edir06.12.2025 - 12:16
Məktəblilər üçün “Qayıdışa Hazır Olaq” layihəsinə start verilib06.12.2025 - 12:00
Sabahın hava proqnozu açıqlanıb06.12.2025 - 11:40
Emin Əmrullayev Tbilisi Dövlət Universitetində əməkdaşlıqla bağlı müzakirələr aparıb06.12.2025 - 11:25
Tbilisidə məktəbdə STEAM mərkəzinin açılması planlaşdırılır06.12.2025 - 11:10
Azərbaycan və Gürcüstanın təhsil nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər06.12.2025 - 10:50
Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur06.12.2025 - 10:35
"Məktəblilərin sosial sahibkarlığının inkişafı" layihəsinə start verilib06.12.2025 - 10:20
Təmirdən sonra Aşağı Alıxanlı kənd tam orta məktəbi istifadəyə verilib 06.12.2025 - 10:00
ADPU-da xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib 06.12.2025 - 09:40
Hazırda ölkəmizdə təhsilin ən böyük problemləri nələrdir?06.12.2025 - 09:25